Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manzini
Manzini — Esvatininin ən iri şəhəridir. Əhalisi — 78 min nəfər (2008), 1960-cı il ilə kimi şəhərin adı Bremersdorp idi.
Sanidin
Sanidin — mineral, kalium çöl şpatının (K, Na) [AlSi3O8] monoklinik modifikasiyası. Sanidin tərkibində kalium komponentinin miqdarı 38–100 mol % arasında dəyişir, lakin təbii sanidin bu miqdar adətən 67%-dən çox olur. CaO miqdarı 1,5%-ə qədər, qalan komponentlərin (Va, Fe3+, Rb, Mg, Li, Ti) miqdarı 1%-dən azdır. Şüşəli, şəffaflıq ikiləşmə çox vaxt karlsbad qanunu üzrə, bəzən baven və manebax qanunları üzrə. Pertit cücərtiləri olmur; −2V=15–500. Turş tərkibli effuzivlərdə, bəzən isə hipabissal süxurlarda. Cavan kaynozoy süxurların izotop yaşını (kalium-arqon üsulu), qədim süxurların yaşını (rubidium-stronsium üsulu) təyinində istifadə edilir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Bulbophyllum sanitii
Bulbophyllum sanitii (lat. Bulbophyllum sanitii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Elisa Santoni
Elisa Santoni (10 dekabr 1987, Roma) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Santoni İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Santoni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Santoni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Santoni qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Blançi, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Luan Santani
Luan Santani (Luan Santana, 13 mart 1991, Campo Grande) — Braziliya müğənnisi.
Minilliyin şahini
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
Roza Şanina
Roza Şanina (rus. Роза Егоровна Шанина; 3 aprel 1924 – 28 yanvar 1945) — İkinci dünya müharibəsi dövründə 3-cü Belorusiya Cəbhəsinin qadın snayperlərdən ibarət ayrıca taqımının snayperi, "Şöhrət" ordeni laureatı, bu mükafatı alan ilk qadın snayperlərdən biri. 59 düşmən əsgər və zabitinin öldürüldüyü təsdiqlənib. == Həyatı == Roza Şanina 3 aprel 1924-cü ildə Voloqda quberniyasının Velski rayonunun Edma kəndində çoxuşaqlı ailədə anadan olub.
Sabini şamı
Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir.
Vanina Vanini
Vanina Vanini (fr. Vanina Vanini) — əsl adı Mari-Henri Beyle olan fransız yazıçı Stendalın 1829-cu ildə nəşr olunmuş povesti. == Məzmun == Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir. == Nəşr və tərcümə == Əsər Vidadi Paşayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kirilcə 1969-cu ildə Gənclik, latınca 2017-ci ildə Bakı Kitab Klubunda 80 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Vanina Vanini (povest)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Yuliya Sanina
Yuliya Sanina (əsl adı Yuliya Aleksandrovna Qolovan; 11 oktyabr 1990, Kiyev, Ukrayna SSR) — Ukraynalı müğənni, The Hardkiss qrupunun solisti. == Həyatı == Yuliya Qolovan 11 oktyabr 1990-cı ildə Kiyevdə musiqiçi ailəsində anadan olmuşdur. Üç yaşında ilk dəfə səhnədə atasının rəhbərlik etdiyi ansamblın müşayiəti ilə oxumuş, sonra uşaq şou-qrupunda müxtəlif musiqiləri səsləndirmişdir. Caz qrupunun tərkibində də solist kimi çıxış edirdi. 2005-ci ildə Yuliya Caz və Estrada üzrə uşaq musiqi məktəbini bitirib. Sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən jurnalistika ilə maraqlanırdı. 2006-cı ildən 2008-ci ilədək Sister Siren qrupunun solisti olmuşdur. 2016-cı ildə Yuliya Sanina STB telekanalında "X-Faktor" şousunun yeddinci mövsümündə münsiflər heyətinin üzvü və müəllim oldu. Smurflar: İtirilimiş kənd cizgi filminin ukraynca dublyajında Şirinəni səsləndirmişdir.
Sorb Şahini
Sorb Şahini (y.sorb Serbski Sokoł) — Sorbların idman assosiasiyası. Əsas diqqət kütləvi idmanın təbliğinə yönəlib. Kooperativ üzvləri ilə yanaşı, birliyə çoxsaylı fiziki şəxslər də daxildir. 1993-cü ildə yaradılan Sorb idman federasiyası Veymar Respublikası dövründə mövcud olan Sorb Şahinlərinin ənənələrinə əsaslanır. Bu gün assosiasiya müxtəlif komanda idman növləri üzrə idman festivalları və turnirlər təşkil edir və beynəlxalq Şahin görüşlərində iştirakını təşkil edir. == Tarixi == Sorb Şahini 1920-ci ildə Bautzendə sorb ictimai xadimlər Herman Şlez, Marko Smoler və Yan Skala tərəfindən təsis edilmişdir. Assosiasiyanın məqsədi milli kimliyin möhkəmlənməsinə töhfə vermək üçün sorb uşaqları, yeniyetmələri və böyükləri idmanla tanış etmək idi. Hələ 1920-ci illərdə Sorb Şahin fəalları Çexoslovakiyada və Yuqoslaviyada keçirilən panslavist Şahin yığıncaqlarında iştirak edirdilər. 1930-cu ildə Sorb Şahini dini əsaslarla iki şərti hissəyə - katolik və lüteran qollarına bölündü. Təşkilat 1933-cü ilə qədər fəaliyyət göstərib və o, nasistlər tərəfindən ləğv edilib.
Jül Sezar Savigni
Jül Sezar Savigni (fr. Marie Jules César Lelorgne de Savigny; 5 aprel 1777 – 5 oktyabr 1851[…], Versal) — Fransa təbiətşünası və zooloqu. == Əsas işləri == «Histoire naturelle des Dorades de Chine» (1798), «Histoire naturelle et mythologique de l’ibis» (1805), «Système des oiseaux de l'Égypte et de la Syrie» (1810), «Description des Arachnides d’Egypte et de Syrie» (1812), «Mémoires sur les animaux sans vertèbres» (1816), «Description des Annélides des Côtes d'Égypte» (1820), «Explication des planches des Mollusques annelides, crustacées etc. de l'Égyptes et de Syrie» (1820) və s.
Sanni Leone
Sanni Leone (ing. Sunny Leone, 13 may 1981, Sarniya[d], Ontario) — hind əsilli kanadalı model, pornoaktrisa və aktrisa. == Həyatı == Karencit Kanadanın Ontario vilayətində yerləşən Sarniya şəhərində, siqhizm təliminə əməl edən pəncab ailəsində doğulub. Onun atası Tibetdə doğulub və Dehlidə böyüyüb. Anası isə Sirmur əyalətindəndi (2008-ci ildə vəfat edib). Ailəsi onu siqhizm adəti ilə tərbiyə olunsa da, onu katolik məktəbə verirlər. Çünki ictimai məktəb onun üçün təhlükəli sayılırdı. 13 yaşında ailəsi Kaliforniyaya köçüb. 1999-cu ildə məktəbi bitirərək, Kaliforniyada yerləşən Orinc ətrafında, həkim kursunda təhsil almağa başlayır. Burada onun eyni kursda oxuyan və gecə klublarında rəqqasə kimi fəaliyyət göstərən dostu, onu Con Stivens ilə tanış edir.
Hacı Kərim Sanılı
Hacı Kərim Sanıyev (tam adı: Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev; 1878, Qazax – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim. == Həyatı == Hacı Kərim Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən (indiki Çaylı) kəndində anadan olmuşdur. Bəy nəslindən olan atası Kərbəlayi Hüseynin Kiçik Qafqazın ətəklərində, Pir dağının güneyində, habelə Kürün sağ sahilində, Ceyrançöldə qoyun-quzu yataqları olub. Digər bir mənbədə isə çoban ailəsində anadan olduğu qeyd olunmuşdur. Atası Kərbəlayı Hüseyn varlı mülkədarların mal-qarasının otarar, ailəsini böyük ehtiyac içərisində dolandırarmış. === Təhsili === Hacı Kərim Sanılı ibtidai təhsilini 1886–1893-cü illərdə kənd mollaxanasında almışdır. O, kiçik yaşlarından iti hafizəsi, dərrakəsi, hazırcavablığı ilə seçilmişdir. Ona görə də dayısı Əbdülrəhman ağa 13 −14 yaşlı Hacı Kərimi oxutmaq arzusunda olduğunu bildirərək onu özünə şagird götürmək istəyən aşığa verməmişdir. O, 1893–1898-ci illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, orada Firidun bəy Köçərli ilə tanış olmuşdur. Hacı Kərim Sanılı bəy nəslindən olduğuna görə seminariyaya çox çətinliklə, dayısının köməyi ilə qəbul olmuşdu.
Ev quşlarının sayını artıraq (film, 1953)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə kinorejissor, operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Bir ailə", "Arşın mal alan", "Fətəli xan", "Doğma xalqıma", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Bizim küçə", "Sehrli xalat", "İstintaq davam edir", "Qərib cinlər diyarında" filmlərinin kadrlarından istifadə edilmişdir. == Səhvlər == Xronoloji: Filmdə "Arşın mal alan" filminin ekranlara 1944-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1945-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Uzaq sahillərdə" filminin ekranlara 1957-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1958-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Bir qalanın sirri" filminin ekranlara 1958-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1959-ci ildə ekranlara çıxmışdı.