Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Saratu
Saratu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə yerləşir. Toponim türk dilində «düz, çöl, yurd» mənasında işlənən sara sözünə -tu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Kəndin adı dəyişdirilərək Haçdərək, sonra Haştarak qoyulmuşdur.
Saral
Gürcüstan kəndləri Yuxarı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Aşağı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sarallar — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Bolnisi bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. İran kəndləri Yuxarı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Aşağı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Ermənistan kəndləri Saral (Hamamlı) — Ermənistan Respublikasının Loru mərzinin Saral bələdiyyəsində kənd. Digər Saral — Qəbələ rayonu ərazisində dağ silsiləsi. Saralçay — Qəbələ rayonu ərazisində çay.
Saragah (Talış)
Saragah (fars. سراگاه‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 847 nəfər yaşayır (193 ailə).
Saralan (Urmiya)
Saralan (fars. ‎‎سارالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (89 ailə).
Sarallı Xəştab
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Solanum paralum
Solanum paralum (lat. Solanum paralum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Aşağı Saral
Aşağı Saral — Gürcüstan Respublikasının Kvemo Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Sarah Attar
Sarah Attar (27 avqust 1992, Eskondido, Kaliforniya, Amerika Birləşmiş Ştatları) — Səudiyyə Ərəbistanı təmsil edən marafonçu. Sarah Attar Səudiyyə Ərəbistanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı. Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.
Saral (Hamamlı)
Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir. Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur. Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir. Toponim Sarala adlı hun- türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır.
Saral (Pəmbək)

Yuxarı Saral
Yuxarı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Sarah Hadland
Sarah Hadland (20 fevral 1971, London)- ildə anadan olub. Sarah Hadland ingilis aktrisasıdır. O, daha çox BBC BAFTA-ya namizəd komediya televiziya serialı Miranda (2009-2015) filmindəki Stiv Sutton rolu ilə tanınır. Onun digər film rollarına Sehrbazlar (2007), Sıçrayış ili (2010) və Öyrənənlər (2007) daxildir. Hadland komediya-dram televiziya serialında Hərəkətli divar kağızı(2008-2009) senari müəllifi Qiylan kimi göründü və İngilis komediya televiziya şoularında oynadı. O, BBC-nin Ay daşı mini seriyasında (2016) göründü. Sarah Hadland 20 fevral 1971-ci ildə anadan olub və üç yaşından rəqslə məşğul olub. Çeşirdəki Vilmslov Liseyində oxuduğu müddətdə o, Vilmslovda Tempo gənclər qrupu ilə həvəskar dramaturgiyalarda iştirak etdi. Surrey ştatının Epsom şəhərindəki Laine Teatr İncəsənət Kollecində təhsil aldıqdan sonra o, teatr karyerasına 19 yaşında Pişiklər və Yağlar kimi musiqili filmlərdə görünməyə başladı. Hadlandın televiziya karyerası, "Pis Qızlar" və "Qanun layihəsi" filmlərində köməkçi rollarla başladı.
Aşağı Saral (Əlmehdi)
Aşağı Saral (fars. سارال سفلی‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanının Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. == Tarix == 1980-ci ilin Noyabr ayının 25-ci günündə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları, etnik Azərbaycanlıların yaşadığı Yuxarı Saral və Aşağı Saral kəndlərinə hücuma keçərək; adı çəkilən kəndləri müxtəlif çaplı silahlarla atəş tutmuşlar. Kəndlilərin həmin ərazini tərk etməsi ilə terrorçular iki günlük bir müddət üçün Yuxarı Saral və Aşağı Saral kəndlərini ələ keçirərək tamamilə yandırmışlar. Noyabr ayının 27-ci günündə həmin ərazilər terrorçulardan təmizlənərək, bu iki kəndin Türk kökənli yerli əhalisi öz yurdlarına dönə bilmişlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (20 ailə). Əhalisi Qarapapaq türklərindən ibarətdir və azərbaycan dilində danışır. Kənd əhalisi islamın şiə məzhəbinə etiqad edir. Saral Qarapapaq boyunun oymaqlarından birisi olub hazırda Gürcüstanın Marneuli bələdiyyəsində də Aşağı Saral və Yuxarı Saral adında kəndlər mövcuddur. Bu oymaq Sulduz bölgəsindəki səkkiz Qarapapaq oymağından birisi olub Aşağı Saral və Yuxarı Saral kəndlərindən başqa Qalacıq, Hacı Firuz və Şıx Əhməd kəndlərində də yaşayırlar.
Yuxarı Saral (Əlmehdi)
Yuxarı Saral (farsca: سارال علیا) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. 1980-ci ilin Noyabr ayının 25-ci günündə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları, etnik Azərbaycanlıların yaşadığı Yuxarı Saral və Aşağı Saral kəndlərinə hücuma keçərək; adı çəkilən kəndləri müxtəlif çaplı silahlarla atəş tutmuşlar. Kəndlilərin həmin ərazini tərk etməsi ilə terrorçular iki günlük bir müddət üçün Yuxarı Saral və Aşağı Saral kəndlərini ələ keçirərək tamamilə yandırmışlar. Noyabr ayının 27-ci günündə həmin ərazilər terrorçulardan təmizlənərək, bu iki kəndin Türk kökənli yerli əhalisi öz yurdlarına dönə bilmişlər. 2006-cı il siyahıyaalınmasına əsasən kənddə 39 ailədə 186 nəfər əhali yaşayır. Əhalisi Qarapapaq türklərindən ibarətdir və azərbaycan dilində danışır. Kənd əhalisi islamın şiə məzhəbinə etiqad edir. Saral Qarapapaq boyunun oymaqlarından birisi olub hazırda Gürcüstanın Marneuli bələdiyyəsində də Aşağı Saral və Yuxarı Saral adında kəndlər mövcuddur. Bu oymaq Sulduz bölgəsindəki səkkiz Qarapapaq oymağından birisi olub Aşağı Saral və Yuxarı Saral kəndlərindən başqa Qalacıq, Hacı Firuz və Şıx Əhməd kəndlərində də yaşayırlar. Yuxarı Saral kəndində yaşayan Qarapapaq türklərinin Saral oymağı köçəri həyat tərzi yaşayaraq yaylağa Üşnəviyyə bölgəsinin dağlarına gedirlər.