Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Satin Doll
"Satin doll" Dyuk Ellinqton və Billi Streyhorn tərəfindən yazılan caz standartı dır. 1953-cü ildə yazılmış bu kompozisiya müxtəlif vaxtlarda Ella Fitcerald, Frank Sinatra, "101 Strings" orkestrı, Terri Kaliyer, Nensi Vilson və s. ifaçılar tərəfindən səsləndirilmişdir. "Satin doll " orjinal olaraq do major ladında yazılmışdı, lakin sonradan ifaçıların səs tonuna uyğun olaraq mahnı dəfələrlə modulyasiya edilmişdir.İnstrumental versiyada hitə çevrilən bu musiqiyə Coni Merçer tərəfindən sözlər də yazılmışdır. O zamanlar Coni Merçer bir çox belə instrumental musiqilərə söz yazırdı. Musiqinin müəllifi olan Dyuk Ellinqton adətən onu öz konsertlərinin axırında bağlanış musiqisi kimi ifa edirdi. Bəzi fikirlərə görə isə bu kompozisiya əslində Dyuk Ellinqtonun orkestrında ifa edən və onunla yaxından əməkdaşlıq edən Billi Streyhornun bəstəsidir. Ona görə də indiyədək hər iki müsiqiçinin adı müəllif kimi qeyd olunur.
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Sayın
Sayın — Türk soyadı. Emel Sayın — Türk müğənni. Hulusi Sayın — Türk generalı.DigərSayın (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Sati
Sati ritualı — Sadiqlik rəmzi hesab olunur. Sati-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Sati-i Vusta (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Alyaskanın satın alınması
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Alyaskanın satın alışı
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Luiziananın satın alınması
Luiziananın satın alınması (ing. Louisiana Purchase) - Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olub. Ərazi üçün Fransaya 15 milyon dollar ödənib. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livinqston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanıb. == Nəticəsi == Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür.
Altan Sarın
Qavriil Vasilyeviç Baişev (saxa Гавриил Васильевич Баишев;), Altan Sarın ədəbi təxəllüsü ilə tanınır (1898 — ?) — Yakutiya yazıçısı və şairi, dilçi-türkoloq, ictimai xadim. Altan Sarın təxəllüsü Qızıl çiyinlər mənasını verir. 1898-ci ildə Yakutiyanın Meqino ulusunun bölgəsindəki Jablıski kəndində anadan olmuşdur, orada cüzi ibtidai təhsilini almışdır. 1917-ci ildə Yakutiya poçt və teleqraf idarəsində şagird kimi çalışırdı. 1918 — 1921-ci illərdə Amqa kəndindəki poçt və teleqraf idarəsində işləyirdi. Milliyyətçi əqidəsinə görə, 1921 — 1922-ci illərdə Qərbi Sibir üsyanının iştirakçılarına qoşuldu və amnistiya elan olunana qədər gizlənirdi. O, "Saxa Omuk" və "Saxa Keskile" cəmiyyətlərinin üzvü və katibi idi. 1924 — 1928-ci illərdə Leninqrad Şərq Dilləri İnstitutunda oxumuşdur. Yeni yakut əlifbasını hazırlayan komissiyanın üzvü idi. Yakut Yazı Komitəsinin elmi katibi idi.Leninqrad İnstitutunda təshil alarkən 1906-cı ildə Viktor Vasilyev tərəfindən yazılmış "Ala Bulkun" olonqo rəvayətini rus dilinə tərcümə etmişdir.
Anton Şaqin
Anton Aleksandroviç Şaqin — Rusiya teatr və kino aktyoru, Prezident seçkiləri mükafatı laureatı (2016), Rusiya Federasiyasının hökuməti (2011). == Həyatı == Anton Şaqin 1984-cü il aprelin 2-də Kalininqrad rayonunun Kimrı şəhərində anadan olmuşdur. Uşaqlığını Karaçev şəhərində (Bryansk vilayəti) keçirilib, burada babası Yuri Konstantinoviç Gorşkov ilə qalıb. O, SM Kirov məktəbində oxudu. Məktəbdən əvvəl Anton soyadını Gorşkov adlandırdı. Ancaq sonradan Şaqin olaraq dəyişdi. Şaqin onun ögey atasının soyadı idi. Anton 14 yaşında ikən anası öldü. 9-cu sinifdən sonra peşə məktəbində çilingər kimi təhsil almağa getdi. Zəif çıxışlarda iştirak etmişdir.
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa == Həyatı və Karyerası == Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. == Filmoqrafiya == Film Televiziya == Mükafatlar == Ümid vəd edən aktrisa- 2.
Dayə xatın
Dayə xatın — Türkmənistanda orta əsrlərə aid memarlıq abidəsi == Tarixi və memarlığı == Cərco şəhərindən 170 km şimal-qərbdədir. Səhrada, Xorasandan Xarəzmə gedən qədim yolun üstündə yerləşir. Dünya ölkələrinə səmtlənmiş, qülləli divarlarla möhkəmlənmişdirilmiş, kvadrat planlı, çiy və bişmiş kərpiçdən (tağ və günbəzləri) tikilmiş IX əsr- XII əsrlərə aid karvansaradan (və ya ribatdan) ibarətdir. Bir girişi (şimal tərəfdən) vardır və dirəklər üzərində sıratağlarla əhatələnmiş simmetrik planlı, 4 eyvanlı daxili həyətə malikdir. Fasadında nəbati ornamentlər, oyma kərpiç və terrakotadan kitabələr var. Bina planlaşdırılmasına görə erkən ərəb ribatları və Əməvi qəsrlərinə bənzəyir.
Elena Satine
Elena Satine (gürc. ელენა სატინი, 24 noyabr 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü əsilli amerikalı aktrisa.
Emel Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Emil Şahin
Emil Şahin oğlu Qonaqov (19 may 1987, Bakı) — azərbaycanlı bəstəkar. == Həyat və yaradıcılığı == Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxaq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü. == Həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. === İctimai fəaliyyəti === 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Hulusi Sayın
Hulusi Sayın (28 aprel 1926, Elazığ – 30 yanvar 1991, Ankara) — Türk generalı. == Həyatı == Maltəpə Hərbi Liseyindən 1945, Quru Qoşunlarının Hərb Məktəbindən 1948, Jandarma Zabit Məktəbi 1952-ci il, Hərb Akademiyasından 1964-cü ildə məzun oldu. 1974-cü ildə General-mayor, 1978-də Tümgeneral və 1983-də General-leytenant oldu. Fövqəladə Hal Bölgəsində yaradılan Asayiş Birlikləri Korpusu Komandirliyindən 1 sentyabr 1989 tarixində təqaüdə çıxmışdır. Baş nazirlik baş müşavir vəzifəsini icra edərkən 30 yanvar 1991-ci il tarixində Ankarada evinin qarşısında uğradığı silahlı hücum nəticəsində öldürülmüşdür. Qəzetləri axtaran bir adam hərəkəti qeyri-qanuni nəhəng-Sol Silahlı İnqilab Birlikləri Təşkilatı adına boynuna götürərkən, Təhlükəsizlik Ümumi Müdiri Nəcati Bilican isə hadisə yerində Kürdüstan Milli Qurtuluş təşkilatının bir məlumatının tapıldığını açıqlamışdır.
Katsudo Şaşin
Katsudo Şaşin (活動写真, azərb. Hərəkətli şəkillər‎) — 50 kadrdan ibarət olan qısa Yaponiya animasiyası. Yaradıcısı haqqında məlumatlar saxlanılmayıb. Yaponiyada çəkilmiş ilk anime hesab olunur. "Katsudo Şaşin"i Osaka İncəsənət Universitetinin müəllimi Natsuki Matsumoto 31 iyul 2005-ci ildə Kiotoda qədim ailə proyektorunda aşkar edib.Proyektorda sellüloiddən hazırlanmış lentə çəkilən 50 kadr saxlanılmışdı. 3 saniyə davam edən animenin mövzusunu gəmiçi paltarında olan oğlan uşağının lövhədə kanci heroqlifləri ilə "hərəkətli şəkillər" yazaraq, tamaşaçılara çevrilib nəzakət əlaməti olaraq papağını çıxartması təşkil edir. == Təsviri == "Katsudo Şaşin" sellüloiddən hazırlanmış lentə çəkilən 50 kadrdan ibarətdir və cəmi 3 saniyə davam edir. Animasiyanın kadr tezliyi saniyədə 16 kadr təşkil edir. Kadrın mövzusunu gəmiçi paltarında olan oğlan uşağının lövhədə kanci heroqlifləri ilə "hərəkətli şəkillər" (yap. 活動写真) yazaraq, tamaşaçılara çevrilib nəzakət əlaməti olaraq papağını çıxartması təşkil edir.
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı.Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi.SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi. Rusiya tərəfi qırğının qurbanlarının ölməsi səbəbindən istintaqı bağladı və hadisə Böyük təmizləmənin bir hissəsi olaraq qəbul edilmədiyi üçün öldürülənlərə bəraət verilməsi proseduru tətbiq olunmadı.2010-cu ilin noyabr ayında, Rusiya Federasiyası Dövlət Duması, qətliama əmr verdiyi üçün Stalin və digər dövlət xadimlərinin hadisə ilə bağlı günahkar olduğunu özündə əks etdirən bəyannaməni təsdiqlədi. == Zəmin == 1 sentyabr 1939-cu ildə Polşanın Nasist Almaniyası tərəfindən işğalına başlandı.
Latın Amerikası
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 33 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 15 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ-la qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır. == Əhalisi == Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır.
Latın Kuboku
Latın Kuboku — 1949-1957-ci illərdə futbol üzrə Fransa, İspaniya, İtaliya və Portuqaliya çempionları arasında keçirilmiş futbol çempionatı.
Latın dili
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s ) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latin xalqı tarix səhnəsindən çixmis və bununlada bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Latın ifadələri
Latın dilinin "ölü dil" sayılmasına baxmayaraq bu dilə aid bir çox söz və ifadələr digər dillərin leksikonunda, xüsusilə dini, elmi, hüquqi terminologiyada hələ də geniş istifadə olunmaqdadır. Yeni ümumiişlək söz və ifadələrin yaranmasında latın dilinin rolu çox olmuşdur. Təbabəti xüsusilə kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvür etmək qeyri mümkündür. Latın ifadələri günümüzdə elmi və məntiqi fikirləri geniş auditoriyaya çatdırmaq üçün mühüm bir vasitəyə çevrilmişdir. Düzdür son zamanlar elm və texnikanın, iqtisadiyatın, ticarətin sürətlə inkişaf etməsi ilə meydana çıxan yeni termin və ifadələr ingilis dili əsasında formalaşsalar da latın dilindən digər dillərə oturmuş söz və ifadələr hələ də klassikliyini qoruyub saxlamaqdadır. Latın söz və ifadələri bu məqalədə əlifba sırası ilə təqdim olunmuşdur.
Latın imperiyası
Latın İmperiyası və ya Konstantinopol Latın İmperiyası — 1204-cü ildə Dördüncü Səlib Yürüşü nəticəsində Konstantinopolun işğalı ilə qurulmuş dövlət. Səliblərin Romaniya adlandırdığı bu dövlət 57 il ayaqda qalmış, 25 iyul 1261-ci ildə Nikeya imperatoru VIII Mixael Konstantinopolu işğal etdikdən sonra, imperiya süqut etmişdir.
Latın kvadratı
Latın kvadratı (n düzülüşlü) — L=(lij) və n × n ölçülü cədvəlin ixtiyari n elementləri ilə doldurulmuş elə bir M cədvəlinə deyilir ki, buradakı hər sətir və sütunlardakı elementlər yalnız bir dəfə istifadə olunsun. 3 sıralı latın kvadratının nümunəsi: [ A B C C A B B C A ] {\displaystyle {\begin{bmatrix}A&B&C\\C&A&B\\B&C&A\\\end{bmatrix}}} Hal-hazırda M-ə bir çox həqiqi ədədlər { 1,2,…, n} və ya çoxluq { 0,1,…, n-1} daxil etmək mümkündür. Ancaq Leonard Eyler latın əlifbasının hərflərindən istifadə etdiyinə görə bu əməliyyatı Latın kvadratı adlandırmışdıLatın kvadratları istənilən n üçün mövcuddur. Sadəcə Kelis cədvəlinin cəm qrupunun halqasını istifadə etmək kifayətdir Zn: lij= (i+j-1) mod n. == Latın kvadratlarının tədqiqat tarixi == İlk dəfə latın kvadratları (4 sıralı) Misirdə Əhməd əl-Buni tərəfindən təxminən 1200-cü ildə yazılmış "Şəms əl Maarif" kitabında dərc edilmişdi. İki ortoqonal latın kvadratı ilk dəfə 1725-ci ildə J.Ozanam tərəfindən qeyd edilmişdir.