Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Satsivi
Satsivi və ya Qoz pastası (Gürcücə:საცივი) — qida pastası, əsasən qoz içindən hazırlanmış və müxtəlif reseptlərdə istifadə olunur.
Saciçi
Saciçi — Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biridir. Onun hazırlanmasında eyni vaxtda ətdən və bolluca tərəvəzdən istifadə olunur. Bu yemək sacın – universal qalxanabənzər çuqun qabın içində hazırlanan yeməkdir.Ət, toyuq, balıq sac içində bişirilə bilər. Ən qədim sac yeməyi – sac qovurmadır ki, o da ətin ən yaxşı hissəsi, qoyun quyruğu və soğanla birlikdə, yağda, sac içində qovrulur.Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrəyə "sac ayağı" deyilən 3 dayaqlı altlığın üzərində qoyulur.
Muğan şahlığı
Muğan şahlığı — Tarixi mənbələrdə “Şiri-Muğan”, “Muğan şahlığı”, “Muğaniyyə” və s. adlanan Muğan haqqında tədqiqatları Əsgər Zahidovu bir muğanşünas alim kimi tanıtmışdı.642-ci ildə ərəblər tərəfindən işğal olunan Muğanda ərəb tarixçisi ibn Xordadbehin yazdığına görə IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Muğan şahlığı yaranır.İbn Miskəveyhin yazdığına görə, Muğan şahlığını o zaman Sipəhbud İbn Dəlulə idarə edirdi. Onun atası Dəlulə çiçək xəstəliyindən ölmüşdür. Qətran Təbrizinin şeirlərindən məlumdur ki, Muğanda Dəlulə nəslindən olan feodallar ağalıq edirmişlər. Dəlulənin oğlu Əmir Sipəhbud Təbriz şahına tabe olmadığı üçün Vəhüstanın oğlu Abunəsr Məhəmmədin ordusu ilə (hücum edən Təbriz şahı olur) Muğan şəhərində döyüş olur. Bu döyüşdə Muğan şahı Şipəhbud məğlub edilir. Bu qanlı vuruşmada dahi şairimiz Qətran Təbrizi də iştirak edir. (Bax: Qətran Təbrizi, «Divan», «Əbu Nəsr Məmlan İbn Vəhüstanın mədhi», Bakı, 1967,s.272).Muğan şahlığı Rəvvadilər dövlətinə qatılmaqla Muğan şahlığı tarixdən silinir.
Saxsılı (Heris)
Saxsılı (fars. ساخسلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (33 ailə).
Saxsılı (Nəmin)
Saxsılı (fars. ساقصلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 603 nəfər yaşayır (123 ailə).
Sind şahlığı
Sind şahlığı — "Mahabharata" və "Harivamsa-Purana" epik kitabında xatırlanan qədim hind şahlığı. == Haqqında == Sind şahlığı müasir Pakistan ərazisində, qədim Hindistanda Sind (Hind) çayın sahilləri boyu ərazidə yerləşirdi. Hesab edilir ki, Sind şahlığının əsası Vrsadarbh tərəfindən qoyulmuşdu. O Sivi oğullarından biri idi. Mirçandaninın müəllifi olduğu "Qədim Sind düşüncələri"nə əsasən, sonralar Sind kimi tanınan Tulsianis yerdə, indiki Mithankot şəhərinin ərazisində (cənubi Pəncabda) yerləşirdi. Şahlığın sakinləri sindus və ya sindxavami adlandırılırdı. "Sindhu" hərfən "dəniz" mənasını bildirir. "Mahabharata" epik kitabına əsasən, Cayadratha (Duryodhananın bacısının əri) Sindus Suviras və Sivis şahı idi. Ehtimal ki, Sauvira və Sivi sindhu şahlığına yaxın iki şahlıq idi və Cayadrata onları bir müddət işğal etməyə müyəssər olmuşdu. Sindhu və Sauvira, görünür, bir-biri ilə vuruşan iki vuruşan dövlət idilər.
İznik saxsısı
İznik saxsısı ilk olaraq XV əsrdə ortaya çıxmışdır. O dövrdə hazırlanan Bursa Yaşıl Məscidində və Türbəsində (1421), Bursa Muradiyə Məscidində (1426) ilk nümunələrinə rast gəlinir. XVI əsrdə isə Osmanlı Dövlətinin güclənməsi və yeni formaların ortaya çıxması ilə İznik saxsısı ən möhtəşəm günlərini yaşadı. Bu dövrdə tikilən Süleymaniyyə Məscidində və Səlimiyə kimi əsərlərdə İznik saxsıları ilə müxtəlif bəzəmələr edilmişdir. XVII əsrdə isə İznik Saxsısı itməyə başlamış və XVIII əsrin əvvəllərində tamamilə məhv olmuşdur. 300 il aradan sonra 1985-ci ildə Faiq Krımlı Usta, İstanbuldan İznikə gələrək Əşrəf Əroğlu və xanımı Seyhan Ağayeva ilə birlikdə bir sex qurmuşdur. İznik saxsıları burada təkrar istehsal edilməyə başlanmışdır. XV və XVI əsrlərdə Osmanlı Türk Mədəniyyət Sənətinin zirvələrindən biri olan İznik saxsısını məscidlərdə, evlərdə, Türk və dünya muzeylərində mövcud nümunələri hələ də heyranlıqla izlənir. == İznik saxsısının hazırlanma mərhələləri == Naxışlarının quruluşu: İznik saxsısı müxtəlif formalarda olduğundan (boşqab, fincan və s), əvvəlcədən uyğun naxış bu görüləcək işə görə müəyyən olunur. Naxış iynələmə: Hazırlanacaq naxış kağız üzərində cizgilər iynə ilə deşilir.
Badd sahili
Badd sahili (ing. Budd Coast) — Şərqi Antarktidanın Uilks Torpağı ərazisində, 109°16' və 115°33' şərq uzunluğunda yerləşən bölgə.. Badd sahili dənizə daxil olan böyük bir yarımada formasındadır. Bölgə nəhən buz qatı altında yerləşir. Yarımadanın qərb sahilində Qrirson vahəsi yerləşir. Vahədə Avstraliyaya məxsus olan Uilks stansiyası fəaliyyət göstərir. Badd sahili 1840-ci ildə ABŞ ekspedisiyasının rəhbəri Çarlz Uilks tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən gəmilərdən birinin kapitanı Tomas Baddın şərfinə adlandırmışdır.
Banzare sahili
Banzare sahili (ing. Banzare Coast) — Şərqi Antarktidanın Uilks Torpağında, 122°05' və 130°10' şərq uzunluğinda qəralaşır. Buzlaq enişində bir sıra hündür buzlaq dağlar vardır. Materikin daxilinə doğru buzlaq Voeykov şelf buzlağı ilə birləşir. Şimal-şərq hissədə iri aysberqlər mövcuddur. Sahil ilk dəfə 1931-cü ildə Britaniya-avstraliya-yenizelandiya antarktik aeaşdlrmacı ekspedisiyası tərəfindən kəşf edilmişdir. Sahikin adı ekspedisiyanın baş əriflərindən götülülmüşdür ing. British-Australian-New Zealand Antarctic Research Expedition).
Eyts Sahili
Eyts Sahili, (ing. Eights Coast) Keyp burnu və Froqnır nöqtəsi arasındakı Qərbi Antarktida sahillərinin Elsuort Torpağında yterləşən bir hissəsidir. Qərbində Meri Berd Torpağında Valqrin Sahili, şərqində Brayn Sahili var. Eyts Sahili Tarston Adası, Abbot Buz sahəsi və içindəki Şermen, Karpentr, Dastin, Conson, McNamara, Farell və Dendtlr adaları ilə həmsərhəddir. Eyts Sahili, qərbindəki böyük bölgə Meri Berd Torpağı kimi, hər hansı bir ölkə tərəfindən haqq iddia edilən bir yer deyil. Eyts Sahilinin 450 km şimalında, Piter I Adası isə Norveç tərəfindən haqq iddia edilən bir bölgədir. Eyts Sahilinin uzunluğu təxminən 500 kilometrdir. Sahil fevral 1940-cı ildə ABŞ Antarktida Proqramı üzvləri tərəfindən "USS Bear" gəmisindən edilən uçuşlarda görülmüşdür. Bu araşdırmalardan və ABŞ Dəniz Qüvvələri hava fotoşəkillərindən 1960-1966-ci illərdə ABŞ Geoloji Araşdırmalar Təşkilatı tərəfindən Eyts Sahili ətraflı olaraq xəritəyə alınmışdır. Eyts Sahili adı Antarktik Adları Məsləhət Komitəsi tərəfindən 1830-cu il Kəşf yürüşünün bir üzvü olan amerikalı geoloq Ceyms Eytsə istinadən verilmişdir.
Kemp sahili
Kemp sahili (ing. Kemp Coast) — Antarktidanın şərqində, Enderbi Torpağıında, 56°25' və 59°34' şərq uzunluqları arasında yerləşir. Kemp sahilini Birlik dənizinin suları yuyur. Sahilin böyük qismini materik buzlağı örtmüşdür. Burada iri buzlaq sıldırımları əmələ gətirmişdir. Sahil ilk dəfə 1833-cü ildə ingilis dəniz zabiti, «Maqnet» gəmisinin kapitanı Piter Kemp tərəfindən kəşf edilmişdir. Bir müddət sonra onun şərəfinə adlandırılmışdır.
Kerd sahili
Kerda sahili (ing. Caird Coast) — Qərbi Avstraliyada, Kots Torpağı ərazisində, 20°00' və 27°54' qərb uzunluğunda yerləşən ərazi. Kerda sahili 1915-ci ildə Britaniya Antarktida ekspedisiyasının rəhbəri Ernest Şeklton tərəfindən kəşf edilmişdir. Sahil ekspedisiyanı maliyyələşdirən Ceyms Kerdin şərəfinə adlandırilmişdir.
Klari sahili
Klari sahili (ing. Clarie Coast) — Antarktidanın şərqində, 130°10' və 136°11' şərq uzunluğunda yerləşən ərazi. Sahikin uzunluğu 350 km təşkil edir. Materik kənarında yerləşən buzlaq bir silsilə şəklində sahil boyunca uzanır. Materiiin daxilinə doğru buzlaq qalınlaşır. 60 km məsafədə qalınlıq 1000 metr təşkil edir. Sahil ilk dəfə 1840-cı ildə Fransa antarktik ekspedisiyasının rəhbəri Dyuman Dürvil tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən «Zele» gəmisinin kapitanı Jakinonun şərəfinə adlandırılmışdır.
Kozuay sahili
Kozvey-Kost (irl. Causeway Coast) və ya Nəhənglər keçidi — İrlandiyanın şimalında Antrim qraflığında, Başmills qəsəbəsindən təqribən 3 km şimalda yerləşən və İrlandiyanın şimal-şərqi sahili boyunca yayılmış olan vulkanik mənşəli bazalt geoloji quruluş. == Haqqında == Vulkanik püskürmələr nəticəsində yaranmış olan, bir-birinə bağlı 40.000 bazalt sütununun yan-yana düzüldüyü bir yerdir. Bölgənin ən xarakteristik xüsusuyyəti olan bazalt sütunlar, 50–60 milyon il əvvəlki vulkanik fəaliyyətlərin nəticəsidir. Antrim tavası, təxminən 3800 km²-lik sahəsi ilə Avropanın ən böyük lava tavasıdır. Dənizdən yüksəkliyi orta hesabla 100 metr olan bu qayalıq bölgə, geoloji dönəmdən qalma bir neçə lava hərəkəti səbəbi ilə pilləkənli bir görünüşə sahibdir. Bazalt sütunlardan ən yüksəyi 12 metrdir. Sütunların üst hissəsi pilləkən şəklində olarkən, alt hissəsi isə dənizin altına enməkdədir. Böyük hissəsi altıbucaqlı şəklində olsa da bəzıları yeddi ya da səkkiz bucaqlıdır. Lavalar 28 metr qalınlığa çata bilməkdədir.
Lassiter sahili
Lassiter sahili (ing. Lassiter Coast) — Qərbi Antarktida ərazisində, Antarktik yarımadasının qərb sahillərində yerləşir. Bölgə şimaldan Makintoş burnu və Filhner şelf buzlağı ilə isə cənubdan əhatələnir. Sahilin uzunluğu 240 km təşkil edir. Sahənin böyük hissəsi şelf və materik buzlağı ilə örtülüdür. Bəzi hissələrdə nunataklar səthə çıxır. Bəzən onların hündürlüyü 1800 netr təşkil edir. Lassiter sahili il boyu Ueddell dənizinin dreyf edən buzlaqları ilə örtükü olur. Sahil ilk dəfə ABŞ antarktik ekspedisiyası zamanı akşarlanmış və tətqiq edilmişdir (1940 və 1947). Sahilin adı 1947-ci ildə təyyarəçi Ceyms Lassiterin şərəfinə adlandırılmışdır.
Loubye sahili
Loubye sahili — Antarktidanın Qreyam Torpağından qərbdə yerləşən sahildir. Sahil Belluye burnundan şimal-şərqdə, Bourqeois burnundan cənub-qərbdə yerləşmişdir. Sahillə burnular arasında 158 km məsafə vardır. Sahil 1905-ci ilin yanvarında Jan-Batist Şarkonun rəhbərliyi altında Fransa Antarktika Ekspedisiyası tərəfindən ərazinin tədqiqi zamanı Fransanın prezidenti olmuş Emile Loubetin adını daşıyır. == Yerləşməsi == Loubye sahili 67°00′ c. e. 66°00′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Luitpold sahili
Luitpold sahili (ing. Luitpold Coast, alm. Prinzregent-Luitpold-Land‎) — Qərbi Antarktidanın Kots Torpağında, Heys buzlağı ilə Filhner şelf buzlağı arasında yerləşir. Sahil ilk dəfə 1912-ci ildə Almaniya imperiyasının antarktik ekspedisiyasının rəhbəri Vilhelm Filhner tərəfindən kəşf edilmiş və Bavariya şahzadə-qəyyumu Luitpoldun şərəfinə adlandırılmışdır (1821—1912).
Minilliyin şahini
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
Mouson sahili
Mouson sahili (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi. Mouson sahili materik buzlağının sonuc hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır. Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yenizelandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.
Ninqalu sahili
Ninqalo sahili — Avstraliyanın qərb tərəflərində mərcan qayalıqlardan ibarət sahil. == Haqqında == Ninqalo sahilləri balina köpəkbalıqlarının dövri bəslənmə sahəsi olaraq tanınan saçaqlı mərcan qayalıqlarıdır. (Fringing Coral Reef). Avstraliyanın qərb sahillərində yerləşir və Pert şəhərinin təxminən 1200 km şimalındadır. Qayalıqlar 260 km uzunluğunda olub Avstraliyanın ən böyük saçaqlı mərcan qayalığıdır və dünyada bu böyüklükdə olan materikə ən yaxın mərcan qayalıqdır. Ninqalo Mərcan Qayalığına qonşu olan əhəngdaşından ibarət Keyp Reync, 500-dən çox mağara və digər karst formaları ilə dünya səviyyəsində önə çıxan bir quruluşdur.
Qreyam sahili
Qreyam sahili — Antarktidanın Qreyam Torpağından qərbdə yerləşən sahildir. Sahil Belluye burnundan cənub-qərbdə, Renard burnundan şimal-şərqdə yerləşmişdir. Sahillə burnular arasında 172 km məsafə vardır.Sahil Con Bisko tərəfindən ekspedisiyaya daxil edilən, Admirallığın Birinci Lordu adını daşıyan Ser Ceyms Qreyamın adını daşıyır. == Yerləşməsi == Qreyam sahili 65°45′ c. e. 64°00′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory.
Qərb sahili
İordaniyanın qərb sahili hazırda Fələstinin azad edilməsi təşkilatı ilə əlaqəli bir təşkilatın HƏMAS rəhbərliyinin nəzarəti altında olan bir inzibati dövlətdir, İsrail ərazisi Fələstin dövlətinə tabedir. Qərbi Fələstin Muxtariyyətində HƏMAS hökuməti üstünlük təşkil edir.Bir çox hallarda onun İsrail tərəfindən işğal edildiyi deyilir, lakin yəhudi dövlətinin arqumentləri bizi problemin tarixini araşdırmağa vadar edir. Ərazi 1948-1967-ci illərdə İordaniya tərəfindən işğal olunub. 1967-ci ildə baş verən Altı Günlük Müharibə bölgənin həyatında əsaslı dəyişikliklərə səbəb oldu. 6 günlük müharibədən sonra bu ərazi Yəhudeya və Samariya əyalətləri ilə birlikdə Fələstinin nəzarətinə keçib, əksər hallarda İsrail işğalçı adlandırılsa da, keçmişdə yəhudilərin bu torpaqlarda yaşadığı danılmaz bir həqiqətdir. Ərazinin inzibati mərkəzi fələstinlilərin gələcək müstəqil Fələstin dövlətinin paytaxtları kimi seçdiyi Şərqi Qüdsdür. Rayonun ərazisi təqribən 5655 km², əhalisi isə 2862485 nəfərdir. İqtisadi vəziyyəti qeyri stabil olan bölgənin Ümumi Daxili Məhsulunun həcmi 6.641 milyard ABŞ dolları (2008) təşkil edir. Dövriyyədə isə əsasən 3 ölkənin pul vahidi liderlik edir. İsrail şekeli, Misir fundu və İordan dinarı aparıcı valyutalardır.
Sabrina sahili
Sabrina sahili (ing. Sabrina Coast) — Şərqi Antarktidanın Uilks Torpağında yerləşən sahili. Sautard burnu (122°05' ş. u.) və Uoldron burnu (115°33' ş. u.) arasında yerləşir. Sabrina sahilinin uzunluğu 300 km məsafədə uzanır. Ərazisinin böyük qismi Moskva Universiteti şellf buzlağı sahəsinə daxildir. Bu bölgə ilk dəfə ingilis ekspedisiyasının rəhbəri Con Balleni tərəfindən kəşf edilmişdir. Ərazinin kəşf tarixi 1839-cu ilin martına təsadüf edir. 1931-ci ildə Duqlas Mouson Balleninin təşkil etdiyi ekspedisiyasının əsas gəmisi olan "Sabrinanın" şərəfinə adlandırılmışdır.
Sakiçi Toyoda
Sakiçi Toyoda (豊田 佐吉, Toyoda Sakiçi, 19 mart 1867, Fuçi rayonu[d], Şizuoka prefekturası – 30 oktyabr 1930, Naqoya) – Yaponiya ixtiraçısı və sənayeçisi. Toxucu dəzgahlar sahəsindəki töhfələrinə görə tanınır. Onu "Yaponiya ixtiraçılarının kralı" adlandırırlar. == İlk illəri == Sakiçi Toyoda 1867-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. O, İkiçi və Ey Toyoda cütlüyünün birinci oğlu idi. Atası fermer olmaqla yanaşı, dülgərliklə də məşğul olurdu. Sakiçi ibtidai məktəbdən məzun olduqdan sonra atasının yanında işləməyə başlamışdır. == Karyerası == Toyoda milli məsələlərlə maraqlandığı üçün həyatını ixtiralara həsr etmək qərarına gəlmiş və toxucu dəzgahları inkişaf etdirməyə başlamışdır. 1890-cı ildə Tokionun Ueno bölgəsində keçirilmiş Üçüncü Sənaye Təşəbbüskarlığı Sərgisində maşınların çoxunun xaricdə istehsal olunduğunu görmüş və yerli maşınların istehsalının vacib olduğunu düşünmüşdür. O, insan gücü ilə işləyən toxucu dəzgahın dizaynını mükəmməlləşdirmiş, həmin dəzgahın məhsuldarlığını və istehsal etdiyi məhsulların keyfiyyətini artırmışdır.
Saunders Sahili
Saunders Sahili (ing. Saunders Coast) — Kolbek burnu və Brinnan nöqtəsi arasındakı Qərbi Antarktida sahillərinin Meri Berd Torpağında yerləşən hissəsidir. Qərbində Şireys sahili, şərqində Rapirst sahili var.