Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir. Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır.
Mikrodalğalı soba
Mikrodalğalı sobanın iş prinsipi elktromaqnit dalğalarının təsir mexanizminə əsalanır. Məlum olduğu kimi atomda elektron bir stasionar haldan digərinə keçərkən enerji şüalandırır, bu enerji şüalanmanın tezliyi (y) ilə bağlı olur, E=hy ilə ifadə olunur və bu enerji kvant adlanir. Burada h=4 .10–15ev.c = 6.10–34coul.c –Plank sabitirir. Bir elektron – volt (ev) 1 volt gərginlikli sahədə 1 elektronun qovulmasına, başqa sözlə sürət verilməsinə sərf olunan enerjidir. Elektromaqnit (EM) dalğaların bu kvantlara bölmək olar və göründüyuü kimi onun şüalanma enerjisi tezliklə bağlıdır. EM dalğaları, spektrinə və dalğa uzunluğuna gorə şərti olaraq, 8 tezlik diapazonuna bölünür: səs tezlikli dalğalar, radio, UYT (mikrodalğalı şüalar), infraqırmızı (İQ) şüalar, görünən içıq, ultrabənövşəyi (UB) şüalar, rentgen şüaları, qamma şüalar. Ultrayüksək tezlikli (UYT) kvantların enerjisi — atom və malekullarda rəqsi rərəkətləri həyəcanlandırmağa bəs edir, İQ -atmosferdə udulur, görünən işığın kvant enerjisi — 2–3 ev-a bərabərdir və hər hansı kimyəvi əlaqəni qırmağa və kimyəvi reaksiyanın getməsinə səbəb ola bilər, gözün torlu qişasına, fotoplyonkaya təsir edir, UB şüalar — daha da güclü kimyəvi rabitəni qırmağa, xarici elektronu qoparmağa, atomu ionlaşdırmağa qadirdir və həyat üçün zərərlidir, Rentgen şüaları- hətta atomun daxili təbəqəsindən elektron qopara və nüvəni həyacanlandıra bilər, Qamma şüalar- atom nüvəsini dağıtmağa qadirdir və güclü energetik qamma şüaları elementar hissəciyin daxilinə kecib , proton və neytrona təsir edir. Mikrodalğalar, başqa sözlə, UYT-li şüalar –dalğa uzunluğu 1m- dən 1mm-ə qədər olan, EM –dalğalarıdır. Mikrodalğalar təbiətdə də var- Günəş EM –dalğaları şüalandırır. Bu dalğalar fəzada 300 000 km/s – işıq sürəti ilə yayılır.
Soba (bürc)
Soba (lat. Fornax) — göyün cənub yarımkürəsində bürc.
Adobe
Adobe — Proqram təminatı hazırlayan ABŞ kompaniyası. Mənzil-qərargahı San-Xosedə (Kaliforniyada) yerləşir.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Seyba
Seyba (lat. Ceiba) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Ceiba aesculifolia (Kunth) Britten & Baker, 1896 Ceiba glaziovii (Kuntze) K.Schum., 1900 Ceiba insignis (Kunth) P.E.Gibbs & Semir, 1988 Ceiba pentandra (L.) Gaertn.
Skoda
Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb. Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir. Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi. 1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar.
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Stoya
Stoya (15 iyun 1986, Uilminqton[d], Şimali Karolina) — serb və şotland əsilli ABŞ pornoaktrisası. "Stoya" onun ləqəbidir. "Stoya" ləqəbini pornofilmlərdə istifadə edir. Bu ad onun nənəsinin soyadının kiçildilmiş variantıdır. Əsl adı isə Cessika Stoyadinoviçdir. 15 iyun 1986-cı ildə doğulub.
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Səqba
Səqba (ərəb. سقبا‎) — Suriyada şəhər.
İşoba
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şorba
Şorba — Kökü Hindistana bağlıdır. Şorba sözünün mənası "yaxşı bəslənmə" deməkdir. 10 min il əvvəl şorba hazırlandığı və yeyildiyi haqqında məlumatlar tapılıb. Çində 2400 illik şorba arxeoloqlar tərəfindən Şian antik kəndində tapılıb. İnsanın ilk dəfə şorbanı yeməsi, III yüzilliyə təsadüf edilir. O dövrün insanlarından olan Patroklus, çörəyi suya batıraraq, üzərinə duz səpərək yeyib. Patroklusun yeməyi daha sonra Avropanın bəslənmə yeməyi olacaq şorbanın ilk halı olaraq ortaya çıxır. Fransada soğan şorbası mövcuddur. Bu şorbanı alta 6 ədəd çörək qoyub, üzərinə ət suyu tökərək hazırlayırlar. Şorbanın indiki halda olması isə, François Pierre La Varenne tərəfindən yaradılıb.
Şıxoba
Şıxoba — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Saola
Saola (lat. Pseudoryx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Udora
Elodeya (lat. Elodea) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suboyarkimilər fəsiləsinə aid bitki cinsi. Şimali və Cənubi Amerikada 10 növü var. Keçmiş SSRİ-də 2 növü - sıx elodeya və Kanada elodeyası (gətirilmiş bitkidir), o cümlədən Azərbaycanda bir növü bitir. Su hövzələrində kütləvi surətdə çoxaldıqda gəminin hərəkətini çətinləşdirir (buna görə elodeyaya "su taunu" deyirlər). Bitki hüceyrəsinin quruluşunu öyrənmək üçün elodeya qiymətli obyektdir. Akvariumlarda da yetişdirilir.
Scobia
Premna (lat. Premna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Doha
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Saba
Saba (ada) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən ən kiçiyi[ Saba (ad) — qadın adı. Saba rayonu — Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Sobu
Sobu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. Əsasını Şamlı tayfaları qoymuşdur. Sobu kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsinin 1827-ci ildə Cənubi Azərbaycanın Sobu kəndindən köçüb gəlmiş ailələr salmişlar. Miqrant toponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Zəngilan rayonu ərazisində çay. Xaçın çayının sağ qoludur. Ədəbiyyatlarda Sobudərə kimi da qeydə alınmışdir.
Fo (şorba)
Fo (vyet. phở) — vyetnam mətbəxinin xörəyidir. Təqdim ediləndə mal və ya toyuq əti, gec-gec qızardılmış balıq əti ilə təqdim edilən, ərişdəli şorbadır. Bu təyam bir neçə ad daşıyır: birinci halda — fo bo (vyet. phở bò), ikinci halda — fo qa (vyet.phở gà), üçüncü halda isə — fo ka (vyet. phở cá). Şorba üçün ərişdəni əsasən düyü unundan hazır edirlər. Xörəyi reyhanın aziya növü, nanə, laym və munq tumları ilə bəzəyirlər. Xörək Hanoy ilə əlaqələndirir, orda 1920-ci ildə ilk fo restoranı açılmışdı. == Tarixi == Fo XX əsrin əvvəllərində Vyetnamın şimal hissəsində meydana gəlmişdi.
Fujimi Shobo
Fujimi Shobo (富士見書房) və ya keçmiş adı ilə Fujimi Shobo Co., Ltd. (株式会社富士見書房, Kabushiki gaisha Fujimi Shobō) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. Manqa, ranobe, rol və kart oyunları nəşr edir. Nəşriyyat 1991-ci ildə Kadokawa Shoten nəşriyyatının filialı kimi fəaliyyətə başlamışdır. Fujimi Shobo 1 oktyabr 2013-cü ildə səkkiz şirkətlə birləşərək Kadokawa Corporation şirkətini əmələ gətirmiş və kabuşiki qayşa olmağı dayandırmışdır.
Hebe odora
Lev Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880 və ya 3 mart 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis. == Həyatı == Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir. 1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.