Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şakira Ripoll
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Kerkira
Kerkira (yun. Κέρκυρα) və ya Korfu (it. Corfù) — Yunanıstanda, İon adaları qrupuna aid ada. Əsas şəhər Kerkiradır. == Tarixi == XIV–XVIII əsrlərdə adada eyniadlı Venesiya qalası var idi. Kerkira 1797-ci ildə digər İon adaları ilə birlikdə Fransa tərəfindən tutulmuşdur. 1798-ci ilin noyabrında Fyodor Uşakovun 1798–1800-cü illər Aralıq dənizi səfəri zamanı qala Rusiya desant qoşunları tərəfindən mühasirəyə alınmış, ​​19 fevral 1799-cu ildə təslim olmuşdur. == Coğrafiya == İon adaları qrupuna aiddir. Ərazisi 592 km2-dir. Hündürlüyü 906 metrə qədərdir.
Sakura
Sakura (yap. さくら, yap. 桜, 櫻) — 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır. Sakura adlanan növlərin çoxu əsasən dekorativ bitkilərdir və kiçik, yeyilməyən meyvələr bitirirlər.
Satira
Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur. Satiraya ən gözəl misal S.Ə.Şirvanini " Köpəyə ehsan" şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir.
Sekişo
Sekişo (関所), qısaca seki və ya sədd stansiyaları – Yaponiyada yolların vacib strateji nöqtələrində tikilmiş hökumət tikililəri. Meyci dövrünə qədər istifadə olunmuş sekişo sistemi yoldan keçən şəxsləri yoxlanışdan keçirmək və vergi yığmaq üçün nəzərdə tutulmuşdu. == Tarixi == Sekişo sistemi 645-ci ildəki Tayka islahatı çərçivəsində yaradılmış, Kinay regionu, daxili əyalətlər və paytaxt ərazisi üçün nəzərdə tutulmuşdu. İse əyalətindəki Suzuka, Mino əyalətindəki Fuva və Eçizen əyalətindəki Araçi stansiyaları ən əhəmiyyətli üç sekişo hesab olunurdu. Bu üç sekişo Sankan və ya Üç sədd adlandırılırdı. İmperatorun ölümü, üsyan və ya milli fövqəladə hallarda hökumət tərəfindən göndərilmiş rəsmilər bu stansiyalara gəlirdilər.Heyan dövründə qəbul edilmiş Ritsuryo sistemi nəticəsində Sankan öz aktuallığını itirmişdir. Yaponiyada feodal münasibətlərin inkişaf etməsi nəticəsində torpaq sahibləri öz ərazilərində özəl sədd stansiyalarını yaratmağa başlamışdırlar. Kavate və ya tsuryo kimi adlarla tanınan bu stansiyalarda müxtəlif formalarda rüsum toplanırdı. Muromaçi dövründə şoqunluq və regional hakimlər sekişolardan əlavə gəlir mənbəyi kimi istifadə etməyə başlamışdırlar. Bu sekişolar mal və nəqliyyat axınına mane olduğu üçün Oda Nobunaqa və Toyotomi Hideyoşi tərəfindən ləğv olunmuşdur.
Seliya
Seliya (latış. Sēlija‎; lit. Sėla) və ya Auqşzeme (lit. Augšzeme) — Latviyanın mədəni diyarı. O, Zemqale diyarının tərkibi hissəsi sayılır. Seliya adı bu torpaqlarda yaşamış sellar xalqından gəlir. == Coğrafiya == Seliya Latviyanın cənub-şərqi hissəsində, Dauqava çayının sol sahilində yerləşir (sağ qolunda isə Vidzeme və Latqale yerləşir). Qərbində o, Zemqaledən Taurkalne meşə massivi ilə ayırılır, şərqdə isə Belarusnan yanında olan Karslava şəhərinə qədər uzanır. Onun cənubunda isə Litvadır.
Semiria
Semiria (lat. Semiria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Senixa
Senixa (isp. Senija) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 4,80 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 661 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 75 km uzaqlıqda yerləşir.
Sepiya
Sepiya — Yumşaqbədənlilər tipinin başayaqlılar sinfinə daxil olub, onurğasız heyvanlar içərisində daha yüksək inkişaf etmiş formalardandır. == Quruluşu == Sepiyanın bədəni bir-birindən aydın şəkildə seçilən iki hissədən-baş və gövdədən ibaraətdir. Sepiya bütün başıayaqlılarda olduğu kimi bir çox ələmətlərinə görə başqa yumşaqbədənlilərdən nəzərə çarpacaq dərəcədə fəqlənir. Sepiyanın baş hissəsi dördbucaqlı formadadır və ön hissəsində ağız dəliyi yerləşmişdir. Ağızın ətrafında 10 ədəd hiss orqanları və ya qollar vardır. Onlardan 8 ədədi nisbətən qısa, 2 ədədi isə uzundur. Qısa hiss orqanlarının içəri tərəfi çoxlu miqdarda dairəşəkili sormaclarla təchiz olunmuşdur. Sormaclar uzununa istiqamətdə bir neçə cərgədə düzülmüşdür və güclü əzələri vardır. Bu sormaclar vasitəsilə sepiya lazimi yerdən yapışa bilir. Qalan iki hiss orqanları kifayət qədər uzundur və şikarın tutulmasına xidmət edir.
Serera
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Seçura
Seçura səhrası (Peruan səhrası) — Perunun qərb sahilində, Cənubi Amerikanın şimal-qərbində yerləşən səhra. Səhra And dağları ilə Sakit okean arasında yerləşir. Şimaldan cənuba uzunluğu 150 km, materikin daxilinə doğru isə eni 20–200 km arasında dəyişir. Səhranın sahəsi 188 735 km² təşkil edir. Əsasən qum və daşlıqlardan ibarətdir. Bir növ Atakama səhrasının şimal qutaracağını təşkil edir. Seçura səhrasında dünyanın ən böyük fosforit yataqları vardır. Burada üstəlik nadir element və metallara rast gəlinir. Perunun beş iri şəhərindən ikisi yerləşir:Pyora və Ciklao. == İqlim == Səhra ekstra arid regiona daxildir.
Tekila
Tekila — tünd alkoqollu içki, vətəni Meksikadır. Azteklər tekilanı müqəddəs içki hesab etmişlər və dini mərasimlərdə tekiladan istifadə etmişlər.
Şakiro
Şakir Deniz, daha çox Şakiro kimi tanınan (1936 – 1996, İzmir), kürd dengbejidir. Denqbej Şakiro 1936-cı ildə Ağrıda anadan olub. Kürdlər arasında o, gözəl səsinə görə Kewê Ribat (Rabat Kəkliyi) və Şahê Dengbêjan (denqbejlərin kralı) kimi tanınır. Şakiro (Şakir Dəniz) özü kimi usta dengbêj olan Resoyê Gopalanın tələbələrindən biridir. Şakirê Mezin və ya Şakirê Bedih kimi də tanınır.
Şakirə
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şəkili
Şəkili (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Şəkili (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Şəmkir
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. == Toponimikası == Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Akira
Akira — ad. Akira Kaci — keçmiş Yaponiya futbolçusu.
Aleksandr Selkirk
Aleksandr Selkirk (ing. Alexander Selkirk; 1676 – 13 dekabr 1721) — Şotland dənizçisi. Aleksandr Selkirk 1704-cü ildən etibarən Robinzon Kruzo adasında 4 il 4 ay yaşamışdır. 1709-cu ildə isə onu digər bir dənizçi olan Voders Rocer xilas etmişdir. Daniel Defonun məşhur Robinzon Kruzo əsərini Aleksandr Selkirkin başına gəlmiş bu hadisə əsasında yazdığı ehtimal olunur.
Atabəy (Şəmkir)
Atabəy – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Atabəy kəndi Çənlibel kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Atabəy kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd 1924-cu ildə Atabəy yeri adlanan ərazidə salınmışdır. Burada keçmışdə Atabəy adlı kənd olmuşdur. Xalq etimologiyasına görə, Atabəy, İəkərbəy və Gədəbəy adlı uc qardaş olmuşdur. Onların hər birinin adı bir-birinə yaxın olan uc yaşayış məntəqəsindən birinə verilmışdır. Oykonim Azərbaycanda XII-XIII əsrlərdə fəaliyyət göstərən Eldəgizlər və ya Atabəylər sülaləsinin nümayəndələrindən birinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Məhəmməd Cahan Pəhləvanın oğlu Atabəy Əbubəkr (1191-1210) 1203-cu ildə Şəmkir yaxınlığındakı döyüşdə müttəfiqlərə (gürcü çariçası Tamara, Şirvanşah I Axsitan və düŞmənlər tərəfə keçmış qardaşı Əmirmiran) məğlub olaraq qaçmağa məcbur oldu. Gəncə Əmirmiranın əlinə kecdi. Atabəy qədim Azərbaycan dilində "qəyyum" deməkdir.
Barlon Sekeyra
Barlon Sekeyra (25 may 1998-ci ildə Limpioda anadan olub) — Kosta-Rika Liqa FPD təmsilçilərindən olan Alayuelense klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kosta-Rikalı futbolçudur. == Klub karyerası == === Alayuelense === Sekeyra Alayuelense akademiyası vasitəsilə inkişaf etmişdir. Sekeyra öz peşəkar karyerasında debütünü 28 avqust 2016-cı ildə San Karlos klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə Xose Ortiz ilə əvəz olunmuşdur. Həmin görüşdə Alayuelense liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib1Libertadores Kuboku görüşləri daxildir. 2Kosta-Rika Superkuboku görüşləri daxildir.
Bayramlı (Şəmkir)
Bayramlı (əvvəlki adları: Qıraq Bayramlı (?-1930); Kolxozkənd (1930 - 29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Kolxozkənd kəndi Bayramlı kəndi adlandırılmışdır. == Tarixi == Kəndin keçmiş adı Qıraq Bayramlıdır. Kəndi XIX əsrdə Tovuz rayonundan köçürülmüş ailələr Kür çayının qırağında saldığına görə belə adlandırmışlar. Kənd 1929-1930-cu illərdə Kürün qırağından indiki əraziyə köçmüşdür. Kollektivləşmə ilə əlaqədar 1930-cu ildə Kolxozkənd adlandırılan yaşayış məntəqəsinin əvvəlki adı 1992-ci ildən bərpa edilmişdir. Etnotoponimdir. 1917-1933-cü illərdə bu oykonimlər Bayramlılar, Bayraməlilər, Bayramlar variantlarında da qeydə alınmışdır. Türkmənistanın Marı vilayətində Bayraməli adlı şəhər var.Kənddə həmcinin XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları yerləşir. Bu tarixi abidələr Bayramli kəndinin qədim tarixə malik olduğunu sübut edir.
Bekiya adası
Beqiya (ing. Bequia, "Buludlar adası") — Qrenadin arxipelaqının (Kiçik Antil adaları) ən böyük adasıdır. Sent-Vinsent adasından 14 km cənub-qərbdə yerləşir. Sahəsi 18 km² təşkil edir. Əhalisi təqribi olaraq 5 min nəfərdir. İnzibati mərkəzi Port-Elizabet şəhəridir. Sent-Vinsent və Qrenadinin ərazisinə daxiıdir. Əvvəllər ada gəmiqayırma və balina ovu məntəqəsi rolunu oynayırdı. Hazırda isə turizm mərkəzidir. Burada yeganə əlverişli buxta Admiralti-Beydir.
Bəhruz Şəkuri
Şəkuri Bəhruz Qulamhüseyn oğlu (5 mart 1930, Astara, Gilan ostanı – 19 may 2014, Bakı) — görkəmli torpaqşünas-aqrokimyaçı alim, coğrafiya elmləri doktoru, professor. == Həyatı == 05 mart 1930-cu ildə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, orta təhsilini Həkim Nizami adına məktəbi bitirmişdir. B.Q. Şəkuri 1957-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İranin Astara şəhərində,atasının məzarinin yanında dəfn edilmişdir. == Mükafatları == 19 yanvar 1996-cı ildə Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri akademiki seçilmişdir; Почетный профессор Ардебильского Исламского частного Университета ИРИ. oktyabr 2000-ci ildə Nyu-York Elmlər Akademiyasının aktiv üzvü seçilmişdir. == Elmi fəaliyyəti == 1957-1958-ci illərdə Rostov vilayətində kənd təsərrüfatı istehsalı müəssisində baş aqronom vəzifəsində çalışmışdır. 1958-ci ildə B.Q. Şəkuri Rostov Dövlət Universitetinin “Torpaqşunaslıq” Kafedrası nəzdində aspiranturaya daxil olub “regionun qara torpaqlarının geokimyası” mövzusunda işləmiş və 1962-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiəyə etmiş və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Təhsilini qurtardıqdan sonra Azərbaycan Elmlər Akademiyasının “Torpaqşünaslıq və aqrokimya” İnstitutunun sərəncamına göndərilmişdir. 1962-1964-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bakı Torpaq Ekspedisiyasının Aqrokimya Xidmətinə rəhbərlik etmişdir. Bu illərdə B.Q. Şəkurinin rəhbərliyi və şəxsi iştirakı ilə Azərbaycanda irimiqyaslı aqrokimyəvi tədqiqatın birinci turu başa çatmışdır.
Daşbulaq (Şəmkir)
Daşbulaq (əvvəlki adları: Dağ İrmaşlı; Dağ Daşbulaq) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Daşbulaq kəndi İrmaşlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Daşbulaq kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin ilk, əsl adı olan Dağ İrmaşlı, kənd ərazisinin irmaşlı tayfasına mənsub olmasından belə adlanmışdı; addakı "Dağ" hissəsi onun yaxınlıqda yerləşən İrmaşlı kəndindən fərqləndirmək üçün qoyulmuşdur və bu kəndin dağlıq ərazidə yerləşdiyini əks etdirirdi. Sonralar kəndin adı yaxınlıqda yerləşən Daşbulaq bulağının adıyla Dağ Daşbulaq və nəhayət sadəcə Daşbulaq olaraq dəyişdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kəndin yaxınlığında İrmaşlı Alban Kilsəsinin qalıqları yerləşir. == Coğrafiyası və iqlimi == Kənd dağ ətəyində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisi 591 nəfərdir (2009). == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.