Sepiya
Sepiya — Yumşaqbədənlilər tipinin başayaqlılar sinfinə daxil olub, onurğasız heyvanlar içərisində daha yüksək inkişaf etmiş formalardandır.
== Quruluşu ==
Sepiyanın bədəni bir-birindən aydın şəkildə seçilən iki hissədən-baş və gövdədən ibaraətdir. Sepiya bütün başıayaqlılarda olduğu kimi bir çox ələmətlərinə görə başqa yumşaqbədənlilərdən nəzərə çarpacaq dərəcədə fəqlənir. Sepiyanın baş hissəsi dördbucaqlı formadadır və ön hissəsində ağız dəliyi yerləşmişdir. Ağızın ətrafında 10 ədəd hiss orqanları və ya qollar vardır. Onlardan 8 ədədi nisbətən qısa, 2 ədədi isə uzundur. Qısa hiss orqanlarının içəri tərəfi çoxlu miqdarda dairəşəkili sormaclarla təchiz olunmuşdur. Sormaclar uzununa istiqamətdə bir neçə cərgədə düzülmüşdür və güclü əzələri vardır. Bu sormaclar vasitəsilə sepiya lazimi yerdən yapışa bilir. Qalan iki hiss orqanları kifayət qədər uzundur və şikarın tutulmasına xidmət edir.