Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Selkup dili
Selkup dili (köhnə adı ostyak-samoyed dili) — selkupların dili, samodi dillərinə aiddir. Danışanların sayı 1023 nəfərdir (2010). Qərbi Sibirin şimal-şəqrində və şərqində yayılıb. XIX əsrədək selkup dili Ob və Yenisey çayları arasında yaşayan evenklər, xantılar və ketlər arasında lingua franca rolunu oynayırdı. Григоровскій Н. П. Азбука сюссогой гулани. Казань, 1879. Ириков С. И. Букварь. СПб, 1997. Казакевич О. А. Использование ЭВМ для исследования бесписьменных и младописьменных языков. (На материале селькупского языка).
Səlcuqi ulduzu
Səlcuq ulduzu — qədim türk milli simvolu, damğası. Səlcuqlu memarlığında mədrəsə və məscidlərin divarlarına həkk olunmuş ən çox yayılmış simvollardan biridir.
Bəhruz Şəkuri
Şəkuri Bəhruz Qulamhüseyn oğlu (5 mart 1930, Astara, Gilan ostanı – 19 may 2014, Bakı) — görkəmli torpaqşünas-aqrokimyaçı alim, coğrafiya elmləri doktoru, professor. == Həyatı == 05 mart 1930-cu ildə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, orta təhsilini Həkim Nizami adına məktəbi bitirmişdir. B.Q. Şəkuri 1957-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İranin Astara şəhərində,atasının məzarinin yanında dəfn edilmişdir. == Mükafatları == 19 yanvar 1996-cı ildə Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri akademiki seçilmişdir; Почетный профессор Ардебильского Исламского частного Университета ИРИ. oktyabr 2000-ci ildə Nyu-York Elmlər Akademiyasının aktiv üzvü seçilmişdir. == Elmi fəaliyyəti == 1957-1958-ci illərdə Rostov vilayətində kənd təsərrüfatı istehsalı müəssisində baş aqronom vəzifəsində çalışmışdır. 1958-ci ildə B.Q. Şəkuri Rostov Dövlət Universitetinin “Torpaqşunaslıq” Kafedrası nəzdində aspiranturaya daxil olub “regionun qara torpaqlarının geokimyası” mövzusunda işləmiş və 1962-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiəyə etmiş və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Təhsilini qurtardıqdan sonra Azərbaycan Elmlər Akademiyasının “Torpaqşünaslıq və aqrokimya” İnstitutunun sərəncamına göndərilmişdir. 1962-1964-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bakı Torpaq Ekspedisiyasının Aqrokimya Xidmətinə rəhbərlik etmişdir. Bu illərdə B.Q. Şəkurinin rəhbərliyi və şəxsi iştirakı ilə Azərbaycanda irimiqyaslı aqrokimyəvi tədqiqatın birinci turu başa çatmışdır.
Axund Əbdülcabbar Pişnamazzadə Şəkuyi
Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə — İslam alimi == Həyatı == Həzrət Əli məscidi məşhur mollaları ilə tanınmışdır.Onlardan biri də Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahui-Hərəmeyn" kitabını yazmışdır. Qəbri Şəkidə İmam Əli məscidinin ön tərəfindədir. == Əsərləri == "Kitabi-müsbahül-hərəmeyn" Tiflis: [s. n.], 1904 (1322 h.).- 478 s.