Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Sərkeş
Sərkeş (Culfa)
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Endi Serkis
Endrü Klement Serkis (d. 20 aprel 1964[…] — İngilis aktyoru və film rejissoru. Üzüklərin hökmdarı üçləməsində Qollumu və Meymunlar planetindəki Sezarı canlandırmışdır. Serkis, Midlseksin Ruislip Manor bölgəsində doğulub böyümüşdür. Onun anası Layl ingilisdir və əlil uşaqlara müəllimlik edir, atası Klement Serkis iraqda doğulub və ginekoloqdur. Serkisin atasını tam soyadı Sarkisyandır və o, erməni əsillidir.
Saylau Serikov
Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович, 24 dekabr 1940 - 20 noyabr 1991) - Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir. 24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir. 1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.
Serkan Çayoğlu
Serkan Çayoğlu (31 may 1987, Almaniya Federativ Respublikası) — türk model və aktyor. Serkan Çayoğlu təhsilini Almaniyada universitetin İqtisadiyyat bölməsində tamamlamışdır. Əvvəllər modellik etməyi düşünsə də, bir müddət sonra aktyorluğa yönəlmiş və Ümid Çıraq, Dolunay Soysərt kimi adlardan peşəkar aktyorluq təhsili almışdır. İlk olaraq 2012-ci ildə "Kuzey-Güney" teserialının mövsüm finalında Mərvə Boluğurun İtaliyadan gələn yoldaşını canlandırmış, sonra "Zeytun təpəsi" teleserialında oynamışdır. Handə Yenərin "Ya Ya Ya" klipinə də çəkilmişdir. 2014-cü ildə başlayan "Gilas mövsümü" teleserialında Ayaz Dinçər rolunu canlandırmışdır. Teleserial 2015-ci ildə başa çatmışdır. Aktyor daha sonra "Həyatımın eşqi" teleserialında Dəmir Cərrahoğlu rolunu oynamışdır.
Sərkar (Göygöl)
Sərkar — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Sərkar oyk., sadə. Samux r-nunun eyniadlı i.ə.v.-də və Bolçalı i.ə.v.-də iki kənd. Yaşayış məntəqələri keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. XII əsrin əvvəllərində sərkarlarm bir neçə tirəsinin adı çəkilir və onlar haqqında məlumat verilirdi. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Sərkar (Samux)
Sərkar — Azərbaycan Respublikasının Samux şəhərinin inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. Kənd Samux rayonunun inzibati ərazi bölgüsünə 1990-cı ildə daxil edilib. Həmin vaxtadək kənd keçmiş Səfərəliyev rayonunun, sonra isə Gəncə şəhərinin tərkibində idi. Sərkar kəndində olan Sarvan bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Sərkar kəndi mülayim iqlim tipinə malikdir. Əhalinin tərkibi azərbaycanlılardan ibarətdir.
Sərkay Tütüncü
Sərkay Tütüncü (7 fevral 1991, İzmir) — Türkiyə TV serial aktyoru və idmançı. Serkay Tütüncü 7 fevral 1991-ci ildə İzmir ilinin Tirə ilçəsində anadan olub. Təhsilini Egey Universitetində başa vurub. Serkay Tütüncü, İzmirspor, Balçovaspor, İzmir Safety və Alaçatıspor komandalarında çıxış edib. 2018-ci ildə yayımlanan "İnsanlığa qarşı cinayət" serialı ilə aktyorluğa başlayıb. Daha sonra 2019–2020-ci illər arasında Kanal D-də yayımlanan "Afili Ask" serialında Volkan obrazına həyat verən Serkay Tütüncü "Mr. Nəhayət, 2022-ci ilin fevral ayından beIN CONNECT platformasında yayıma başlayan "Hayaller ve Hayatlar" serialında Alaz rolunu oynayır.
Sərkeş (Culfa)
Sərkeş (fars. سركش‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Sərkeş (Vərzəqan)
Sərkeş (fars. سركش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (53 ailə).
Sərşiv (Sərdəşt)
Sərşiv (fars. سرشيو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (25 ailə).
Şelkov rayonu
Şelkov (çeç. Шелковски кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şelkovski kəndidir. Rayon Çeçenistan Respublikasının şimal-şərq hissəsində yerləşir. Çeçenistanın Qroznı, Qudermes (cənubda Terek çayı boyunca) və Naursi (qərbdə) rayonları, eləcə də Dağıstanın Xasavyurt, Babayurd, Qızılyar, Tarumov və Noqay rayonları ilə həmsərhəddir. Sahəsi 2994.12 km² (Çeçenistanın ən böyük rayonudur), uzunluğu şimaldan cənuba 60 km, qərbdən şərqə 75 km-dir. Neft və tikinti materialları hasil olunan yataqlara sahibdir. Rayon yaranmazdan əvvəl onun ərazisi Terek vilayətinin Kizlyar bölməsinin bir hissəsi olmuşdur. 1921-ci ilin əvvəllərində Terek quberniyasının təşkili ilə ərazi Kizlyar qəzasının tərkibinə daxil edilir. 16 noyabr 1922-ci ildə Qəzəıyar vilayətinin bir hissəsi Qızılyar dairəsiolaraq Dağıstan SSR tərkibinə daxil edilir.
Əbdüləzim Sərkar
Əmir Əli oğlu Əbdüləzim və ya Əbdüləzim Sərkar (az-əbcəd. ابدولزیم سرکار‎) — XVII əsr Azərbaycan memarı. Əmir Əli oğlu Əbdüləzim 1663-cü və ya 1664-cü ildə inşa edilmiş Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır. Саламзаде, А. "Архитектура мавзолеев Азербайджана XVI–XIX вв" (rus) (№ 3). Изв. АН Азерб. ССР. 1961.
Serkan Ramanlı
Serkan Ramanlı (1980, Batman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Serkan Ramanlı 1980-ci ildə Batman ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Batman ilində alıb. Van Yüzüncü İl Universiteti Ədəbiyyat Bölməsindən və Səlcuq Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. Batman Bürosunun Baş Katibi və sədr müavini vəzifələrində təmsil olunub. Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının sözçüsü vəzifələrində çalışır. 2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Sərv
Sərv (lat. Cupressus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. Sərv cinsinə daxil olan bitkilər piramidaşəkilli və ya şaxlı-budaqlı çətirə malik həmişəyaşıl ağac və ya kollardır. Sərv qədimdən bəri Azərbaycanda becərdilir. Məhəmməd Hüseyn Xan (XVIII əsr) yazır: 9 q sərv ağacının iynəyarpağı 2,25 q ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xeyirlidir, sidik durğunluğunda kömək edir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl meyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Çillər, dəmrov, ayaqda ağ ləkələri yox etmək üçün tərkibində aşağıdakı dərmanlar olan kompresslərdən istifadə edirlər: sirkədə bişmiş sərv iynəyarpağı və peyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə etdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə kompresi qanazlığında və yanıqlarda kömək edir.
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Valentin Serov
Valentin Serov (rus. Валенти́н Алекса́ндрович Серо́в; 7 (19) yanvar 1865, Sankt-Peterburq – 5 dekabr 1911[…], Moskva) — Rus rəssam, portret rəssam. Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdu.Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir.Atasının ölümündən sonra anası təhsilini davam etdirmək üçün Münhenə gedir. Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltaraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür. 1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.
İvan Serov
İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905 və ya 1905, Voloqda – 1 iyul 1990, Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır. Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır. Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur. Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur. Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir. Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.
Ağası xan Sərkər
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Polo Sərkan (Qürvə)
Polo Sərkan (fars. پلوسركان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 354 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.
Həmişəyaşıl sərv
Həmişəyaşıl sərv (lat. Cupressus sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü. Yabanı halda Kiçik Asiya, İran, Kipr, Krit və Rodos adalarında yayılmşdır. Hündürlüyü 30 m olan düzqamətli gövdəyə malik, üfüqi formalı, enli-piramidal çətirli ağacdır. İynəyarpaqları xırda, uzunsov-rombşəkillidir, xaçşəkilli yerləşir və zoğlara sıx bitişmişdir. Boz-qonur, yumru qozaların diametri 3 sm-ə çatır, qısa budaqlardan sallanır. Toxumları qırmızı-qonur, ensiz qanadlıdır, hər qabıq altında 20 ədədə qədərdir. Xüsusilə cavan bitkilər tez böyüyür, 100 yaşında maksimum hündürlüyə çatır. Kölgəyə davamlıdır. Şəhərin əlverişsiz şəraitinə, uzunmüddətli quraqlığa dözür.