Kərkicahanın işğalı
Xankəndinin işğalı və ya Kərkicahanın işğalı — Dağlıq Qarabağın ən böyük şəhəri olan Xankəndinin erməni qüvvələri tərəfindən işğal edilməsi. İşğaldan sonra Azərbaycan tərəfi şəhəri mühasirəyə almışdır. 1992-ci ilin mayınadək bu şəhər və erməni əhalisi Azərbaycan tərəfindən bir neçə ay davam edən qəsdən bombardman kampaniyasının hədəfində idi. Azərbaycan tərəfindən tam mühasirə şəraitində baş verən bombardman, Xankəndi və ona bitişik qəsəbə və kəndlərdə geniş dağıntılara və çoxsaylı mülki ölümlərə səbəb oldu.Human Rights Watch təşkilatının hesabatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Xankəndini bombalamaq üçün istifadə etdiyi əsas bazaların Xocalı və Şuşa şəhərlərini əhatə edirdi. Azərbaycan qüvvələri BM-21 Qrad reaktiv yaylım atəş sistemi kimi silahlardan istifadə edirdi. Snayper atışları və hava hücumları yüzlərlə mülki şəxsi öldürdü və ya yaraladı, qanuni hərbi hədəf olmayan evləri, xəstəxanaları və digər binaları dağıtdı və ümumiyyətlə mülki əhalini terrorizm etdi. Azərbaycanın etdiyi hücum nəticəsində 40 mindən çox insan məcburi köç etdi.Memorial İnsan Hüquqları Mərkəzindən verilən məlumata görə, həm Xankəndinin, həm də Şuşanın yaşayış sahələri artilleriya və raketlər ilə mütəmadi olaraq atəşə tutulub. Xankəndində Şuşadakından daha çox dağıntı və itki var idi ki, bu da Xankəndinin ovalıqda yerləşməsi və Azərbaycanın Ağdamdakı Sovet depolarını və digər bölgələrdəki 11.000 vaqon raketi ələ keçirməsi səbəbiylə Şuşadan atəşə tutulma dərəcəsinin daha yüksək olması ilə izah edilə bilər.Şəhərin mühasirəsi Şuşanın işğalından sonra bitmişdir.
== Arxa plan ==
Xankəndi Dağlıq Qarabağın mərkəzindəki Qarabağ yaylasında yerləşən bir şəhərdir. Erməni mənbələrində buranın adı içindən axan çayın adı olan Vararakn (erm.