SƏPKİ

is. Şəkil, biçim, üsul, tərz, qayda. Bir səpkidə evlər tikilmək. Eyni səpkidə ağac əkmək.
– Bəli, indi kəndlilərə bir səpkidə olan, bir biçimli, bir donlu adam kimi baxmaq dürüst olmazdı. S.Rəhimov.

// Üslub, tərz, üsul. Şərq səpkisində musiqi.
– Vaqifin əbnayivətənə vəz və nəsihət səpkisində yazdığı müxəmməsin məali-pürməzmunu həmişə doğruluq üzrə qalıb. F.Köçərli.
“Bahadır və Sona” öz üslubu ilə də fərqlənir.
Bu kiçik roman lirik səpkidə yazılmışdır. M.Arif.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏPKİ sızaq
  • SƏPKİ biçim — üsul — tərz — qayda
SƏPİŞİK
SƏPMƏ₁

Digər lüğətlərdə