Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simvolizm
Simvolizm (fr. symbolisme, yun.-symbolon-işarə, rəmz) — XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan. Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu (ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. Sözlə təsvir olunmuş həyat faktı da simvola çevrilir. Lakin o zaman bu cəhətə əhəmiyyət vermirdilər, çünki semiotika hələ kifayət qədər yayılmamışdı. Simvolizm deyəndə həyat həqiqətlərini simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövrdə aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur. Simvolizm bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme və Artur Rembo, Belçikada – Emil Verxarn, Almaniyada – Q.Qauptman, İngiltərədə Oskar Vayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir.
Xristian simvolizmi
Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir. Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər. Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi.
Kommunist simvolizmi
Kommunist simvolizmi — kommunizmin istifadə etdiyi simvolların və ümumiyyətlə kommunizmi təmsil etdiyi düşünülən elementlərin cəminə verilən addır. Kommunist simvolizmi tez-tez ölkənin sənaye işçilərini və ya fermerlərini təmsil edən simvolları ehtiva edir. Tez-tez bu simvollar beşguşəli ulduz (pentaqramma) ilə birlikdə sarı rəngdə, inqilabı təmsil edən qırmızı fonda yerləşirlər. Məsələn, Sovet İttifaqının bayrağında qırmızı üzərində sarı xətlərlə çəkilmiş qırmızı ulduz, sarı oraq və çəkic var idi. Oxşar simvollar kommunist hakimiyyəti dövründə Vyetnam, Çin, Anqola və Konqo Respublikasının bayraqlarında istifadə edilmişdir. Oraq və çəkic bir növ pankommunist simvoluna çevrilib, dünyanın əksər kommunist partiyalarının bayraqlarında əks olunmuşdur. Digər kommunist partiyalarından bir qədər fərqli olan Koreya İşçi Partiyasının bayrağında sənaye işçilərini təmsil edən çəkic, eləcə də kənd təsərrüfatı işçilərini təmsil edən çapa və ziyalıları təmsil edən fırça (oraq, çəkic və yazı fırçası) var. Sovet İttifaqının qurucusu Vladimir Leninin portretindən də simvol kimi geniş istifadə olunurdu.
Simvolik Proqramlaşdırma
Simvolik Proqramlaşdırma (symbolic programming,символическое программирование,sembolik programlama) - proqramın düsturlarla və proqram komponentləri ilə verilənlər kimi manipulyasiya edə bildiyi proqramlaşdırma növü. Simvolik proqramlaşdırma vasitəsilə daha kiçik məntiqi və funksional vahidlər birləşdirilərək mürəkkəb proseslər işlənib hazırlana bilər. Bu səbəbdən proqramlar özlərini dəyişə və “öyrənə” bilər ki, bu da onların istifadəsini süni intellekt (ARTIFICIAL INTELLIGENCE), ekspert sistemləri (EXPERT SYSTEMS), təbii dilin emalı (NATURAL LANGUAGE PROCESSING) və kompüter oyunları (COMPUTER GAMES) kimi sahələrdə daha əlverişli edir. LISP və Prolog simvolik proqramlaşdırma dilləridir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Simvolik antropologiya
Antropologiyada simvolik nəzəriyyə XX əsrin I yarısında fəlsəfədə formalaşan simvolik formalar nəzəriyyəsi ilə bağlı olmuşdur. Yunan dilində simvol — işarə, tanıdıcı xüsusiyyət, fərqləndirici əlamət və s. deməkdir. Simvolik düşüncə tərzi belə bir nöqteyi-nəzərdən çıxış edir ki, real aləmin, gerçəkliyin ayrı-ayrı elementləri və xüsusiyyətləri öz-özlüyündə dərk olunmazdır. İnsan və onun şüuru bu və ya digər gerçəkliyi, xarici aləmin əlamətlərini və s. xüsusi özünəməxsus xüsusiyyətləri ilə kodlaşdıraraq dərk edir. Əslində bu fərziyyəni müdafiə edən tədqiqatçılar insanın insanaqədərki mərhələdən insanolma mərhələsinə keçidini məhz xarici aləmin simvolik kodlaşdırması ilə, gerçəkliyi ikiləşdirməsi ilə əlaqələndirirlər. İbtidai insanların reallığı xüsusi magik ayinlər vasitəsilə xüsusi formada simvollaşdırması, işarələndirməsi məhz belə bir başlanğıc nöqtəsi kimi qəbul edilir. Əslində fəlsəfədə simvolik formalar nəzəriyyəsi alman filosofu Ernest Kassirer tərəfindən irəli sürülmüşdür. "Simvolik formaların fəlsəfəsi" əsərində o göstərirdi ki, əşyalar, real aləmin gerçəklikləri öz-özlüyündə dərk edilmək üçün kifayət etmirlər.
Simvolik süni intellekt
Simvolik süni intellekt — süni intellekt tədqiqatının bütün metodları, vəzifələrin, məntiqlərin və axtarışların yüksək səviyyədə "simvolik" (insan tərəfindən oxunan) təqdimatına əsaslanan bir addır. Simvolik Sİ, 1950-ci illərin ortalarından 1980-ci illərin sonlarına qədər Sİ tədqiqatının dominant paradiqmasının əsasını təşkil edirdi. 1985-ci ildə Con Hoqland, süni intellekt araşdırmalarının nəticələrinin fəlsəfi əks olunmasına həsr olunmuş kitabında simvolik Sİ-ə GOFAI (ing. Good Old-Fashioned Artificial Intelligence Artificial Intelligence: The Very Idea adını verdi. Robot texnikasında oxşar termin GOFAIR ("robototexnika sahəsində köhnə süni intellekt") istifadə olunur. Simvolik AI-nin ən uğurlu forması istehsal qaydaları şəbəkəsini istifadə edən mütəxəssis sistemləridir. İstehsal qaydaları simvolları if-sonra operatoruna bənzər əlaqələrə birləşdirir. Bu qaydaları emal edən ekspert sistemi, məntiqi nəticələr çıxarır və əlavə məlumatların lazım olduğunu, yəni insan tərəfindən oxunan işarələrdən istifadə edərək hansı sualların verilməli olduğunu müəyyənləşdirir. Süni intellektin yaranmasına simvolik yanaşma simvolların manipulyasiya yolu ilə zəkanın bir çox aspektinin başa düşülə və şərh oluna biləcəyi fərziyyəsinə əsaslanır. Bu fikir Newell-Simon hipotezinin əsasını təşkil etdi.