Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinif
Sinif (class) – obyekt-yönlü proqramlaşdırmada: bir anlayış çərçivəsində mövcud ola bilən və spesifik xarakterli elementlər qrupunu (obyektləri) təsvir edən ümumiləşdirilmiş kateqoriya. Proqramın siniflər konsepsiyasını insanların gündəlik həyatda, çox zaman şüuraltı istifadə etdikləri müxtəlif növ təsnifatlarla müqayisə etmək olar; örnək olaraq maddi dünyanın strukturunu müəyyən edən məlum “heyvan”, “bitki” və “mineral” kateqoriyalarını göstərmək olar. Proqramın sinifləri kimi bu kateqoriyalar da, onlara daxil olan obyektlərin tiplərini və onların davranış üsullarını müəyyən edir. Obyekt-yönlü proqramlaşdırmada siniflərin təyin olunması, C və Pascal kimi dillərdə tiplərin təyin olunması ilə oxşardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bennettitlər (sinif)
Bennettitlər (lat. Bennettitopsida) — riniofitlər şöbəsinə aid bitki sinfi.
Hakim sinif
Hakim sinif və ya iqtidar sinfi, hakimiyyəti və idarəçiliyi əlində saxlayan və cəmiyyətin gedişatını istiqamətləndirən sosial sinfi nümayiş etdirən termindir. Marksist terminologiyaya görə, bu təbəqə burjuaziya adlanır və o, dövlət aparatından və onun hüquq-mühafizə orqanlarından istifadə etməklə digər məzlum siniflərə, xüsusən də fəhlə sinfinə təzyiq göstərir. Sosioloq C. Rayt Millsə görə, hakim təbəqə elitadan fərqlidir. Millsə görə, elita siyasi gücə malik kiçik qrupdur. Bu sinfə siyasətçilər, siyasi rəhbərlər və hərbi liderlər daxildir. Lakin hakim sinif sərvət, yaxud da zor gücündən birbaşa istifadəyə əsaslanır və təhsildən tutmuş hökumət siyasətinə qədər geniş spektri əhatə edir.
Qatırquyruğu (sinif)
Qatırquyruğu (lat. Equisetopsida) — qatırquyruğukimilər şöbəsinə aid bitki sinfi.Qatırquyruğu sinfi anatomik quruluşunda artrostelin və vegetativ yarpaqlarla bilavasitə bağlı olmayan qalxancıqşəkilli sporangioforların olması ilə xarakterizə olunur. Bu sinfə 2 sıra məhv olmuş kalamitlər (Calamitales, Calamostachyales) və hazırda yaşayan qatırquyruğular (Eguisetales) daxildir.
Riniya (sinif)
Salplar (sinif)
Salplar (lat. Desmomyaria və ya Salpae) — Tunikalılar yarımtipinə aid sinif. Adətən okean səthi sularında qidalanırlar (bir neçə yüz metr dərinliyə qədər). Bitki planktonu ilə qidalanırlar. Bəzi balıqların və dəniz tısbağalarının qidasını təşkil edir.
Saqovniklər (sinif)
Saqovniklər (lat. Cycadopsida) — bitkilər aləminin cycadophyta şöbəsinə aid bitki sinfi.
Sosial sinif
Sosial sinif cəmiyyətlər və mədəniyyətlər daxilində fərdlər və ya qruplar arasındakı iyerarxik fərqə (və ya təbəqələşməyə) aiddir. Ümumiyyətlə fərdlər sinifdəki iqtisadi mövqelərinə və stratifikasiya sistemindəki oxşar siyasi və iqtisadi maraqlarına görə qruplaşdırılırlar. Cəmiyyətlərin əksəriyyəti, xüsusən də milli dövlətlər sosial təsnifat xüsusiyyəti göstərir. Ancaq sinif universal bir fenomen deyildir. Bir çox ovçu-yığıcı cəmiyyətlərdə sosial sinif yoxdur, əksər hallarda daimi rəhbərləri olmur və icma üzvlərinin iyerarxik güc strukturlarına bölünməsindən çəkinirlər. == Mövzuya dair nəşrlər == Archer, Louise et al. Higher Education and Social Class: Issues of Exclusion and Inclusion (RoutledgeFalmer, 2003) (ISBN 0-415-27644-6) Aronowitz, Stanley, How Class Works: Power and Social Movement, Yale University Press, 2003. ISBN 0-300-10504-5 Barbrook, Richard. The Class of the New (paperback). London: OpenMute.
İynəyarpaqlılar (sinif)
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitkilərin ən geniş yayılmış sinfi. == Sinonimləri == Coniferophyta ConiferaeToxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim qrupudur. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən respublikamızda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir.
İşçi sinif
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. == Ədəbiyyat == История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
Sinif 83
Sinif 83 filmi (ing. Class of 83) — Rejissor Atul Sabarval tərəfindən ekranlaşdırılacaq 2020 Netflix internet serialıdır. Serial Unudulmuş ordu serialından sonra Xanın istehsal etdiyi ikinci filmdir.Serial şərəflə və əxlaqla yaşamağa mane olanlarla mübarizə aparan Polis Akademiyası müəllimi Bobbi haqqında danışır. Sinif 83 filmi Qan serialından sonra Şahrux və Qauri Xanın yaratdığı Red Chillies Entertainment ilə Netflix arasında olan ikinci əməkdaşlıq bəhrəsidir. Serialın çəkilişləri 2019-cu ilin mayında başlayıb.
Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat.
Sizif
Sizif (və ya Sisif q.yun. Σiσυφος) — qədim yunan mifologiyasında Tanrıların ittihamından sonra böyük qaya parçasını dağın başına qaldırmağa məhkum edilmiş şəxs. Daş yuxarı qalxdıqda öz ağırlığı ilə aşağı düşürdü. Bu cəzanın mahiyyəti isə odur ki, "faydasız əmək"dən daha ağır cəza yoxdur. Homerə əsasən Sizif — ölümə məhkum edilənlərin ən ağıllısı, ən hiyləgəri idi. == Mif == Bu haqda bir sıra miflər mövcuddur. Əvvəla Sizifə bəslənən müxtəlif münasibətlərin, bəlkə də, hamısı onun nəyə görə yeraltı dünyanın faydasız qara fəhləsi olmasının səbəblərini aydınlaşdırır. Gəlin bir balaca əvvələ nəzər salaq. Birincisi, o, tanrılara naşükür, laqeyd münasibətinə görə ittiham olunur. Sizif tanrıların sirlərini oğurlayır.
Şınıx
Şınıx (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Şınıx bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə. Şınıx (Borçalı) — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd.
Sinif (taksonomik kateqoriya)
Sinif (latınca classis) biologiyada qohum və oxşar əlamətli heyvan dəstələrini və bitki sıralarını birləşdirən ali taksonomik kateqoriyalarından biri. Sinif anlayışını fransız botaniki J.Turnefor vermiş, sonra Karl Linney özünün "Təbiətin sistemi" (1735) əsərində dürüst olaraq iyerarxiya təsnifat qruplarını göstərmişdir. Siniflər oxşar quruluşlarına və əcdadlarına görə toplanaraq, təsnifatın ən yüksək pilləsi olan tipi təşkil edir. == Sinifüstü == Sinifüstü (superclassis) zoologiyada qəbul edilmişdir. Nəsil ağacının yüksəkdə duran şaxələrindən biridir. Sinifüstünə aid olan canlılar quruluşca çox kəskin fərqlənirlər. Sinifüstünün əhatə etdiyi canlılara məxsus quruluş tipləri təkamülün ilk dövrlərində yaranmışdır. Odur ki, bu quruluş xüsusiyyətləri ali kateqoriyalı taksonlarda əks olunmuşdur və onların birinin digərinə keçid ehtimalı fəsilə və cinslərdə olduğundan da azdır. Məsələn, kəlləlilər (Craniata), çənəsizlər (Agnatha) və çənəlilər (Gnathostomata) sinifüstüləri və s. Beynəlxalq kodeksdə fəsilədən yüksək ranqlı takson adlarına aid qaydalar yoxdur.
Uçan sinif (roman)
Uçan sinif - Almaniya yazıçısı Erix Kestner tərəfindən 1933-cü ildə yazılmış roman. Roman 45 dəfə nəşr olunmuşdur. == Hekayə == Bu romanın qəhrəmanları ədəbiyyat xəstəsi Conni Trotz, məktəbin ən yaxşı şagirdi Martin Taler, qarnı həmişə ac olan Matias Selbman və kiçik uşaq olan Uli von Simmerndir. Bu şagirdlər Yohan Siqismund məktəbində oxuyurlar. Uşaqlar bir gün Milad bayramı üçün teatr oyunu təşkil etməyə qərar verirlər. Amma bu zaman rəqib məktəb uşaqlardan birini qaçırır. Yohan məktəbi onlara qarşı döyüşməyi fikirləşir. == Obrazlar == Conatan Trotz - "Uçan sinif" oyununun yazarı. Atası tərəfindən tərk edilmişdir. Atası ondan qurtulmaq üçün onu çoxdan ölmüş babası və nənəsinin yanına göndərir.
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Dilaltı sinir
== İstinadlar ==
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Mamırkimilər sinfi
Bryophytes (lat. Bryophytes) — yaşıl bitkilər yarımaləminə aid bitki şöbəüstü. Mamırkimilər şöbəsinə hazırda yaşamaqda olan, həqiqi kökü olmayan, lakin yüksək quruluşlu nümayəndələrində gövdə və yarpaqlar, bəsit quruluşlarında isə torpaq üzərinə səpilmiş tallomlar (qatları) olan bitkilər aiddir. Onlarda cinsi nəsillə qeyri-cinsi nəslin növbələşməsi daha aydın nəzərə çarpır. Cinsi nəsil olan birinci nəsl ikinciyə üstünlük gəlir və ona nisbətən daha qüvvətli olur. Mamırkimilər hərəkət edən spermatozoidlər vasitəsilə mayalanır. Mamırkimilər şöbəsini qametofit nəslin morfoloji əlamətlərinə, rizoidlərin xarakterik quruluşuna, qutucuqların açılma xüsusiyyətlərinə, yayılma areallarına görə müasir sistematiklər 3 sinifə ayırır.
Məməlilər sinfi
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Pauropodlar sinfi
== Ümumi xarakteristikası == Pauropodlar (Pauropoda) sinfinin nümayəndələri çox kiçik canlılar olub (0.5 – 2.0 mm) bədəni 10 buğumdan ibarətdir. Birinci buğum ayaqsızdır. Digər buğumayaqlılardan fərqli olaraq bu sinfə aid olan növlərin gözləri, ürəyi və traxeyası yoxdur. Onlar dəri tənəffüsünə malikdir. Pauropodlar torpaqda, parçalanmış bitki qalıqları arasında yaşayıb onlarla qidalanır. Onlara çürümüş ağaçlarda da rast gəlmək olur. Bəzi növlər sinantrop olub bağlarda və istixanalarda məskən salır. Müxtəlifcinsli canlıdır. Dişi fərdmayalandıqdan sonra yumurta qoyur. Sürfələr puplaşır.
Qapayıcı sinir
Qapayıcı sinir (lat. Nervus obturatorius) bel kələfiniə aid II - IV bel sinirlərinin (L2 - L4) liflərindən təşkil olunmuşdur.
Qasımağalı (Şınıx)
Qasımağalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qasımağalı kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Qasımağalı oykonimi Qasım ağaya məxsus mənasındadır. == Tarixi == SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd əsasında 1993-cü ildə İsalı inzibati ərazi dairəsinin tərkibində Qasımağalı kəndi yaradılmışdır. 1992-ci ilin 6 avqust tarixində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Şınıx bölgəsinin Qasımağalı kəndi işğal olunaraq yandırıldı. Lakin Azərbaycanın Milli ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Qasımağalı kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizlədilər və kəndi yenidən bərpa etdilər === İlkin tarixi === Qasımağalı kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə kəndin adı 19-cu əsrin əvvəllərində bu yerlərdə yaşamış Qasım Ağa ilə bağlıdır. Qasım ağa bu yerlərdə varlı və nüfuzlu bir şəxs olub. Bir məlumata görə Qasım ağa Qazağın Çaylı kəndindən, digər məlumata görə Tovuzun Əlibəyli kəndindən gəlib və bu kəndinin əsasını qoyub, Kəndin sonrakı törəmələri Qasım ağanın oğlu Kərimin və Kərimin oğlu Eyyubun nəslindən davam edərək artmışdır. Kənddə ki, məhlələrdən biri "Qasım ağanın yurdu adlanır.