SINIQ-SALXAQ
SINIQ-SÖKÜK
OBASTAN VİKİ
Sınıq körpü
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sınıq xətt
Sınıq xətt A1A2, A2A3, ..., An-1An parçalarından ibarət olan A1A2...An fiquru adlanır. Belə ki, ixtiyari k ∈ {2, 3, ..., n-1} üçün Ak-1Ak və AkAk+1 parçaları, eləcə də A1 və An üst-üstə düşdükdə A1A2 və An-1An parçaları bir düz xətt üzərində olmasınlar. A1, A2, ..., An nöqtələri sınıq xəttin təpə nöqtələri, A1A2, A2A3, ..., An-1An parçaları isə sınıq xəttin tərəfləri adlanır. Sınıq xəttin birinci və sonuncu təpə nöqtələri üst-üstə düşərsə, o qapalı sınıq xətt adlanır. Sınıq xəttin tərəfləri bir-birini kəsə bilər.
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Sınıq fənərlər küçəsi
Sınıq fənərlər küçəsi və ya Polislər (rus. "У́лицы разби́тых фонаре́й" , "Менты") , Polis məmurlarının gündəlik həyatından bəhs edən rus detektiv serialı. Televiziyada ilk dəfə 1998-ci ildə göstərilib. İlk seriyaları yazıçı Andrey Kivinovun əsərləri əsasında 1995-ci ildə çəkilib. Serial 16 mövsüm və 501 seriyadan ibarətdir. Hər seriya ayrı bir detektiv araşdırmadır. Rus televiziyası tarixində efir vaxtı baxımından ən uzun serialdır. Serialın ilk 8 seriyası 1995-ci ildə, o vaxt Sankt-Peterburqun Kirovski rayon polis idarəsinin qəsdən törədilmiş qətllərin açılması şöbəsində işləyən Andrey Kivinovun əsərləri əsasında çəkilir. Televiziya serialının müştərisi əvvəlcə "RTR" kanalı olur. Lakin 1996-cı ilin yazında kanala gələn yeni rəhbərlik, serialın görunuş və səs keyfiyyətinin zəif olması səbəbinə görə onu göstərməkdən imtina edir.
Sınıq körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sınıq körpü döyüşü
Sınıq körpü döyüşü — Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin və azərbaycanlı könüllü dəstələri ilə Sınıq körpü sərhəd məntəqəsinə hücum etmiş Gürcüstan Demokratik Respublikası hərbi qüvvələri arasında baş vermiş döyüş. Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu qüvvələrinin sürətlə Bakıya doğru irəliləməsi bolşevik Rusiyasını təşvişə salmışdı. Rusiya ilə Almaniya arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsinə görə Cənubi Qafqaz Rusiyanın nüfuz dairəsi hesab edilirdi. Rusiya Osmanlı tərəfindən də imzalanmış müqavilənin Qafqaz İslam Ordusunun bura daxil olması ilə pozulduğunu iddia edirdi. Almaniya Rusiya ilə Bakı neftindən ona pay veriləcəyi barədə razılığa gəldikdən sonra, kəskin şəkildə neftə ehtiyac duyan, həmçinin də yenidən şərqdə ikinci cəbhənin açılmağını istəməyən Almaniya Osmanlını Bakının azad edilməsi fikrindən daşındıracağı öhdəliyini öz üzərinə götürdü. Almaniya imperiyası XİN rəhbərliyi Osmanlı hərbiyyə naziri Ənvər paşaya göstərdikləri diplomatik təzyiqlərin bir nəticə vermədiyini gördükdən sonra fəaliyyətlərini daha da artırmaq qərarına gəldilər. Belə ki, artıq bu zaman Gürcüstan Demokratik Respublikası Almaniyanın rəsmən protektoratlığına daxil olmuşdu. Beləliklə, Almaniya Osmanlı və Azərbaycan Xalq Cümhuriyyətinə göz dağı vermək üçün Gürcüstanı Azərbaycana hücum etməyə təhrik etdi. Bakı Xalq Komissarları Soveti qoşunlarına qarşı gərgin döyüşlər aparan Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələri Gürcüstan tərəfindən hərbi müdaxilə gözləmirdilər. Nuru paşanın raportuna görə, iyulun 27-də Azərbaycanın qərb sərhədlərindən həyəcanlı xəbərlər gəldi.
Sınıq qəlb sindromu
Sınıq qəlb sindromu — əsasən stressli vəziyyətlər və həddindən artıq emosiyaların səbəb olduğu ürək xəstəliyi. Bu sindrom həm də ciddi fiziki xəstəlik, yaxud ağır əməliyyətdan sonra da yarana bilər. Sınıq qəlb sindromunda xəstələrdə ani ürək ağrıları ola bilir və bu, bəzən infakt ilə səhv salınır. Sınıq qəlb sindromu yalnızca ürəyin bir hissəsinə təsir edərək qan dövranını müvəqqəti olaraq pozur. Qırıq qəlb sindromunun dəqiq səbəbləri bilinmir.
Sınıq tələb əyrisi
Sınıq tələb əyrisi oliqopoliya və inhisarçı rəqabətlə bağlı iqtisadi nəzəriyyə və oliqopoliya bazar modelidir. Sınıq tələb əyrisi oliqopol bazarda yapışqan qiymətlərin olma səbəbini izah edir. Firmalar eyni böyüklükdədir. Bircins mallar istehsal edirlər. Firmalar digər firmaların qiymət yüksəltməsinə etinasız, qiymət azaltmasına isə həssasdır. Bütün firmalar eyni qiymətdə təklif edirlər. MR əyrisi kəsikdir. Bu nəzəriyyə 1939-cu ildə Paul Sweezy tərəfindən irəli sürülmüşdür. O "Demand Under Conditions of Oligopoly" (Oliqopol şərtlər altında tələb) nəşrində bunu izah etmişdir. Klassik oliqopol bazar nəzəriyyəsinə görə bir əmtəənin qiyməti onun marjinal xərc və gəlirlərindən yüksək olur (P > MR = MC).
Sınıq pəncərə nəzəriyyəsi
Sındırılmış pəncərələr nəzəriyyəsi — kiçik qanun pozuntularının ümumi kriminogen vəziyyətin pisləşməsində indikator rolunu oynadığını araşdıran kriminoloji nəzəriyyə. 1982-ci ildə amerikalı sosioloqlar Ceyms Vilson və Corc Kellinq tərəfindən formalaşdırılıb. Nəzəriyyə iddia edir ki, vandalizm, ictimai yerlərdə sərxoşluq, metroda maneənin üzərindən tullanmaq və s. kimi xırda qayda pozuntuları ümumilikdə cinayətlərə qarşı dözümsüzlük mühiti yaradır və daha böyük cinayətlərin həyata keçirilməsinə kömək edir. Nəzəriyyə təcrübədə geniş tətbiqini tapmışdır — ilk öncə Nyu-Yorkda və ABŞ-nin digər şəhərlərində, həmçinin Avropada, CAR, İndoneziya və s. yerlərdə tətbiq olunmuşdur. 1994-cü ildə Nyu-York meri olan Rudolf Culiani və Nyu-York polisinin yeni komissarı Uilyam Bratton qraffiti, metrodan biletsiz istifadə, dilənçilik, rezin dəyənəklərlə dava və s. kimi xırda qanun pozuntularıyla mübarizə elan etmişlərdi. Bütün tənqidlərə baxmayaraq Culiani mübarizəsini davam etdirdi və nəticədə şəhərdə cinayətlərin sayı 2200-dən 1000-ə qədər endirildi. Qroningen universitetinin (Niderland) sosioloqları tərəfindən bu nəzəriyyənin yoxlanılması üçün bir sıra təcrübələr keçirilmişdir.

Digər lüğətlərdə