Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Selibat
Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı. Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüsser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
İslahat
İslahat (lat. reformo) — qanun səviyyəsində həyata keçirilən dəyişikliklər. İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. İslahatlar gedişində siyasi sitemin əsasları dəyişilmədən bir hissəsi dəyişdirilir. Bununla belə islahatlar heç də həmişə deyilənlərin tezliklə baş verməsini təmin etmir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.Bəzi hədislərdə deyilir ki, hər kəs öz əməllərinə uyğun olaraq müəyyən bir nur dəhlizinin içində sırat körpüsündən keçəcək.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Slint
Slint Brian McMahan(gitara və vokal) David Pajo(gitara) Britt Walford(baraban və vokal) Todd Brashear(Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Aqrar islahat
Aqrar islahat — torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. == Tarixi == XVII–XIX əsrlərdə Qərbi Avropanın bir sıra ölkəsində burjua inqilabları dövründə aqrar islahatları keçirilmişdir. Burjua inqilabları bəzi ölkələrdə feodal münasibətlərinə güclü zərbə vurmuş (İngiltərə, Fransa) və bununla da kənd təsərrüfatında kapitalist inkişaf yolunu açmışdı. Bu inqilablar Avropanın bir sıra ölkəsində feodal qalıqlarını tam ləğv edə bilməmişdi. Buna görə də bu ölkələrdə kapitalizmin inkişafı prosesində hakim sinfin xeyrinə aqrar islahatları keçirilmişdir (məsələn, Prussiyada 1807–1811 illər islahatı, Rusiyada 1861-ci il kəndli islahatı və Stolıpinin aqrar islahatı (1906–1916), Rumıniyada 1864-cü il islahatı). Aqrar islahatların keçirilməsinin zəruriliyi ölkənin iqtisadi və siyasi tələbatından, kəndlilərin torpaq uğrunda güclü hərəkatından irəli gəlir. Bunların radikal həlli dərəcəli bu və ya digər ölkədə ictimai-iqtisadi şərtlərin məcmusu, sinfi qüvvələrin nisbəti, dövlət hakimiyyətinin xarakteri ilə müəyyən edilir. Vladimir Lenin aqrar inqilabların siyasi hakimiyyət uğrunda mübarizə ilə bilavasitə əlaqəsini qeyd etmişdir: "Əgər aqrar inqilabının qələbəsi hakimiyyətin inqilabçı xalq tərəfindən əldə edilməsini nəzərdə tutmursa, bu inqilab boş bir ibarədir. Həmin şərt olmadan bu inqilab aqrar inqilabı deyil, kəndli qiyamı və ya kadet aqrar islahatı olacaqdır". Çar Rusiyasında kəndlilərin inqilabi çıxışlarının təzyiqi ilə keçirilən aqrar islahatları, Birinci Dünya müharibəsindən sonra isə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində (Rumıniya, Çexoslavakiya, Yuqoslaviya, Macarıstan, Polşa.
Henrix Şliman
İohann Lüdviq Henrix Yulius Şliman (alm. Johann Ludwig Heinrich Julius Schliemann‎; 6 yanvar 1822, Noybukov, Meklenburq-Şvelin — 26 dekabr 1890, Neaopl) — alman sahibkarı, Troyada Homer dövrünün axtarışını aparmış həvəskar arxeoloq. == Həyatı == Henrix Şliman 1822-ci ilin 6 yanvar tarixində Baltik dənizdən çox da uzaqda olmayan Meklenburq-İsveç hersoqluğunun şəhəri Noybukovda doğulub. Onun atası Ernest Şliman (1780-1870) yerli keşiş idi. O, tez-tez oğluna müxtəlif əfsanələr danışırdı. Beləliklə, erkən yaşlardan Şlimanda tarixə həvəs formalaşır. == Sonrakı dövrlər == Atasının başına gələn müəyyən hadisələr zamanla ailənin dağılmasına səbəb olur. Henrix əmisinin himayəsinə keçir. Henrixin əmisi şəhərcikdə keşiş kimi çalışırdı. Henrixin dillərə olan marağını gördükdən sonra onu Karl Andresin yanında latın dilini öyrənməyə yollayır.
Saliha Sultan
Salehə Sultan (1680, Konstantinopol – 21 sentyabr 1739, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və I Mahmudun anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1680-ci il olaraq qəbul edilir. Əslən yunan olub, İstanbulda dünyaya gəldiyi, kiçik yaşlarında saraya alınaraq Sultan Mehmedin xanımı Validə Əmətullah Gülnuş Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra Sultan Mustafaya təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Mahmudu 2 avqust 1696-cı ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Salehə Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə Mahmud və Şahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 27 il boyunca köhnə sarayda yaşayan Salehə Sultan bu müddət ərzində Darüssəadə ağası Hacı Bəşir ağanın vasitəsiylə Topqapı sarayındakı Şimşirlik bölümündə tutulan oğlu Şahzadə Mahmudu qorudu.
Serhat Akpınar
Serhat Akpınar (1 fevral 1964) — Kipr türk sahibkar və pedaqoq. Kiriniya Amerikan Universiteti və Kipr Amerika Universitetinin qurucu rektoru və İdarə Heyətinin sədridir. == İlk illəri == Serhat Akpınar 1 fevral 1964-cü il tarixində Kiprdə, Nikosiya şəhərinin Ərəbəhməd rayonunda anadan olmuşdur. O, ibtidai və orta təhsilini Kiprdə başa vurmuşdur. Akpınar Birləşmiş Krallıqda biznesin idarə edilməsi üzrə bakalavr və magistr dərəcələrini tamamlamış, beynəlxalq marketinq üzrə ixtisaslaşmışdır. O, London Şəhər Universitetini bitirmişdir. Akpınar Harvard Universiteti və Qaliley Kollecinin birlikdə idarə etdiyi Ali Təhsil Qurumlarının İdarəetmə Proqramı ilə təhsilini davam etdirmişdir.​ == Karyera == === Təhsil === Serhat Akpınar 1985-ci ildə Şimali Kipr Türk Respublikası ilk özəl universiteti olan Kiriniya Amerikan Universiteti təsis etmişdir. Bu gün universitet ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Moldova, Şri-Lanka və Honkonqda müstəqil və birgə yaradılmış ümumi kampuslara malikdir. Akpınar Nyu-Hempşir Kolleci və Cənub-Şərqi Universiteti ilə əməkdaşlıq edərək bu universitetlərin ilk beynəlxalq kampuslarını qurmuşdur. 1988-ci ildə Cənub-Şərqi Universitetinin regional direktoru olmuş və 1998-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Serhat Akın
Niyazi Serhat Akın (türk. Niyazi Serhat Akın; 5 iyun 1981, Bretten) — türk futbolçu. Almaniyanın 4-cü liqası olan Regionalligada çıxış edən Berliner AK 07 klubunun heyətində peşəkar futbolçu karyerasını bitirmişdir. == Həyatı == == Karyera == === Milli komandadıkı çıxışı === Qeyd: Türkiyə milli futbol komandasının heyətində oynadığı oyunlar.
Serhat Taşdemir
Serhat Doğuxan Taşdemir (21 iyul 2000, Blekbörn) — EFL Birinci liqasında (EFL League One) “Piterboro Yunayted” və Azərbaycanın 19 yaşadək komandasında hücuma meylli yarımmüdafiəçi kimi oynayan peşəkar bir futbolçudur.İngiltərədə anadan olub, Azərbaycanı (U-19 Milli komandasını) gənclər səviyyəsində beynəlxalq səviyyədə təmsil edir. == Klub karyerası == === A.F.C. Fyldi === Taşdemir A.F.C Fyldi ilə15 yaşında müqavilə imzaladı, hansı ki Blekbörn Roverslə müqaviləsi başa çatdıqdan sonra. Lancashire FA Challenge Trophy turnurundə A.F.C Fyldi-də yalnız 16- cı turda ilk komandada debüt etdi. Bunun ardınca Taşdemir, 17 yaşında, 2017-ci il sentyabr ayında Bromliə qarşı Milli Liqada debüt etdi. O, skamyadan çıxdıqdan cəmi 14 dəqiqə sonra qol vurdu. O, bu qolu ilə liqadakı ən gənc qol vuruşuna imza atdı. O, "parlaq" mövsümdən sonra EFL League One-da 2017/18-ci illərdə ilin gənc oyunçusu seçildi. === Piterboro Yunayted === 1 İyul 2019 tarixində EFL Birinci Liqa (EFL League One) təmsilçisi Piterboro Yunayted Taşdemir ilə 3 illik müqavilə imzaladı. Tasdemir, 13 Avqust 2019-cu ildə Oksford Yunaytedə qarşı EFL Kuboku matçında (start heyətdə), dörd gün sonra İpsviç Tauna qarşı liqada debüt etdi. == Beynəlxalq karyerası == 2019-cu ilin yanvar ayında 19 yaşadək Azərbaycan yığması tərəfindən milli komandaya çağırıldıqdan sonra Taşdemir Krasnodar vilayətinə qarşı yoldaşlıq oyununda debüt qolu ilə yadda qaldı.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. == Alınması == Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ == Quruluşu == Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O == Fiziki xassələri == Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. == Kimyəvi xassələri == Silikat turşusunun duzlarına silikatlar deyilir.
Aslıhan Güner
Aslıhan Güner (17 dekabr 1987, İstanbul) — Aktyor. == Həyatı == 17 dekabr 1987-ci ildə İstanbulda anadan olub. Barış Manço Mədəniyyət Mərkəzində aktyorluq təhsili alan Aslıhan Güner 2002-ci ildə yayımlanan Sirlər Dünyası serialı ilə ilk dəfə kameralar qarşısına keçib. 9 iyun 2013-cü ildə Şefkat Tepe serialında tanış olduğu Mert Kılıç ilə evləndi.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır.1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi. Yeganə oyunu Norveç komandasına qarşı keçirtmişdir və 4 qol buraxmışdır.1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 5-8-ci yerləri bölüşən Türkiyə milli futbol komandasının heyətində çıxış etmişdir.
Georgiya Şihan
Georgiya Şihan (d. 10 iyul 1999) — Avstraliyalı suya tullanan. Georgiya Şihan Avstraliyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Georgiya Şihan birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 238.25 xal toplayaraq 9-cu yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Şihan 244.20 xal toplayaraq 8-ci oldu və yarışı medalsız başa vurdu.
Mark Şihan
Mark Şihan (29 oktyabr 1976, Dublin – 14 aprel 2023) — müğənni, bəstəkar, musiqiçi, gitaraçı, mahnı müəllifi. 1996–2001-ci illərdə Mytown qrupunun üzvü olub. 2001-ci ildə The Script alternativ rok qrupunun həmtəsisçisi olub və gitara ifa edib. == Həyatı == 1976-cı il oktyabr ayının 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində anadan olub. Kiçik yaşlarından gitara dərslərinə gedən Mark 1996-cı ildə dostu Danny O'Donoghue ilə "MyTown" pop qrupunu yaradır. O bu qrupda gitarist vəzifəsini yerinə yetirirdi, ancaq onun vokalist bacarığı da var idi. 2001-ci ildə "MyTown" qrupu dağılır. Bu qrupun 4 üzv var idi. O və Danny O'Donoghue 2001-ci ilin payızında The Script pop-rok qrupunu yaradırlar (The Script hazırda yalnız rok qrupudur). "The Script" qrupuna 1 üzv daha dəvət edilir (Glen Power).
Nihat Anılmış
Nihat Anılmış (türk. Nihat Anılmış) (1876, Plovdiv – 31 may 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. Osmanlı ordusunda zabit və Türk ordusunun general idi. == Həyatı == 1894-cü il may ayının 28-də, təhsil aldığı hərbi akademiyanı 1896-cı ilin 17 avqustunda leytenant rütbəsi ilə bitirmişdir. 17 yanvar 1900-cü ildə Döyüş Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1913-cü ildə Balkan müharibəsində döyüş zamanı yaralanaraq bolqarla əsir düşmüş və və həmin ilin sonunda azad edilmişdir. === Siyasi fəaliyyəti === 1943–1950-ci illərdə Ankaranın millət vəkili kimi fəaliyyət göstərmişdi.
Nihat Bekdik
Nihat Asım Bekdik (17 mart 1902, Konstantinopol – 21 iyun 1972, İstanbul) — müdafiəçi mövqeyində oynamış Türkiyə futbolçusu. == Klub karyerası == Qalatasaray liseyinin şagirdi olan Nihat Bekdik karyerası boyu (1916–1936) Qalatasarayda çıxış etmişdir. Klubun heyətində 6 dəfə İstanbul Futbol Liqasını qazanmışdır, komandanın kapitanı olmuşdur. Formasında təsvir olunmuş şir şəklinə və göstərdiyi oyuna görə azərkeşlər ona "aslan" ləqəbini vermişdilər. Sonradan bu ləqəb bütöv "Qalatasaray" klubuna şamil olunmağa başlandı. == Milli yığma karyerası == 26 oktyabr 1923-cü ildə Nihat Bekdik, Rumıniya ilə yoldaşlıq oyununda Türkiyə millisinin heyətində debüt etdi. 1924 və 1928-ci illərdə Olimpiya oyunlarının iki futbol turnirində iştirak etmişdir. 14 oktyabr 1927-ci ildə Nihat Bekdik Bolqarıstan komandası ilə yoldaşlıq oyununun 85-ci dəqiqəsində fərqlənərək millinin heyətində ilk və yeganə qolunu vurdu. == Digər idman növlərində == Nihat Bekdik üçqat atlama və yüksək atlama yarışlarında da müvəffəqiyyət qazanmışdır. 1923-cü ildə üçqat (11,92 m) və yüksək atlamalarda (1.58 m) Türkiyə rekordlarını vurdu.
Nihat Hatipoğlu
Nihat Hatipoğlu (11 may 1955, Diyarbəkir) — Türk alim, ilahiyyatçı) — Qaziantep İslam Elm və Texnologiya Universitetinin Rektoru. Hazırda ATV telekanalında həftəlik proqramları davam etməkdədir. == Həyatı == Diyarbəkirdə, 11 may, 1955-ci ildə dünyaya gələn Nihat Hatipoğlu, Siirt və Malatyada ibtidai məktəb oxumuşdur. 1975-ci ildə Uşak İmam Xətib Liseyini və Uşak Liseyini bitirib. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat Fakültəsini bitirdi. Eyni fakültədə Hədis Baş Elm sahəsində Qurani Kərimin Anlaşılmasında Hədislərin Rolu adlı çalışması doktor, 2000-ci ildə dosent, 2012-ci ildə isə professor olmuşdur. Hazırda Diclə Universiteti ilahiyyat Fakültəsinin Hədis Baş Elm sahəsində müəllim vəzifəsində işləyir. 1985-1987-ci illər arasında Misirdə Ərəbcə təhsil alıb. Sonradan isə Türkiyədə Quran Kurslarından birində müdir kimi çalışmışdır. Hazırda Diyanət İşləri Nazirliyində Din İşləri Ali Qurum mütəxəssisi vəzifəsində işləyir.
Nihat Kahveçi
Nihat Kahveçi 2002-ci ilin yanvarından İspaniya klublarının şərəfini qoruyub. O, 4,5 il "Real-Sosyedad"da, 3 il isə "Vilyareal"da çıxış edib. Ümumilikdə "La Liga"da 195 oyuna çıxan forvard 75 qol vurub. 2009-cu ilin iyununda 7,5 ildən sonra "Beşiktaş"a qayıdıb. "Beşiktaş" onu sonuncu klubu "Vilyareal"dan 5,5 milyon avroya alıb. Kahveçi ilə müqavilə 3 illikdir. Anlaşmaya əsasən, futbolçu hər il 3 milyon avro alacaq. Qeyd edək ki, 2000-ci ildən Türkiyə millisinə çağırılan Nihat 62 oyunda 17 qol vurub.
Nihat Kərimli
Nihat Teymur oğlu Kərimli (8 iyul 1996, Ərəbocağı, Ağdaş, Azərbaycan — 8 oktyabr 2020, Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihat Kərimli 1996-cı il iyulun 8-də Ağdaş rayonunda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nihat Kərimli Ağdam və Tərtər döyüşlərində savaşıb. Oktyabrın 8-də Ağdam istiəamətində şəhid olub. Ağdaşda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihat Kərimli "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihat Nikerel
Nihat Nikerel (5 fevral 1950, Çorum – 26 sentyabr 2009 və ya 27 sentyabr 2009, İstanbul) — Türkiyə aktyoru, "Kurtlar Vadisi" serialının məşhur obrazlarından olan Seyfo dayını canlandıran tanınmış aktyor Nihat Nikerel 1972–1976-cı illərdə uzun bir dünya səyahətindən sonar vətənə dönüb və 1985-ci ildə yazdığı ssenari ilə sənət aləminə yol alıb. Müxtəlif film və seriallarda rol alan sənətçi bir kitab da yazıb. 59 yaşlı Nihat Nikerel evində tək olduğu zaman ürək tutmasından vəfat edib. Onun cəsədi evə gələn oğlu tərəfindən aşkarlanıb. "Seyfo dayı"nın sentyabrın 26-da saat 18 radələrində vəfat etdiyi bəlli olub.
Nihat Rzaxanov
Nihat Rzaxanov (18 aprel 2001; Biləcəri, Azərbaycan — 6 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Nihat Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Biləcəri qəsəbəsində anadan olub. 2007-ci ildə 301 N-li məktəbdə daxil olaraq orta təhsil alır. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzulidə, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 7 noyabr 2020-ci ildə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. == Yayılması == Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. == Terminologiya == Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.