SİLİKÁT

[ lat. silex (silicis) – çaxmaqdaşı] miner.
1. Tərkibində silisium oksidi birləşmələri olan mineralların adı.
2. Bu mineraldan qayrılmış məmulatın (şüşə, çini, sement, kərpic və s.) ümumi adı.
Şofer gündüz saat ikidə sement anbarından beş ton sement və silikat tozu alıb şərqə tərəf yola düşdü. M.Süleymanov.

Etimologiya

  • SİLİKAT lat. silex (silicis) – çaxmaqdaşı
SİLİB-SÜPÜRMƏK
SİLİ́NDR
OBASTAN VİKİ
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. == Alınması == Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ == Quruluşu == Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O == Fiziki xassələri == Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. == Kimyəvi xassələri == Silikat turşusunun duzlarına silikatlar deyilir.
Silikatlar
Silikatlar böyük mineral qrupunu əhatə edir. Onlar üçün mürəkkəb kimyəvi tərkib və kompleks elementlərin digərləri ilə izomorf əvəzlənməsi səciyyəvidir. Silikatların tərkibinə daxil olan əsas kimyəvi elementlər bunlardır: Si, O, Al, Fe2+, Fe3+, Mg, Mn, Ca, Na, K, həmçinin Li, B, Be, Zr, Ti, F, H, (OH)− və ya H2O formasında. Silikatların mineral formalarının ümumi miqdarı 800-dür. Litosfer minerallarının tərkibinin 90%-ində silikalara rast gəlinir. Dağ suxurlarının böyük hissəsi onlardan təşkil olunmuşdur: şpatlar, kvars, amfobol, qarğaduzu, piroksin, olivin və s. Ən geniş yayılmışları şpatlar və kvartslardır, ikincinin payına bütün mineralların 12 % -i düşür. == Struktur növləri == Hər bir silikatın struktur tərkibi siliumoksid və oksigen birləşməsindən ibarətdir. Bu birləşmə kristal-kimyəvi prinsipə söykənir, əsasən də Si (0.39Å) və O (1.32Å) ionlarının radiusu ilə bağlıdır. Beləliklə bütün silikatların əsasında [SiO4]3 qrupu durur.

Digər lüğətlərdə

да́чный доде́лать зако́н обма́сливаться окулиро́вочный припо́й террасообра́зно выпира́ться доруба́ться окати́ть холодной водой прыжки с трамплина на лы́жах раздельнопо́лый расколоти́ть реноме́ упи́танный фана́т лут нас пыня cobwebby dog's violet kirkyard miniature patentor нард