İSLAHAT

is. [ ər. “islah” söz. cəmi] Bir şeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsaslı dəyişiklik. Əlifba islahatı. Pul islahatı.
– …Biz camaat işlərinə qatışıb islahat əmələ gətirmək istədikdə iki məqsədin dalına düşürük… Ü.Hacıbəyov.
Rzaqulu xanın İranda başlamaq istədiyi islahat ən əvvəl öz atasından qalmış 60 para kəndlərindən başlandı. M.S.Ordubadi.
Artıq burada biz bütün islahat və tərəqqi planlarında Azərbaycanın yad edildiyini görürdük. M.İbrahimov.

◊ İslahatdan düşmək dan. – yararsız hala düşmək; kardan düşmək: yıpranmaq. Ayaqqabı islahatdan düşüb. Pencək islahatdan düşüb. Əlcək islahatdan düşüb.
İslahatdan salmaq dan. – tamam korlamaq, yararsız hala salmaq, əldən salmaq. Paltarını islahatdan salıb.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSLAHAT İSLAHAT Qurultay prinsip etibarilə guya bizim islahatımızla razılaşdı, lakin formal cəhətdən .. islahı rədd etdi (S
  • İSLAHAT dəyişiklik
İSLAH
İSLAHATÇI

Digər lüğətlərdə