Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirça Snequr
Mirça İvanoviç Snequr (mold. Mircea Snegur; 17 yanvar 1940, Trifaneştı[d], Rumıniya Krallığı[d] – 13 sentyabr 2023, Kişinyov) — Sovet, Moldova dövlət və siyasi xadimi, 1990-cı il sentyabrın 3-dən 1997-ci il yanvarın 15-dək Moldova Respublikasının 1-ci Prezidenti. Bundan əvvəl o, 1989–1990-cı illərdə Ali Sovetin Rəyasət Heyətinin sədri, 1990-cı il aprelin 27-dən sentyabrın 3-dək Ali Sovetin sədri vəzifələrində çalışıb. == Həyatı == Mirça Snequr 1956-cı ildə Florşetski rayonunun Frumuşika kəndində orta məktəbi bitirmişdir. 1961-ci ildə Kişinyov Kənd Təsərrüfatı İnstitutunu aqronom ixtisası üzrə bitirmişdir. 1961–1968-ci illərdə Floresti rayonunun Lunqa kəndində aqronom, kolxoz sədri işləyib, sonra MSSR Kənd Təsərrüfatı Nazirliyində də çalışıb. 1981-ci ildə Sov. İKP Edinet rayon komitəsinin birinci katibi olub. İşğal olunmuş Bessarabiya ərazisində Sovet Rusiyasına birləşmək üçün rumınlara qarşı mübarizə dayanmadı. 1985-ci ildən MSSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub.
Salqir
Salqir (ukr. Салгир, Krım-Tat. Salğır, Салгъыр) — Krımda ən uzun çaydır, lakin ən bolsulu çay deyil (Belbek də həmçinin). Çay yatağının uzunluğu 232 km, çəkilmə sahəsi 3.750 km²-dir (digər mənbələrə görə 4010 km² qədər). Aşağıda axında ildə üç aydan çox müddətə quruyur. Əhəmiyyətli iqtisadi (suvarma da daxil olmaqla) və rekreasiya əhəmiyyəti var: çayın sahilində çox sayda park və gölməçələr var. Uzunluğu 204 km, drenaj hövzəsi 3750 km²-dir.Suyun orta axını 2 m³ / s təşkil edir. == Hidroqrafiya == Dəniz səviyyəsindən 390 metr yüksəklikdə Anqara və Kizilkobinka çaylarının birləşməsindən, Çatırdağ yamaclarında başlayır, Sivaş körfəzinə axır. Yuxarı axında suyun 40% -ni Ayanın sol qolundan götürür. Simferopol şəhərinin yaxınlığında bir su anbarı meydana gətirir.
Sınevir
Sınevir (ukr. Синевир) — Ukrayna Karpatı ərazisinin ən məşhur və iri gölüdür. Göl Tereblya çayının yuxarı ararında yerləşir. Su səthinin sahəsi 4-5 hektardır. Gökü əsasən bulaqlar qidalandırır. Dağlardan gələn axarlar gölə tökülür. Göldən isə axan axar Tereblya çayına tökülür. Sinevir gölündə çoxlu sayda forel gölü yaşayır. Ancaq onların ovlanması qadağandırGöl 989 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Orta dərinliyi 10-12 metr təşkil edir.
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Fəqir
Fəqir (ərəb. فقیر‎ — yoxsul) — Keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. == Ümumi məlumat == "Fəqr" (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi "yoxsul, kasıb, möhtac" deməkdir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz". Digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: "Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər…". "Fəqirdənsə qəbir yaxşıdır" (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar.
Nequr
Nequr — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanının Dəştyari bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 647 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfidirlər. Nequr, bəluc dilində, təpəətəyi deməkdir.
Noqir
Noqir (Oset. Ногир) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir. Noqirski kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. == Coğrafiya == Noqir kəndi Priqorodnı rayonunun şimal hissəsində, Terek çayının sol sahilində yerləşir və faktiki olaraq onun şimal ətrafı kimi Vladiqafqaz şəhəri ilə birləşir. Qəsəbə torpaqları ilə həmsərhəddir: cənubda Vladiqafqaz, şimalda Alxaçurt, şimal-şərqdə Mixaylovskoye və şərqdə Zavodski. == Etimologiya == Noqir sözü osetin dilindən tərcümədə Yeni Osetiya (Oset. Ног Ир) deməkdir. == Tarix == Oktyabr inqilabından əvvəl Noqir kəndini yerində çar hərbi təlim poliqonu yerləşirdi. Müasir Noqir kəndi 1921-ci ildə əvvəllər Xristianovskoye kəndində (indiki Diqora şəhəri) məskunlaşmış Cənubi Osetiya qaçqınları tərəfindən qurulmuşdur. Kənddəki ilk məktəb 1930-cu illərin sonlarında inşa edilmişdir.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. == Adı == Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi".Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür."Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi).Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir. O, yazır ki, "Serir olaraq bu ölkəni VII-VIII əsrlərin ərəb müəllifləri adlandırıb. Adın mənşəyi aydın deyil: onu İran padşahının qızıl taxtı əfsanəsi ilə əlaqələndirilər (VII əsrin əvvəlləri), güya taxtı özlərindən öncə Dağıstan dağları kimi təhlükəsiz yerə yollayıblar ki, orada ona əyləşsinlər. Lakin padişah öldürüldü.
Sığır
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Səbir
Səbir - xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Cəlal Şəngör
Əli Mehmet Cəlal Şəngör (24 mart 1955, İstanbul) — türk geoloq. İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunda elmi fəaliyyət göstərib.Şəngör ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Mehmed Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasına seçilən ikinci türk professordur. Şəngör Alman Geologiya Cəmiyyəti tərəfindən Gustav Şteinman Medalına layiq görülmüşdür. Fransa, İngiltərə, Avstriya və Amerika Birləşmiş Ştatlarında qonaq professor olaraq çalışan Şəngör, başda geologiya, xüsusən də struktural yer elmi və tektonika sahəsindəki çalışmalarıyla tanındı. 1988-ci ildə Nevşatel Universitetinin Elm Fakültəsindən fəxri elmlər doktoru dərəcəsi aldı. Şəngör 1990-cı ildə Avropa Akademiyasına qəbul edildi və həmin ildə Avstriya Geologiya Xidmətinin müxbir üzvü, 1991-ci ildə Avstriya Geologiya Cəmiyyətinin fəxri üzvü oldu. 1991-ci ildə Mədəniyyət Nazirliyinin "Bilgi Dövrü" mükafatını aldı. 1992-ci ildə İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin Ümumi Geologiya Bölümü professoru oldu. == Həyatı == 1955-ci il 24 martda İstanbulda dünyaya gəlib.
Frederik Senger
Frederik Senger (ing. Frederick Sanger; 13 avqust 1918[…] – 19 noyabr 2013[…], Kembric, İngiltərə) — ingilis biokimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1980). == Həyatı == İngilis biokimyaçısı Frederik Senger 1918-ci ilin avqustun 13-də Redkompda (Qolsterşir) anadan olmuşdur. 1939-cu ildə Kembric universitetini bitirmişdir. 1940-cı ildən Kembric universitetində işləmişdir. 1983-cü ildə istefaya çıxmışdır. Frederik Sengerin əsas elmi işləri zülalların və nuklein turşularının kimyasına həsr olunub. Senger insulinin strukturunu öyrənmişdir. O, peptidlərin kənar aminqruplarının identifikasiyasının dinitroflorbenzol üsulunu işləyib hazırlamış və bu üsulun köməyi ilə insulində amin qruplarının ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin strukturunu açmışdır (1944–1954-cü illər). F. Senger müəyyən etmişdir ki, insulinin ümumi formulu C337 N65O75S6 kimidir, üç sulfid körpüsü var və iki zəncirdən ibarətdir: 21 aminturşu qalığına malik A zənciri və 30 aminturşu qalığından ibarət B zənciri.
Kaledu Snelis
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Larri Senger
Larri Senger (16 iyul 1968, Belvyu[d], Vaşinqton) — ABŞ-lı internet-sahibkar, vikipediyanın qurucularından biri və Citizendium-un qurucusu. == Həyatı == Senger Ankoric şəhəri, Alyaska ştatında böyümüşdür. Uşaq yaşlarından etibarən fəlsəfə ilə maraqlanmağa başlamışdır.O 2000-ci ildə Ohayo Dövlət Universitetində Fəlsəfə Doktoru adını almışdır.
Leopold Senqor
Leopold Sedar Senqor (fr. Léopold Sédar Senghor, 9 oktyabr 1906, Joel-Fadiut, Seneqal – 20 dekabr 2001, Normandiya, Fransa) — Seneqallı şair və yazıçı, filosof, siyasətçi; Seneqalın ilk prezidenti. == Mükafatları == Qızıl çələng mükafatı (1975).
Marqaret Senqer
Marqaret Senqer (ing. Margaret Sanger; 14 sentyabr 1879[…], Korninq[d], Nyu-York ştatı – 6 sentyabr 1966[…], Tuson, Arizona) – ABŞ-də doğuma nəzarət hərəkatının lideri. == Həyatı == 1879-cu ildə Nyu-York ştatının Korninq şəhərində doğulmuşdur. 1966-cı ildə Arizona ştatının Tuson şəhərində ölmüşdür. == Yaponiya == 1921-ci ilin iyununda Senqerin müəllifi olduğu bir məqalə Yaponiyanın "Kaizo" jurnalında çap olunmuşdur. Nəşriyyatın dəvəti ilə 1922-ci ilin martında Yaponiyaya gələrək burada bir sıra mühazirələr vermişdir. Polis tərəfindən ciddi şəkildə izlənilsə də, Tokio və Yokohamada 8 mühazirə verə bilmişdir. Lakin müxalifəti nəzərə alaraq Kioto, Osaka və Kobedə planlaşdırdığı mühazirələri verməmiş, Yaponiyanı aprel ayından erkəndən tərk etmişdir.Senqerin Yaponiyadakı fəaliyyəti böyük marağa səbəb olmuş və Yaponiyada doğuma nəzarət hərəkatının yaranmasına təkan vermişdir. Hamiləliyin qarşısını almaq yollarından bəhs etdiyi "Ailə məhdudiyyəti" traktatı Yamamoto Senci tərəfindən tərcümə edilərək nəşr olunmuşdur. 1954-cü ildə ikinci dəfə Tokioya səyahət edərək Yaponiya Ailə Planlaşdırması Federasiyasının quruluş mərasimində iştirak etmişdir.
Onegin Hacıqasımov
Onegin Yusif oğlu Hacıqasımov (monax adı Siluan, sxima adı Simon; 4 iyun 1937, Bakı – 30 iyun 2002) — Azərbaycan-sovet şairi, Sovet ittifaqında məşhur olan bir çox mahnı sözlərinin müəllifi. == Həyatı == Atası Yusif Hacıqasımov (1892-1960) Moskva Universitetində hüquq fakültəsini bitirmiş, 1940-cı illərədək NKVD-də işləmişdi. Anası Mehtəban Hacıqasımova (1905-1980) isə rus dili və ədəbiyyatını çox sevdiyi üçün 1937-ci ildə, böyük rus şairi Aleksandr Puşkinin vəfatının 100-cü ildönümündə dünyaya gələn oğlunu Puşkinin ən məşhur əsərlərindən birinin baş qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə adlandırır. Onun 1942-ci ildə dünyaya gələn kiçik qardaşını isə Nizami Gəncəvinin 800 illiyinin şərəfinə Nizami adlandırmışdılar.1954-cü ildə Onegin Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olur. Növbəti il hərbi xidmətə yollanır və 3 il hərbi dəniz qüvvələrində xidmət keçdikdən sonra yenidən təhsilini davam etdirərək institutu bitirir. Yazdığı mahnılar sayəsində 1960-1980-ci illərdə SSRİ-də ən populyar nəğməkar-şairlərdən birinə çevrilir. Onun sözlərinə məşhur bəstəkarlar mahnı bəstələyir və populyar müğənnilər tərəfindən ifa olunurdu. Onegin Hacıqasımov həm də bir sıra xarici mahnılara rus dilində mətnlər yazması ilə məşhurdur. Onun söz müəllifi olduğu mahnıları ifa edənlər arasında Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, "Qaya" Vokal Kvarteti, Valeri Obodzinski, Yuri Antonov, Aida Vedişşeva, "Vesyolıye rebyata" qrupu və bir çox başqaları olmuşlar. 1985-ci ildə o, pravoslavlığı qəbul edir və 1988-ci ildə Moskva vilayətindəki Optina pustın monastırında ierosximonax Simon adını qəbul edir.30 iyun 2002-ci ildə onkoloji xəstəlikdən vəfat edir.
Səngər (Abaran)
Səngər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tabeliyində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tabeliyindən Alagöz (Araqadz) rayonunun tabeliyinə keçirilmişdir. Toponim qədim türk dilində «dağ burnu» mənasında işlənən səngər (sengir) sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Səngər (Maku)
Səngər (fars. ‎سنگر‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 585 nəfər yaşayır (118 ailə).
Səngər (coğrafiya)
Səngər — qədim türk dillərində dağ burnu mənasında işlənmişdir. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə səngər sözü ilə bağlı çoxlu toponimlər vardır. Məsələn, Vardenis rayonunda Səngər qışlağı olmuşdur.
Səngər (hərb)
Səngər — ön xəttə qazılan kanallar və yaxud kanal tipli dərin qazılan və insanları kənar təhlükələrdən qoruyan xəndəkdir. Səngər sözü qədim fars mənşəli söz olub, mənası (səngər - aşağı, aşağıda) mənası ilə tərcümə olunur.[mənbə göstərin]Səngər əsasən müharinə zamanı döyüş sahələrində qazılır. Güllədən, qəlpədən əsgərləri qorunmaq üçün nəzərdə tutlur. Səngər sözünə müxtəlif bədii əsərlərdə də rast gəlmək olur. Məsələn: – Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”.
Səngər (Üşnəviyyə)
Səngər (fars. ‎سنگر‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (60 ailə).
Səngər (İran)
Səngər — İranın Gilan ostanında yerləşən şəhər. Səngər əhalisinin əksəriyyətini giləklər təşkil edir.