Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sovetskiy
Sovetski — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.
Sovetski
Sovetski (rus. Советская) — Bakı şəhərinin Yasamal rayonunda yerləşən tarixi məhəllə. Nəriman Nərimanov prospekti (keçmiş Sovetski prospekti), Mirzə İbrahimov, Nizami və İbrahim Əbilov küçələrinin arasında yerləşən ərazini əhatə edirdi. Sovetskidə yaşı 100 ildən artıq olan tarixi binalar, muzeylər, məscidlər, hamamlar, Azərbaycanın tanınmış ziyalılarının yaşadıqları evlər yerləşirdi. Sovetskinin ərazisi "Bayır şəhər" adı altında da tanınırdı. 2014–2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədər Sovetskidə yerləşən xeyli sayda yaşayış evi sökülüb. Sökülən evlərin arasında vaxtı ilə dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri də vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, "Sovetski" ərazisində yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan təxminən 200 ev, 9 hamam, 4 məscid, 1 kilsə, 10-dək təhsil və səhiyyə müəssisəsi, eləcə də inzibati bina mövcud idi. Bu ərazidə 3 obyekt isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır: Təzə Pir məscidi, Azərbaycan Memarlar İttifaqının binası və Hacı Sultan Əli məscidi. 2014-cü ilin martında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Intiqam Hümbətov mətbuata açıqlamasında "Sovetski"də ümumilikdə 230-a yaxın tarixi və mədəniyyət abidəsinin yerləşdiyini bildirmişdi.
Sovetskiy Karabax
"Sovetskiy Karabax" — Azərbaycan SSR dövründə Xankəndidə nəşr olunmuş qəzet.
Sovetski (Rusiya)
Sovetski — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.
Sovetski (dəqiqləşdirmə)
Sovetski
Sovetski (Şimali Osetiya)
Sovetski (Oset. Sovetski) qəsəbə Şimali Osetiya Respublikasının Mozdok rayonunda yerləşir. "Pavlodolski kənd qəsəbəsi" bələdiyyənin bir hissəsidir. QəsəbəTerek çayının sol sahilində, Mozdok rayonunun mərkəzi hissəsində yerləşir. Regional Mozdok şəhərindən 9 km cənub-qərbdə və Vladiqafqaz şəhərindən 101 km şimal-qərbdə yerləşir. Qəsəbələrin torpaqları ilə həmsərhəddir: qərbdə Pavlodolskaya, şimalda Lukovski və Lukovskaya. Çayın qarşı tərəfində Razdolnoye kəndi yerləşir. Kənd respublikanın çöl zonasında Kabardin düzənliyində yerləşir. Ərazi əsasən hündürlükdə cüzi dalğalanma ilə dalğalı düzdür. Terek çayının vadisi boyunca təpələr uzanır.
Sovetski rayonu (Rostov-na-Donu)
Sovetski rayonu Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1973-cü ildə təsis edilmiş rayon. XX əsrin əllinci illərinin sonları 60-cı illərinin əxvvəllərində Rostov şəhərinin qərb hissəsində iki mərtəbəli yeni binalar meydana gəlir. Elə bu zaman burada doqquzuncu qayka zavodu zavodu inşa edilirdi. Bu zavod bu tip istehsala malik doqquzuncu zavod idi. Bu zaman şəhərdə ilk yaşayış binaları, mikrorayonlar meydana gəlir. Bunada salınan ilk mağaza «Novosyol» adlanırdı. İlk məktəb № 92 (riyaziyyat təmayüllü), ilk ticarət mərkəzi «Çeremuşki», ilk uşaq geyim kombinat «Oduvançik» adlanır. Üç ildən qərb yaşayış massivi artıq peyk şəhəri xatırladırdı. Qısa müddət ərzində burada iki iqtisadi zona yaranmışdır:Qərb və Şimal-Qərb. Qeyri rəsmi olaraq qərb yaşayış massivini Sovets şəhəri adlandırırdılar.
Sovetsk
Sovetsk (Kalininqrad vilayəti)
Sovetskaya gölü
Sovetskaya (ing. Sovetskaya lake) — Antarktida da yerləşən buzaltı göl. Göl 2006-cı ildə Robin Bell (ing. Robin Bell) və Maykl Stadincer (ing. Michael Studinger)və trfindən kəşf edilmişdir. Göl vaxtı ilə burada gəaliyyət göstərən Sovetskaya qütb stansiyası şərəfinə adlandırılmışdır. Göl təxminən 2,5 km dərinlikdə yerləşir. Təxmini olaraq sahəsi 1600 km², yaşı isə 35 mln il olaraq qiymətləndirilir. Dərinliyi 900 metr olması hesab edilir. Suyun dəyişməz temperaturu −2 °C-dir.
Sovetsk (Kalininqrad vilayəti)
Sovetsk (rus. Советск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Sovetsk (Kirov vilayəti)
Sovetsk — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir