Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sororat
Sororat (lat. “soror” - bacı) — nigahın qədim kəbin formalarından biri, arvadı vəfat etmiş kişinin öz subay baldızı ilə evlənməsi. Sororat adəti arvadı vəfat etmiş cavan kişinin subay baldızı ilə evlənməsinə icazə verirdi. Sororat adəti anasız qalmış uşaqların qayğısına qalmaq zərurətilə bağlı idi. Belə hesab olunurdu ki, vəfat etmiş bacının uşaqlarına hamıdan yaxşı ana onların xalası ola bilər.
Surroqat analıq
Surroqat analıq — başqa şəxs və ya şəxslər üçün uşağın qadın tərəfindən bətndə saxlanılması və doğulması. Çox vaxt embrionun formalaşması üçün genetik material (sperma və oositlər) uşağın valideynləri tərəfindən verilir. Bəzi hallarda surroqat ana eyni zamanda genetik ana da ola bilir. Surroqat analıq hamiləliyin və doğuşun arzuolunmaz olduğu və ya tibbi baxımdan mümkün olmadığı, hamiləlik riskinin nəzərdə tutulan ana üçün çox təhlükəli olduğu və ya tək kişi və ya kişi cütlüyün uşaq sahibi olmaq istədiyi zaman tətbiq edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, surroqat analıq köməkçi reproduktiv texnologiya kimi təsnif edilir. Bəzi ölkələrdə surroqat analıq qanunsuzdur və insan alverinin bir növü hesab olunur. Surroqat ana ilk dəfə 1986-cı ildə ABŞ-da genetik olaraq övladı olmayan uşağı dünyaya gətirib.