Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polluks
Əkizlər bürcünün β ulduzu, narıncı rəngli nəhəng ulduz kimi inkişaf etmişdir, təxminən. Günəşdən 34 i.i məsafədə Əkizlər bürcünün şimalındadır. Günəşə ən yaxın nəhəng ulduzdur. Tipik "Qırmızı Nəhəngdir". Parlaqlığına görə 17-ci olub narıncı rəngi ilə seçilir. Parlaqlığına görə Kastordan daha parlaq olsa da Bayer sistematikasında nədənsə β adlandırılmışdır. Bu ulduz Günəşdən 2 Günəş kütləsi dəfə və 9 Günəş radiusu dəfə böyükdür. Bir dəfə baş ardıcıllıq ulduzu olub, sonra isə Polluksun nüvəsindəki hidrogen tükənir və K0 III spektral sinifli nəhəng ulduz kimi inkişaf edir. Ulduzun xarici təbəqəsində effektiv temperatur 4666K-dir. Polluks 2.8 km/s fırlanma sürətinə malikdir.
Sözlük
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Ekşi Sözlük
Ekşi Sözlük — Türkiyədə qeydiyyatlı yazarların şərhləri olan bir sözlükdür. == Tarixi == 1999-cu ildə "sourtimes.org" saytının bir hissəsi olaraq Sedat Kapanoğlu tərəfindən yaradılmışdır. Şüarı "Müqəddəs məlumat mənbəyi" dir. Girilən ilk başlıq "pena" dır.[mənbə göstərin] daha sonra populyarlığının artması ilə sourtimes.org'un əsas parçasına çevrildi. Sedat Kapanoğlu bir çox çıxışında, "Otostopçu Qalaktika Bələdçisi " kitabının Ekşi Sözlükü qurmaq üçün bir ilham olduğunu bildirdi. 21 fevral 2023-cü ildə, Türkiyədə internet istifadəçilərinin sayta girişi Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən bağlanıb. == Qaydalar == Müəlliflərin yazıları sözlük qaydaları daxilində yoxlanılır və uyğunsuz olduğu məqalələr moderatorlar və gammaz adı verilən könüllü lüğət üzvləri ilə birlikdə silinir. Ancaq on birinci nəsil satınalmalardan sonra gammizm statusu yalnız müəyyən bir müəllif qrupuna deyil, hər bir müəllifə verildi". == "Çaylak" lar == Ekşi Sözlükdə qeydiyyatdan keçdikdən sonra entry yazmaq olur. Çaylak statusuna sahib şəxslər uzun bir marafon ardından - bu 10 il də olabilər 10 ay da - bu şəxs ya yazar olur ya da passiv qalaraq heçnə olmur.
Etimoloji sözlük
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Musculus soleus
Amblyseius solus
Amblyseius solus (lat. Amblyseius solus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius solus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Şöllü Mehmandar
Şöllü Mehmandar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 12 km qərbdə, Zəngi çayının yanında yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Mehmandari-Şollu, Qafqazın 5 verstlik xəritəsində Şorlu Mehmandar formasında qeyd edilmişdir. Toponim -lı mənsubluq şəkilçisi qəbul etmiş çol etnonimindən və Mehmandar şəxs adından əmələ gəlib «çol > şol tayfasından olan Mehmandara məxsus kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Hovtaşad qoyulmuşdur.
İqtisadiyyatın solluğu (sağlığı) indeksi
İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir. Birinci mərhələdə İndeks Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr (cəmi 37 ölkə) üçün hesablanmışdır. 2015-ci ilin Hesabatına müxtəlif inkişaf səviyyəsinə malik və dünyanın fərqli regionlarını əhatə edən daha 25 dövlət üzrə hesablamalar əlavə edilmiş və təhlil olunan ölkələrin sayı 62-yə çatdırılmışdır. 2016-cı ildə tədqiq olunan ölkələrin sayı 99-a çatmışdır. Hansı siyasi-iqtisadi məfkurəni rəhbər tutmalarından asılı olmayaraq, bütün dövlətlər və siyasi qruplar ictimai rifahın yüksəlməsini özlərinin son məqsədi elan edirlər. Solçu siyasi-iqtisadi məfkurəyə görə, həmin məqsədə çatmağın ən "qısa" və düzgün yolu dövlətin fəal tənzimləmə tədbirləri həyata keçirməsindən, sağçı məfkurəyə görə isə, iqtisadiyyatın "sərbəst buraxılması"ndan keçir. Bu iki fəlsəfə (solçuluq və sağçılıq) arasındakı rəqabət müasir dünyada siyasi-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindəndir. Dövlətin iqtisadiyyata müdaxilə formaları arasında modelyaradıcı müdaxilə formalarını ayrıca təsnifləşdirilir. Bunlar elə müdaxilə formalarıdır ki: iqtisadi modellər, ilk növbədə, belə müdaxilələrin səviyyəsinə görə fərqlənir. Məsələn, daxili bazarın qorunması məqsədilə idxalın məhdudlaşdırılması xarici ticarət rejiminin liberallıq səviyyəsini və dolayısı ilə həm də iqtisadi sistemin ümumi liberallıq səviyyəsini aşağı salır.
Böyük Şöllü Dəmirçi
Böyük Şöllü Dəmirçi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 1969-cu ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonun tərkibində olmuşdur. Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çol etnonimindən və dəmirçi türk etnonimindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki "böyük" fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 338 nəfər, 1886-cı ildə 1318 nəfər, 1922-ci ildə 238 nəfər, 1926-cı ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Kiçik Şöllü Dəmirçi
Kiçik Şöllü Dəmirçi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda yerləşən kənd. == Etimologiyası == Toponim üç komponentdən: fərqləndirici əlamət bildirən kiçik sözündən, şollu və dəmirçi etnonimlərindən ibarətdir. Toponimdəki Şollu mənsubluq bildirən -Iu şəkilçisi qəbul etmiş türk mənşəli çol etnonimini, dəmirçi isə şahsevən türk tayfasından olan dəmirçi etnonimini əks etdirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Tarixi == Kəndin digər adı rəsmi sənədlərdə Şorlu Dəmirçi kimi qeyd edilir. Rayon mərkəzindən 5 km şimal-qərbdə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəmirçiliye-Şollu formasında, Qafqazın 5 verstlik xəritəsində Kiçik Şorlu Dəmirçi kimi qeyd edilmişdir. Zəngibasar rayonu təşkil edilənədək, 1969-cu ilədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Dəmirçi, Ermənistanın prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbnik qoyulmuşdur.
İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ