Böyük Şöllü Dəmirçi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.[1]
Böyük Şöllü Dəmirçi | |
---|---|
40°05′41″ şm. e. 44°23′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 1969-cu ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonun tərkibində olmuşdur.
Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çol[2] etnonimindən[3] və dəmirçi türk etnonimindən[4] əmələ gəlmişdir.
Toponimin əvvəlindəki "böyük" fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur.
Kənddə 1831-ci ildə 338 nəfər[5], 1886-cı ildə 1318 nəfər[6], 1922-ci ildə 238 nəfər, 1926-cı ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı kənddə yaşayan azərbaycanlılar 1948–53-cü illərdə zorla Azərbaycana köçürülmüş, Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Kənddə yaşayan 3540 azərbaycanlı ailəsi isə 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.