Kiçik Şöllü Dəmirçi

Kiçik Şöllü Dəmirçiİrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda yerləşən kənd.[2]

Kənd
Kiçik Şöllü Dəmirçi
40°06′25″ şm. e. 44°22′35″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1880
Sahəsi
  • 3,65 km²
Mərkəzin hündürlüyü 830 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.214 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kiçik Şöllü Dəmirçi xəritədə
Kiçik Şöllü Dəmirçi
Kiçik Şöllü Dəmirçi

Toponim üç komponentdən: fərqləndirici əlamət bildirən kiçik sözündən, şollu və dəmirçi etnonimlərindən ibarətdir. Toponimdəki Şollu mənsubluq bildirən -Iu şəkilçisi qəbul etmiş türk mənşəli çol[3] etnonimini[4], dəmirçi isə şahsevən türk tayfasından olan dəmirçi etnonimini[5][6] əks etdirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin digər adı rəsmi sənədlərdə Şorlu Dəmirçi kimi qeyd edilir[7][8]. Rayon mərkəzindən 5 km şimal-qərbdə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəmirçiliye-Şollu formasında[9], Qafqazın 5 verstlik xəritəsində Kiçik Şorlu Dəmirçi kimi[10] qeyd edilmişdir.

Zəngibasar rayonu təşkil edilənədək, 1969-cu ilədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Dəmirçi, Ermənistanın prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbnik qoyulmuşdur.

Kənddə 1831-ci ildə 338 nəfər, 1873-cü ildə 1400 nəfər, 1886-cı ildə 1318 nəfər, 1897-ci ildə 1360 nəfər, 1904-cü ildə 1432 nəfər, 1914-cü ildə 2216 nəfər, 1916-cı ildə 2263 nəfər yalnız azərbaycanlı yaşamışdır[11].

1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə mərıız qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra sağ qalanlar doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 687 nəfər, 1931-ci ildə 601 nəfər azərbaycanlı yaşamışdır[12].

1988-ci ilin oktyabr-noyabr aylarında kəndin əhalisi Ermənistan dövləti tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdıır. Hazırda kənddə ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. >şol - İbrahim Bayramov
  4. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.56, 112-114
  5. Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.46
  6. Yüzbaşov R., Əliyev K., Sədiyev Ş. Azərbaycanın coğrafi adları (oçerklər), Bakı, «Maarif», 1972. s.40
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.50
  8. Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.134
  9. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.36
  10. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.297
  11. erm.Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.50-51, 130-131
  12. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.50-51, 130-131