Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çyornıy adası
Çyornıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Qusinnıy yarımadasından 100 metr şərqdə yerləşir. Komsomoles adasından 4 km şimalda Qırmızı Ordu boğazında qərarlaşır. Şimaldan-cənuba 1,2 km məsafədə uzanır. Eni 1 km-dir. Şimalı qayalıqdır. Cənub hissəsində buxta vardır. Buxtada kiçik adsız adalar vardır.
Alfonsina Storni
Alfonsina Storni (29 may 1892[…] – 25 oktyabr 1938[…]) - modernist dövrdə tanınmış Latın Amerikalı yazıçı. == Həyatı == Alfonsina İsveçrənin Sala Capriasca şəhərində, Argentinalı pivə istehsalçısı ailəsində dünyaya gəlmişdir. Burada o, italyan dilini öyrənmə şansı əldə etmişdir. Ailənin işinin uğursuzluqla nəticələnməsi səbəbi ilə ailə Argentinaya qayıtmış və Rosario şəhərində bir pivəxana açmışdır. Burada Alfonsina kiçik işlərdə kömək edirdi. 1907-ci ildə bir teatr qrupuna qoşulan yazıçı ölkəni gəzmək fürsətini ələ keçirmişdi. Bu illərdə o, Henrix İbsenin “Spectres”, Benito Perez Galdosun “La loca de la casa” və Florencio Sanchzin “Los muertos” kimi əsərlərinin tamaşalarında oynamışdır. Rosarioya qayıtdıqdan sonra ibtidai sinif müəllimliyi işini tamamlayan yazıçı “Mundo Rosarino”, “Monos y Monadas” və “Mundo Argentino” kimi jurnallarda işləmişdir. 1911-ci ildə Buenos Ayresə kömüş və bir il sonra Korondalı bir jurnalistdən olan oğlu Alexandronu dünyaya gətirmişdir. Növbəti illərdəki maddi sıxıntılara baxmayaraq 1916-cı ildə “La inquietude del rosal” adlı əsərini çap etdirdi və ardınca bir marketdə kassir kimi işlədiyi zaman “Caras y Caretas” adlı jurnal üzərində işləmişdir.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.