Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aksel Şpringer
Aksel Şpringer (alm. Axel Cäsar Springer‎; 2 may 1912[…] – 22 sentyabr 1985[…], Qərbi Berlin, Berlin) — Almaniya jurnalisti. O, "Axel Springer AG" şirkətinin yaradıcısı və sahibidir. == Həyatı == Aksel Şpringer 2 may 1912-ci ildə Almaniyanın Hamburq şəhərində, naşir Henrix Şpringerin ailəsində anadan olmuşdur. O, karyerasına 1947-ci ildə Hamburqda "Axel Springer GmbH" şirkətinin yaradılması ilə başlamışdır. Bu şirkətin damı altında "Hamburger Abendblatt" qəzeti fəaliyyət göstərirdi, daha sonra "Springer" televiziya və radio proqramları üçün məşhur jurnal olan "Hör zu" kimi yeni jurnalların nəşrinə başlamaqla fəaliyyəti genişləndirilmişdir. 1952-ci ildə Şpringer öz fəaliyyət siyahısına tezliklə 1 milyondan çox tirajla gündəlik nüfuzlu kütləyə çevrilən "Bild" tabloidinin nəşrini əlavə etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Стржижовский Л. Ф. Стреляет пресса Шпрингера. — М.: Политиздат, 1978. — 80 с.
Cerri Sprinqer
Gerald Norman "Jerry" Springer (13 fevral 1944, Highgate dəmiryol stansiyası[d], London, Birləşmiş Krallıq – 27 aprel 2023[…], Çikaqo[…]) — Amerikalı yayımçı, jurnalist, aktyor, prodüser, hüquqşünas və siyasətçi idi. İkinci Dünya Müharibəsi zamanı Londonda Holokostdan qaçan qaçqınların ailəsində anadan olan Springer Nyu-Yorkun Queens şəhərində böyüyüb. O, Şimal-Qərb Universitetinin Hüquq Məktəbində oxuyub, hüquqşünas ixtisasına yiyələnib və ilk dəfə 1968-ci ildə Robert Kennedinin kampaniyası üçün işləyən siyasətdə fəal iştirak edib.
Henrix Şpringer
Henrix Andreas Teodor Şpringer (alm. Hinrich Andreas Theodor Springer‎; 1880 – 25 yanvar 1949) — Almaniya mətbəə sahibi və naşiri. == Həyatı == Henrix Andreas Teodor Şpringer 13 mart 1880-ci ildə Almaniyanın Hamburq şəhərində anadan olmuşdur. O, musiqinin müəlliminin oğlu olmuşdur. Yazıçı kimi şagirdlik kursunu bitirmiş və illərini köməkçi kimi keçirmişdir. 2 may 1908-ci ildə o, hamburqlu Ottiliye Müller ilə evlənmiş, dörd il sonra oğlu Aksel Şpringer anadan olmuşdur. O, 1946-cı ildə oğlu ilə birlikdə "Axel Springer AG" şirkətini təsis etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Tim von Arnim: „Und dann werde ich das größte Zeitungshaus Europas bauen.“ Der Unternehmer Axel Springer. Campus, Frankfurt am Main 2012, ISBN 978-3-593-39636-1, S. 275 Nachruf.
Springer (memarlıq)
Springer — arxın hər iki tayında tikilmiş aşağı yaylı vuzer üçün ifadə vasitəsidir. O, kəmərin ən alt elementi olduğundan, arx dəstəyi cavab verdiyi yerlərdə dayanır. Arxın iskelesine, yəni arxın çıxdığı abatmentin yuxarı hissəsinə əsaslanır.
Seringer fəvvarəsi
Seringer fəvvarəsi (alm. Zähringerbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində və Tsitqlogge saat qülləsinin yaxınlığında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == Fəvvarənin layihəsi Hans Ginq tərəfindən 1535-ci ildə tərtib edilmişdir. Fəvvarənin indiki adı şəhərin əsasını qoyan Bertold fon Serengenin şərəfinə XIX əsrdə adlandırılmışdır. Buna baxmayaraq, fəvvarə həmçinin "Finstergesslibrunnen" və ya "Berenbrunnen" adları ilə də tanınır. Fəvvarə qırmızı kəmərinə iki qılınc, başına isə dəbilgə taxan ayını ifadə edir. Ayı sağ pəncəsində bayraq, sol pəncəsində isə qalxan saxlayır. Gerb və qalxanda fon Seringer sülaləsinin rəmzi - qırmızı fon üzərində qızıl aslan təsvir edilib. Böyük ayının ayaqları arasında üzüm yeyən ayı balası oturub.
Axel Springer SE
Axel Springer-Verlag — Almaniya, Fransa, İspaniya, Rusiya, İsveçrə, Macarıstan, Polşa, Çexiya və s. də daxil olmaqla 32-dən çox ölkədə 150-dən çox qəzet və jurnal nəşr edən Avropanın ən böyük nəşriyyat və media konsernilərindən biri. Şirkətdə işçilərin ümumi sayı 10,000 nəfərdən, illik gəliri isə 2 milyard avrodan çoxdur. Almaniyada ən məşhur nəşrləri "Welt", "Bild, "Auto Bild", "Computer Bild", "Maxim", "YAM" və bir çox başqaları aiddir. == Tarix == "Axel Springer-Verlag" 1946-cı ildə Almaniyanın Hamburq şəhərində naşir Henrix Şpringer və onun oğlu, jurnalist Aksel Şpringer tərəfindən təsis edilmişdir. 1960–1970-ci illərdə konsern bir çox solçu və tələbə qruplarının hədəfi idi. Xüsusilə yazıçı Reynhard Lettau onu Berlin Azad Universitetinə qarşı qızışdırıcı çıxışlarda ittiham etmişdir. 1968-ci ildə şirkətin Berlindəki baş ofisi konsernin müsadirə edilməsini tələb edən tələbələr tərəfindən mühasirəyə alınmışdı. 1972-ci ildə Qırmızı Ordu Fraksiyası Hamburq ofisinə yerləşdirilmiş altı bombaya görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bombalardan yalnız üçü partlasa da, 17 nəfər yaralanmışdır.
Ramil Quliyev (sprinter)
Ramil Quliyev (tam adı: azərb. Ramil Eldar oğlu Quliyev, tür. Ramil Eldar oğlu Guliyev; d. 29 may 1990; Bakı, Azərbaycan SSR) — Azərbaycan əsilli Türkiyəni təmsil edən yüngül atlet (sprinter). Ramil Quliyev, 2007-2011-ci illərdə Azərbaycan yığmasının, 2011-ci ildən isə Türkiyə yığmasının üzvüdür. 2017-ci ildə London şəhərində baş tutan Dünya Çempionatında, 200 metr məsafəyə qaçış yarışlarında 20.09 saniyə nəticə ilə qızıl medal qazanan Ramil Quliyev, Dünya çempionu olan birinci Türkiyə idmançısı kimi tarixə düşüb. Ramil Quliyev həmdə, 2016-cı ildə Amsterdam şəhərində baş tutan Avropa Çempionatında gümüş medala layiq görülüb. O, Azərbaycanı 2008 Pekin Olimpiadasında, Türkiyəni isə 2016 Rio-de-Janeyro Olimpiadasında təmsil edib. Ramil Quliyev həmçinin, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl və 1 gümüş medal, 2013-cü ildə baş tutan Aralıq dənizi Oyunlarında 2 gümüş medal, 2007-ci ildə baş tutan Avropa Gənclər Olimpiya Festivalında isə 1 qızıl və 1 bürünc medal qazanıb. Ramil Quliyev, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağ dərili idmançısı hesab olunur.
Sringeri
Sringeri — Hindistanın Karnataka əyalətindəki Çikkamagaluru rayonunda yerləşən bir təpə şəhəri və Taluk qərargahıdır. Tunqa çayının sahilində yerləşir, şəhər çoxlu sayda zəvvarını Şri Şaradamba, Şri Vidyaşankara, Şri Malahanikareşvara və digər tanrıların məbədlərinə cəlb edir. == Tarixi == Eramızın 8-ci əsrində hindu teoloqu və Advaita Vedanta fəlsəfəsinin nümayəndəsi Adi Şankara tərəfindən qurulan ilk mathanın yaşadığı yerdir. == Əhalisi == 2011-ci il Hindistan siyahıyaalınmasına görə Sringerinin 36,539 nəfər əhalisi var idi. Əhalinin 49%-ni kişilər, 51%-ni isə qadınlar təşkil edir. Sringeri orta savadlılıq səviyyəsi 86% təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən 74% yüksəkdir: kişilərin savadlılığı 90%, qadınların savadlılığı isə 82% təşkil edir. Sringeridə əhalinin 8,5%-i 6 yaşa qədərdir. == Coğrafiyası və iqlimi == Orta illik temperatur 23,5 °C-dir. Əhəmiyyətli yağıntılar (illik orta hesabla 380 sm), əsasən iyun, iyul və avqust aylarında düşür.
Şirinlər
Şirinlər və ya Smurflar (ing. The Smurfs) — meşədə göbələk formalı evlərdə canlı kiçik göy məxluqların uydurulmuş koloniyasından bəhs edən Belçika cizgi filmi və bu cizgi film əsasında hazırlanmış eyniadlı animasiya.
Printer
Printer – kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 1834-cü ildə Çarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür.
Spinner
Spinner (ing. Fidget spinner) — fırlanan əyləncəli oyuncaq. İstehsalat materiallarından asılı olmayaraq, spinners fırlanma zamanı titrəyir. Spinnerin çəkisi fırlanma həcminə təsir göstərir.
Stinger
FIM-92 “Stinger” (ingil. FIM-92 Stinger — iynə, sancaq) — Amerika istehsalı daşınan zenit-raket kompleksi (DZRK), alçaqdan uçan hava hədəflərinin (təyyarə, helikopter, Pilotsuz uçuş aparatı (PUA)) vurulması üçün nəzərdə tutulur. Bir adam tərəfindən daşınan, çiyinə alınaraq atəş açılan, infraqırmızı və ultrabənövşəyi şüalarla idarə olunan, passiv atəş aç-unut prinsipi ilə işləyən raket sistemidir. Bir ekipaj tərəfindən MANPADS (Çiyindən atılan) istifadəsi, yüksək təsirlilik və məhvetmə xüsusiyyətlərinə malik olması quru qoşunlarında vacib bir silah növü kimi istifadəsinə səbəb olmuşdur. ABŞ-də “General Dynamics/Raytheon Corporation” şirkəti tərəfindən və lisenziya altında Almaniyada “EADS” şirkəti tərəfindən istehsal olunur. İlk 260 ədədi 1979-cu ilin ortasında istehsal olunub, bundan sonra istehsalçı şirkət 2250 ədədlik ABŞ ordusu üçün ümumi dəyəri 105 milyon ABŞ dolları olan növbəti partiyanın sifarişini alır. 1981-ci ildən istehsalına başlanılmış və eyni zamanda silahlanmaya qəbul olunub. Ən yayılmış DZRK-dan biridir. ABŞ-dən əlavə 30 dövlətin silah arsenalına daxildir. İstehsal olunmuş “Stinger” raketlərinin sayı 70 mindən artıqdır.
Asparagus sprengeri
Asparagus sprengeri (lat. Asparagus sprengeri) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Echinops spiniger
Echinops spiniger (lat. Echinops spiniger) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Kurt Sprengel
Kurt Sprengel; Kurt Şprengel (alm. Kurt Polykarp Joachim Sprengel‎; 3 avqust 1766 — 15 mart 1833) — alman botaniki, həkim və filoloq.
Nikol Şerzinger
Nikol Praskovya Elikolani Şerzinger (ing. Nicole Prascovia Elikolani Valiente Scherzinger; 29 iyun 1978, Honolulu) — ABŞ müğənnisi və aktrisası. Nikol Pussycat Dolls qrupunun baş vokalistidir.
Şirinlər (multiserial)
Şirinlər (ing. The Smurfs) - Amerika-Belçika cizgi filmi.
Şprengel muzeyi
Şprengel muzeyi (alman dilində:Sprengelmuseum) — Almaniyanın Hannover şəhərində müasir bədii incəsənət muzeyi. == Tarixi == Şprengel muzeyi 1972-ci ildə təşkil olunmuşdur. Muzeydə 1992-ci ildə yenidənqurma işləri aparılmışdır. Şprengel muzeyində 1900-1930-cu illər incəsənəti Pikassonun, Paul Kleenin, Kazimir Maleviçin, Mass Ernestin, Fernan Lejenin, Maks Bekmannın və arxivi 1993-cü ildən Şprengel muzeyində mühafizə və nümayiş olunan Hannover rəssamı Kurt Şvitersin əsərləri ilə təmsil olunur. Sürrealizm, dadizm və ekspressionizm ənənələrini əks etdirən əsərlər muzeydə mühüm yer tutur. Şprengel muzeyinin eksponatlarının əsasını Bernard Şprengelin 1969-cu ildə Hannover şəhərinə hədiyyə etdiyi müasir incəsənət əsərlərindən ibarət kolleksiya təşkil edir. Bundan başqa, Bernard Şprengel muzey binasının tikintisinə də köməklik göstərmişdir. == Mənbə == Dietmar Elger, Ulrich Krempel (Hrsg.): Sprengel Museum Hannover. Malerei und Plastik. Band 1: Text, Band 2: Bestandsverzeichnis, Hannover 2003, Vanessa-Maria Voigt: Kunsthändler und Sammler der Moderne im Nationalsozialismus.
Şirinlər (film)
Şirinlər və ya Smurflar (ing. The Smurfs) — meşədə göbələk formalı evlərdə canlı kiçik göy məxluqların uydurulmuş koloniyasından bəhs edən Belçika cizgi filmi və bu cizgi film əsasında hazırlanmış eyniadlı animasiya.
3d printer
Üçölçülü çapetmə prinsipcə sinterləmə ilə oxşar olan bu üsul başqa birləşdirmə metodu ilə işləyir və fiziki əsasına görə adi çapetməyə (plotter üsulu) bənzədiyindən üçölçülü çapetmə - 3D Printing adlanır. İlkin material kimi burada qranulatlardan və tozlardan istifadə edilir. İşçi zonaya qat şəklində çəkilmiş toz, xüsusi birləşdirici komponentin püskürdülməsi ilə bir-birinə yapışdırılır. Bu işləmə prinsipi demək olar ki, birləşdirilən materialın xassələrindın asılı olmadığından material seçimini asanlaşdırır. == İşləmə prinsipi == 3D Printing qurğusu işçi zonada yerləşən iki çəndən, işçi kameradan və bunların üzərində düzxəttli hərəkət edən çapetmə mexanizimindən (plotterdən) ibarətdir. Bu çənlər proses zamanı işçi zonaya toz verilməsinə, kamera isə əsasən prosesin aparılması, yəni hissənin qurulmasına xidmət edir. Hər bir çən hərəkətsiz divarlardan və Z istiqamətində hərəkətli lövhədən (dibdən) ibarətdir. Toz çənlərinin dibi hər bir yeni qat çəkilməzdən əvvəl yuxarıya hərəkət etdirilərək lazımi miqdarda toz qarışığını işçi zonaya çıxarır. Sonra bu kütlə xüsusi diyircəyin vasitəsilə işçi platformanın üzərinə bərabər yayılır. İşçi kamera isə əksinə olaraq hər addımdan sonra aşağıya doğru hərəkət etdirilir.
Kolorado Sprinqs
Kolorado Sprinqs (ing. Colorado Springs) — Amerika Birləşmiş Ştatlarının Kolorado ştatın mərkəzi hissəsində şəhər.
LCD-printer
LCD printer – maye-kristal elementlər əsasında olan printer. Lazerli printer (LASER PRINTER) kimi, bu printer də elektrofotoqrafiya texnologiyasına əsaslanır. LCD-printerdə boyaq maddəsini (toneri) kağızda qeyd etmək üçün elektrostatik yüklənmiş barabandan istifadə olunur. LCD-printerlərlə lazerli printerlər arasında önəmli fərq işıq mənbəyindən ibarətdir. LCD-printerlərdə daha parlaq işıq mənbəyindən, adətən, halogen lampadan istifadə edilir ki, maye-kristal sürgülər matrisindən keçən işıq barabana düşür və, beləliklə, çap ediləsi görüntünü formalaşdırır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
LED printer
LED printer (en. LED printer - Light-Emitting diode printer) – LCD və lazerli printerlərə bənzəyən elektrofotoqrafik printer; onda da tozşəkilli boyaq maddəsinin (tonerin) köməyilə görüntünü formatlaşdırmaq üşün elektrostatik yüklənmiş barabandan istifadə olunur. Baraban görüntüyə uyğun olaraq şüa ilə işıqlandırma yolu ilə yüklənir. Buna görə də LED-printerləri çox zaman yanlış olaraq lazerli printerlər adlandırırlar, ancaq onlar işıq mənbələrinə görə fərqlənirlər. LED-printerlərdə istifadə olunan işıq-diodları massivi baraban fırlandıqca yanıb-sönməklə görüntünü onun üzərinə vurur. İşıq mənbələri massivindən istifadə olunduğundan, LED-printerlər bir işıq mənbəyindən istifadə edən lazerli printerlərə nisbətən daha çox elektrik enerjisi sərf edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lazerli printer
Lazerli printer (en. laser printer) – fotokopiya qurğularındakı texnologiyanın tətbiq olunduğu elektroqrafik printer. Fokusa yığılmış lazer şüası fırlanan güzgülü fotohəssas barabanın səthinin sahələrini elektrostatik yükləməklə səhifənin çap olunası görüntüsünü yaradır, baraban kağız vərəqi boyunca diyirlənir və kağızın üzərinə toz şəkilli boyaq maddəsi tökülür ki, onların hissələri kağızın yalnız yüklənmiş hissəsinə yapışır. Sonra tonerli kağız qızdırılır, boyaq maddəsi əriyir və bununla da vərəqin səthində qeyd olunur. Adətən, bundan sonra elektrik yükü barabandan kənarlaşdırılır, artıq toner isə yığılır. Yalnız toneri vurmaq və kağız verməyi təkrarlamaqla printer çoxlu kağız çap edə bilər. Lazerli printerlərin yeganə ciddi çatışmazlığı matrisli printerlərdəki kimi kağızla manipulyasiyada az çeviklikdir. == Xarakteristikaları == Lazer printerlərinin əsas parametrlərinə aşağıdakılar aiddir: düymdə nöqtələri yerləşdirmə imkanı, dpi (dots per inch-düymdə nöqtələr) məhsuldarlıq (dəqiqədə səhifələr); istifadə olunan kağızın formatı; özünün operativ yaddaşının həcmi.Lazer printerlərinin əsas üstünlükləri yüksək keyfiyyətli təsvirlərin alınması imkanları ilə bağlıdır. Orta sinif modellər 600 dpi çap, yarı peşəkar modellər-1200 dpi, peşəkar modellər 1800 dpi çap imkanını təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ləçəkli printer
Ləçəkli printer (ing. daisy-wheel printer, rus. лепестковый принтер), türk. papatya çarklı yazıcı) – çap hissəsi "qızçiçəyi" şəklində olan printer. Belə printerlərdə boyayıcı və ya qrafit lentdən istifadə edildiyindən, çap olunmuş hərflər aydın və azca qabarıq alınır, həm də simvollar yazı makinasında çap olunmuş kimi görsənir. Lazer printerlərinin geniş istifadəsinədək ləçəkli printerlər yüksək keyfiyyətli çap almaq üçün əsas vasitə olub. Qızçiçəyi çarxı (ing. daisy wheel, rus. лепестковый литероноситель, türk. papatya çarklı) – ləçəkli printerlərdə istifadə olunan çarxşəkilli çap elementi; liter formalarından ibarətdir və onların hər biri mərkəzi topa bərkidilmiş qolda yerləşirlər; bütün konstruksiya ləçəkli qızçiçəyinə oxşayır.