Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rodonit
Rodonit CaMn4 [Si5O15] — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Faulerit (5-8 %-dək ZnO, 3-9 %-dək FeO, 6-7%-dək CaO), sixutsunit–maqneziumlu rodonit. Rəng – səciyyəvi cəhrayıdan tünd- və qəhvəyimtil-qırmızıyadək; bu fonda çox vaxt törəmə Mn hidroksidlərinin qara ləkələri, damarcıq və dendritləri müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi, donuq; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək, bəzən şəffaf; Sıxlıq – 3,67-3,76; Sərtlik – 5,5-6,5; Ayrılma – {110} üzrə 92° bucaq altında mükəmməl, {010} üzrə – orta; Sınıqlar – dənəvərlik dərəcəsindən asılı olaraq hamar, qabıqvarı, pilləri; Morfologiya – kristallar: nadir hallarda izometrik lövhə şəkilli, bəzən prizmatik; Mineral aqreqatları: bütöv sıx və dənəvər kütlələr, tək-tək hallarda–nodullar. Əsasən metamorfik yolla əmələ gəlir. Çökmə manqan filizlərinin regional və kontakt metamorfizmi nəticəsində meydana çıxır, gilli və kristallik şistlərdə, habelə bəzi başqa metamorfik süxurlarda rast gəlir. Kontakt-metasomatik yolla da əmələ gəlir. Manqanla zəngin ətraf süxurları assimilyasiya etmiş qranit peqmatitlərində qeyd edilir. Bəzən mineralın hidrotermal əmələgəlmələrinə də rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: braunit, manqanit, tefroit, franklinit, bustamit, Mn – qranat, kalsit, kvars və b.
Sredniy adası
Sredniy adası — Şimal Torpağının tərkib hissəsini təşkil edən Sedov arxipelaqı tərkibinə daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə yuyulur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın qərb gissəsində yerləşir. Qərbində yerləşən Qolomyannıy adası ilə burunla birləşir. Burunun uzunluğu təqribi olaran bir kilometrə yaxındır. Adadan cənubda, mərkəzi hissədə 800 metr enə malik Sergey Kamenev boğazı Domaşniy adasından ayırır. 250 metr şimalda Otdelennıy yarımsdasından şərqdə Strela adası, Yakovski burnundan (burun məşhur qütb araşdırmaçısı, hidroqraf S. S. Yakovskinin (1927—1965) şərəfinə adlandırılmışdır) 1,2 kilometr şərqdə Fiqurnıy adası adası yerləşir. Ada uzunsov formaya malikdir. Qərbində yerləşən Dvoynoy burnu ilə şərqində yerləşən Yakovski burnu arasında məsafə 24 kilometr, eni isə 0,5 - 1,3 km arasında dəyişir.
Srednıy yarımadası
Srednıy yarımadası — Rusiyanın şimalında yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizinin sahillərində yerləşir. Materiki Rıbaçi yarımadası ilə birləşdirir. Ərazisi əsasən gil və qumla örtülüdür. Ən hündür nöqtəsi 334 metrdir. Tundra bitkiləri geniş yarılıb. Dənizin sahil hissəsi isti Nordkap cərəyanının sayəsində il boyu donma baş vermir. Sahil suları balıqlarla zəngindir. Yarımadanın yaxınlığında Aynov adası yerləşir, hansı ki Kandalaş qoruğunun bir hissəsini təşkil edir.
Srednı adası
Srednı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 500 metr aralıda qərarlaşır. Bu buxtanın şimal-şərqin digər kiçik ada olan Dalnı yerləşir yerləşir Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Rodni Uilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Rodni Vilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Sredniy adası (Krasnoflotskie adaları)
Sredniy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 22 km cənubda yerləşir. Daxil olduğu qrupun daxilində yerləşir. 2,5 km şimalda Bolşoy adası, 4,65 km aralıda isə Ploskiy adası yerləşir. Qərbdən şərqə doğru 2,25 km məsafədə uzanır, eni 1,4 km-dir. Eni şərqə doğru artır. Buzdan tamamən azaddır. Adada iki yüksəklik vardır: 15 m (qərb) və 26 m (cənub-şərq). Sahilinə yaxın elədə böyük olmayan şirinsulu göl vardır.
Sredniy adası (Laptevlər dənizi)
Sredniy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 2,3 km şimalda, Ostrovnaya buxtası regionunda Blijnıy adasından 400 m şimal-şərqdə yerləşir. Uzunluğu 450 m təşkil edir. Adanın səthi hamardır.