Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seyya Stoyka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Qoyko
Qoyko — ad. Qoyko Arneri — Yuqoslaviyalı üzgüçü. Qoyko Doqo — Serbiyalı şair. Qoyko İvkoviç — Serbiya futbolçusu. Qoyko Kaçar — Serbiya futbolçusu. Qoyko Mitiç — Yuqoslaviyalı kinoaktyor. Qoyko Piyetloviç — Serbiyalı su polosu qapıçısı. Qoyko Vuçiniç — Serbiyalı həndbolçu. Qoyko Zek — Serbiya futbolçusu.
Stoya
Stoya (15 iyun 1986, Uilminqton[d], Şimali Karolina) — serb və şotland əsilli ABŞ pornoaktrisası. "Stoya" onun ləqəbidir. "Stoya" ləqəbini pornofilmlərdə istifadə edir. Bu ad onun nənəsinin soyadının kiçildilmiş variantıdır. Əsl adı isə Cessika Stoyadinoviçdir. 15 iyun 1986-cı ildə doğulub.
Tokyo
Tokio və ya Tokyo (yap. 東京 ) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Conatan Stouks
Conatan Stouks (ing. Jonathan Stokes; 1755[…] – 30 aprel 1831) – Böyük Britaniya botaniki. == Həyatı == == Bəzi əsərləri == Stokes, J.S. (1812). A botanical materia medica. 4 vols. Stokes, J.S. (1830). Botanical commentaries. 272 p. == Stouksun şərəfinə adlandırılmış cins == Stokesia L'Hér., 1789 == Ədəbiyyat == Stafleu, F.A., Cowan, R.S. Taxonomic Literature. — Utrecht: Bohn, Scheltema & Holkema, 1986.
Dmitri Znoyko
Dmitri Znoyko — karabidlər, Staphylinidae, Alleculidae, Petriidae böcək ailələri öyrənilməsi üzrə ixtisaslaşan sovet entomoloq. == Həyatı == 1903-cü il 23 iyulda Odessada, həkim ailəsində anadan olmuşdur. Orta və ali təhsilini Odessada almışdır. Məktəbdə oxuyarkən zoologiyala maraqlanırdı, xüsusilə də etimalogiyayla. Hələ məktəbdə oxuyarkən işləməyə məcbur qalır və 1920-ci ilin mayında o, Odessa Gudz İdarəsində əyani vəsaitləri studiyasında işə başlamışdı. 1921-ci il aprel ayından Təkamül Odessgubprofobra Dövlət Muzeyində laborant kimi işə başladı. 1923–1925-ci illərdə, Milli Təhsil Odessa İnstitutunun Geologiya Muzeyində mühafizəçi idi. 1925-ci ildən CGN Ukrayna kənd təsərrüfatı elmi komitəsində, Odessa bölməsində Entomologiya və bitki Patoloji üzrə nəzarətçi sonra isə Odessa Kənd Təsərrüfatı İnstitutunda laborant vəzifələrində çalışmışdır. 1930-cu ildə Milli Təhsil Odessa İnstitutunda entomologiya üzrə kurs keçmişdir. Elmlər Akademiyasının Naxçıvan kompleks ekspidisiyasinda zooloji heyətə başçılıq etmişdir.
Oleq Stepko
Oleq Stepko (25 mart 1994, Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi. Oleq Stepko 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu. 2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi. 2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
Sayoko Yamaquçi
Sayoko Yamaquçi (山口小夜子, Yamaquçi Sayoko, 19 sentyabr 1949, Yokohama – 14 avqust 2007, Tokio) – Yaponiya modeli, aktrisası və dizayneri. Yaponiyanın ilk moda ikonalarından biridir. Sayoko Yamaquçi 1949-cu ildə Yokohamada doğulmuşdur. Suqino dərziçilik məktəbindən məzun olduqdan sonra model kimi işləməyə başlamışdır. O, 1971-ci ildə Paris kolleksiyası üçün podiuma çıxan ilk yapon model olmuş və bu çıxışından sonra tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 1974-cü ildə "Newsweek" jurnalı onu "dünyanın ən yaxşı dörd modelindən biri" adlandırmışdır. 1970 və 1980-ci illərdə Nyu-York və Parisdə modellik etmişdir. Yamaquçi Kenzo Takada və Kansay Yamamoto kimi Yaponiya modelyerlərinin şoularında çıxış etmişdir. Yamamoto müsahibələrinin birində bildirmişdi ki, "o, Yaponiya qadınlarının gözəl olduğunu hiss etdirən ilk şəxs olmuşdur". Yamaquçinin kare saç düzümü və uzun dar gözləri Qərb dünyasında Asiya gözəlliyinin simvollarına çevrilmişdir.
Stoyan Yankulov
Stoyan Yankulov ((Bolqarca: Стоян Янкулов), digər adı ilə Stundji (Bolqarca: Стунджи) 10 sentyabr 1966) — 10 sentyabr 1966-cı ildə anadan olmuş Bolqarıstanlı musiqiçi. Stoyan Yankulov Elitsa Todorova ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməmişlər.
Ceija Stojka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. == Həyatı == Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Soko
Stéphanie Sokolinski (26 oktyabr 1986) - "SOKO" ləqəbi ilə tanınan Fransız müğənni-bəstəkar, musiqiçi və aktrisadır. Rus-Polşa əsilli ata və Fransız-İtalyan əsilli anadan Fransanın Bordo şəhərində dünyaya gəlmişdir. Stéphanie Sokolinski adı çox uzun idi və beləcədə o daha tez yadda qalması üçün "Soko" ləqəbini uşaqlıqdan götürmüsdü. FİLMOQRAFİYA ▪L'escalier ( 2003) ▪P.J (2003) ▪Action Justice (2003) ▪Au secours, j'ai 30 ans ! (2004) ▪Ben et Thomas (2004) ▪Clara cet été là (2004) ▪Palais royal !
Bledar Seyko
Bledar Seyko — Albaniyalı gitara ifaçısı, bəstəkar və müğənni. Bledar Seyko Adrian Lulqyuray ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Identitet" mahnısı ilə təmsil edib.
Boyko Borisov
Boyko Borisov (13 iyun 1959[…]) — Bolqarıstanın baş naziri. == Futbolçu karyerası == Bolqarıstanın futbol üzrə III divizionunda çıxış edən "Tayqers" klubunda oynayır.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Miçal Tomko
Miçal Tomko (11 yanvar 1994) — Slovakiyalı peşəkar kişi BMX velosipedçisi. Miçal Tomko Slovakiyanı beynəlxalq yarışlarda təmsil edir. Miçal Tomko 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 38.094 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu.
Neo Tokyo
Neo Tokyo (azərb. Yeni Tokio‎), Yaponiyada tanınan adı ilə Meikyū Monogatari (迷宮物語, azərb. Labirint hekayələri‎) və ya bəzən Manie-Manie — 1987-ci ildə çəkilən elmi fantastika anime filmi. Neo Tokyo (film) Anime News Network Ensiklopediyasında Neo Tokyo — Internet Movie Database saytında.
Qoyko Arneri
Qoyko Arneri (29 avqust 1935, Pojarevaç[d] – 23 fevral 1983) — Yuqoslaviyalı keçmiş üzgüçü. Qoyko Arneri Yuqoslaviyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Qoyko Arneri birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.5 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Qoyko Mitiç
Qoyko Mitiç (serb. Гојко Митић; 13 iyun 1940) — serb əsilli yuqoslav kinoaktyoru, rejissoru və kaskadyoru. Qoyko Mitiç 13 iyun 1940-cı ildə Serbiyanın Leskovats şəhəri yaxınlığındakı Stroykovts kəndində kəndli ailəsində anadan olub. Belqrad Bədən Tərbiyəsi institutunu bitirib.
Sayko Takahaşi
Sayko Takahaşi (d. 11 aprel 1976) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Sosko Ambalov
Sosko Ambalov (18 (30) oktyabr 1870, Ardon, Şimali Osetiya – 1937) — Osetiya ictimai xadimi, etnoqraf, tərcüməçi, dilçi və Osetiya folklorunun toplayıcısı. 18 oktyabr 1870 -ci ildə Ardon kəndində (bu gün - şəhərdir) gizir ailəsində anadan olmuşdur. Doğulduğu kənddə kilsə məktəbini bitirdikdən sonra Ardon İlahiyyat Seminariyasına daxil olur. XIX əsrin 90-cı illərində kitab nəşriyyat cəmiyyətinin qurulmasının təşəbbüskarlarından biri olur. Osetiyalı müəlliflərin əsərlərini nəşr etdirməklə məşğul olur, xüsusən də ilk dəfə şair Kosta Xetaqurovun "Osetiya lirası" şeirlər toplusunu nəşr etdirir. İlk nömrəsi 23 iyul 1906-cı ildə nəşr olunan "İron qazet" qəzetinin nəşrini təşkil edir və 1907-ci ildən "Noq sard" (Yeni həyat) qəzetini nəşr etdirir. Dostları Babu Zanqiyev və Mixa Basiyev ilə birlikdə Laba kəndindən Vladiqafqaza gedən mərhum Kosta Xetaqurovun cənazəsini müşayiət edir. 1918-ci ildə Osetiya Tarix və Fəlsəfə Cəmiyyətinin üzvü olur. Cəmiyyətin göstərişi ilə 1920-ci illərdən etibarən osetin şifahi xalq yaradıcılığının əsərlərini toplamağa başlayır. Ekspedisiyaları əsasında osetin xalq əfsanələrinin toplusunu nəşr etdirir.
Stoks qanunu
Stoks qanunu-özlü mayelərdə cismin hərəkəti zamanı meydana çıxan müqavimətinə aiddir. Bu müqavimət qüvvəsi (F) mayenin axma sürəti (v), özülülük əmsalı ( η {\displaystyle \eta } ) və cismin xətti ölçüləri (r) ilə mütənasibdir. F = 6 π η r v {\displaystyle F=6\pi \eta rv} Özülülük əmsalı maddəyə görə dəyişir.
Tayko Hirabayaşi
Tayko Hirabayaşi (yap. 平林 たい子; 3 oktyabr 1905, Suva[d], Naqano prefekturası – 17 fevral 1972) – Yaponiya hekayə yazarı. Həyatının böyük qismini Tokioda keçirib. Müharibədən öncə fəaliyyət göstərən proletarian yazıçılardan biri olan Hirabayaşi müharibə dövründə siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşsə də, müharibədən sonra tanınmış yazıçılardan birinə çevrilmişdir. 3 oktyabr 1905-ci ildə Naqano prefekturasının Suva şəhərində anadan olmuşdur. Mərkəzi Yaponiyada kiçik bir qəsəbədə böyüyən Hirabayaşi valideynləri tərəfindən dəstək görməsə də, Qərb ədəbiyyatına böyük maraq göstərib. Yaponiyada çox oxunan fransız və rus ədiblərin əsərlərini mütaliə edib. Xüsusilə, Dostoyevski onun yaradıcılığına böyük təsir göstərib. Digər tanınmış qadın yazıçı Fumiko Hayaşi ilə yaxın dost olub. 1972-ci ildə pnevmoniyadan vəfat edib.
Tokyo Ghoul
Tokyo Ghoul (yap. 東京喰種-トーキョーグール-, azərb. Tokio qulyabanısı‎) — Sui İşida tərəfindən yaradılan manqa seriyası. Shueishanın seynen manga jurnalı Həftəlik Young Jumpda 2011-ci ilin 8 sentyabrından 2014-cü ilin sentyabrın 18-nə qədər çap olunmuşdur. Manga İyun ayının 2014 etibarən 12 tankōbon cildinə toplanmışdır. Pierrot studiyası tərəfindən yaradılan animeserial 3 iyul 2014-cü ildə Tokio MX-da yayımlanmağa başladı. Funimation anime serialın Şimali Amerikada yayım haqqlarını almışdır. Bu hekayə Ken Kanekinin Anteiku adlı bir qəhvə dükanında Rize Kamishiro adında bir qadınla tanış olmağı ilə başlayır. Onlar birlikdə görüşmək üçün bir vaxt seçirlər. Rize evə gedərkən, Kaneki onun tərəfindən hücuma məruz qalır.
Tokyo Godfathers
Tokyo Godfathers (yap. 東京ゴッドファーザーズ; azərb. Tokio xaç ataları‎) – 2003-cü ildə çəkilmiş tammetrajlı anime. Animenin rejissoru Satoşi Kondur. Tokyo Godfathers — Internet Movie Database saytında.
Tokyo Skytree
Tokyo Skytree, ( İvrit :東京スカイツリー, Tokyo Sükan Tsurī), indi Yaponiyanın ən yüksək və dünyada Bürc Xəlifə "dən sonra ən yüksək 2-ci binası. 634 m yüksəkliyə sahibdir. Gecə saatlarında LED işıqları ilə işıqlandırılır. Əslində, Tokio teleqülləsi ilə eyni vəzifəni daşıyır. Tokyo qülləsi 333 m, Tokyo Skytree isə 634 m hündürlüyə sahibdir. Tokyo Skytreenin 5 əsas dizaynı vardır. Yaponiya dizaynını və ənənəvi gözəlliyini göstərir. Şəhərin dirçəlişi üçün katalizator rolunu oynayır.. Zəlzələyə çox davamlıdır. Çox güclü küləklərə davam edə bilər.