Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandr Stoletov
Stoletov Aleksandr Qriqoryeviç (rus. Алекса́ндр Григо́рьевич Столе́тов; 10 avqust, 1839 – 27 may, 1896) — rus fiziki. == Həyatı == Rus fiziki A.Q.Stoletov 1839-cu ildə Vladimir şəhərində anadan olub. Onun anası savadlı qadın olmuşdur. Ona görə o, ilk təhsilini ailədə almış və uşaq ikən fransız, alman və ingilis dillərini öyrənmişdir. Gimnaziyada oxuduğu son illərdə fizika və riyaziyyat onun ən sevimli fənləri olub. O, məktəbdə dərslərini sinifdə diqqət verməklə öyrənərmiş, evdə isə fizikaya aid cihazlar düzəldib təcrübələr apararmış. O, fizik olmağı qarşısına məqsəd qoyur. Orta təhsilini qızıl medalla tamamlayan Stoletov 1856-cı ildə Moskva universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Burada oxuyarkən ona görkəmli alimlər dərs demişdir: tətbiqi riyaziyyatı N.D.Braşman, tərbiyəsi ilə P.L.Çebışev, astronomiyanı F.A.Bredixin, ali riyaziyyatı N.E.Zernov, fizikanı isə görkəmli alim M.F. Spasskiy tədris etmişdir.
Stoletiya burnu
Stoletiya burnu (esk. Сивукак) — Çukot yarımadasının şərqində, Anadır körfəzinin sahilində yerləşən burun. İnzibati cəhətdən Çukot muxtar dairəsi, Providenski rayonu ərazisinə daxildir. Hündürlüyü 600 m olan dayalı bir dağ massividir ( Dlinnaya d, 604 m və Pervaya d, 584 m). 1828-ci ilin 10 avqustunda Fyodor Litkenin ekspedisyası tərtəfindən tətqiq edilmiş və V. Berinq və A. Çirikovun rəhbərlik etdiyi Birinci Kamçatka ekspedisyasında iştirak erdən «Syatoy Qavrill» gəmisinin ərazidən keçməsinin 100 illiyi münasibətilə adlandırılmışdır. Stoletiya burnunun sahillərində 100 mindən çox quş yuxa qurur: Ağılsızlar, Berinq qarabatdağı, Qütb qağayısı, Sakit okean kütdimdiyi, Fratercula cirrhata.