Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alyona Kolesnik
Alyona Kolesnik (29 yanvar 1995, Krivoy Roq) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Alyona Kolesnik 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatını və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillələrdə başa vurdu. 2013-cü ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib olan Alyona Kolesnik 2015-ci il ərzində Paris şəhərində Paris Qran-Prisini, Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini və İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də Polşada U23 Avropa Çempionatının qalibi oldu. Alyona Kolesnik 2016-cı ildə martda Bolqarıstanda U23 Avropa Çempionatının gümüş medalına sahib oldu, noyabrda isə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2017-ci ildə Alyona Kolesnik martda Macarıstanda U23 Avropa Çempionatını və mayda Serbiyada Avropa Çempionatını bürünc medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2018-ci ildə Alyona Kolesnik Kiyev və İstanbul şəhərlərində baş tutan beynəlxalq turnirləri bürünc medallarla başa vurdu. Apreldə Rusiyada baş tutan Avropa Çempionatında isə Alyona Kolesnik bürünc medalın sahibi oldu. Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Alyona Kolesnik Fransada Henri Deglane Turnirinin qalibi oldu, Rumıniyada Avropa Çempionatının və Belarusda Avropa Oyunlarının isə bürünc medallarına sahib oldu.