Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Trigun
Trigun (yap. トライガン) — Satoşi Nişimura tərəfindən yaradılmış yapon anime serialı. == Məzmun == Trigun "Vaş Qasırğa" adlanan qəhrəmanın və "Bernardelli Sığorta Cəmiyyəti"-nin iki işçiləri olan Meril Strayf və Milli Tompsonun macəralarının üstündə əsaslanıb. == Əsas personajlar == Vaş Qasırğa (ヴァッシュ・ザ・スタンピード, Vasshu za Sutanpīdo, ingilis versiyasında Vash the Stampede) seriyanın baş qəhrəmanı və "Humanoid Qasırğa" adlanan enerji mənbəyi. Meril Strayf (メリル・ストライフ, Meriru Sutoraifu, ingilis versiyasında Meryl Stryfe) və ya "Darrincer Meril", Bernardelli Sığorta Cəmiyyətinin işçisidir. Milli Tompson (ミリィ・トンプソン, Mirī Tonpuson, ingilis versiyasında Milly Thompson) və ya "Bayıltıcı silah Milli", Bernardelli Sığorta Cəmiyyətinin işçisi və Merilin köməkçisidir. Nikolas D. Vulfvud (ニコラス・D・ウルフウッド, Nikorasu Dī Urufūddo, ingilis versiyasında Nicholas D. Wolfwood), bəzən "Cəzalandırıcı Nikolas" kimi tanınır, Mayklın Gözü təşkilatının üzvüdür. == Həmçinin bax == 5 Centimeters Per Second Ninja Scroll Cowboy Bebop == İstinadlar == == Xarici keçidlər == Trigun — Internet Movie Database saytında.
Striges
Bayquşkimilər (lat. Strigiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Bədəninin uzunluğu 17—74 sm, açılmış vəziyyətdə qanadlarının uzunluğu 40 sm—1,8 m, kütləsi 50 q—3,25 kq-dır. Əsasən, kecə həyatı keçirir. Yırtıçıdır. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, çaynaqları əyri və iridir. Səssiz uçur. Düzənlik, dağ, meşə, çöl və səhralarda yaşayır. Koğuş, qaya yarığı, xarabalıq və s. yerlərdə yuvalayır.
Sürgün
Sürgün — məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsin məcburi surətdə başqa, adətən uzaq bir yerə köçürülməsi. Sürgün Çar Rusiyasında məhkəməsiz olaraq çarın, bəzi qubernatorların (1850-ci illərdən), Daxili İşlər Nazirliyinin orqanlarının (1860-cı illərdən) əmri ilə tətbiq olunurdu. Sovet qanunvericiliyində inzibati sürgün nəzərdə tutulmamışdı, lakin ondan qanun pozuntusuna reaksiya kimi istifadə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == ССЫЛКА В СИБИРЬ В XVII — ПЕРВОЙ ПОЛОВИНЕ XX вв. «Устав о ссыльных» Российской империи «Свод уставов о предупреждении и пресечении преступлений» Российской империи, включающий положения об административной ссылке" История пенитенциарной политики Российского государства и Сибирь XVIII—XXI веков Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine «Тюрьма без решеток» Страны Советов.
Tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Şarğun
Şarğun (özb. Shargʻun) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Alburnus strigio
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). == Həyatı == 15 noyabr 1956-cı ildə doğulub. === Uşaqlıq və gənclik dövrü === Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. === Ailəsi === İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Sarıgüni (Bostanabad)
Sarıgüni (fars. ساري گوني‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 50 nəfər yaşayır (10 ailə).
İqor Starıqin
İqor Starıqin - aktyor, Sovet kinosunun əfsanəsi, Rusiyanın əməkdar artisti == Həyat fəaliyyəti == İqor Starıqin 1946-cı il iyunun 13-də anadan olub. Onun iştirakı ilə ilk film ekranlara 1967-ci ildə çıxıb. Aktyor "Dartanyan və üç muşketyor", "Muşketyorlar 20 il sonra", "Kraliça Annanın sirri və ya muşketyorlar 30 il sonra" və "Muşketyorların qayıtması"ndan əlavə "Bazar ertəsinə kimi yaşamalı", "Əlahəzrətin adyutantı", "Ağ və qara", "Dövlət sərhəddi", "İlanovlayan", "Vicdan kodeksi" və s. filmlərdə oynayıb. Aktyor 2009-cu il sentyabr ayının ortalarında insult keçirib. O, ağır vəziyyətdə neyroreanimasiya şöbəsinə yerləşdirilib və uzun müddət komada olub. Rusiyanın əməkdar artisti İqor Starıqin noyabrın 8-də 64 yaşında vəfat edib.
Böyük sürgün
Böyük sürgün – I Şah Abbasın əmri ilə 1604–1605-ci illərdə Ağrı vadisi, Çuxursəəd, Naxçıvanəhalisinin (müsəlmanlar, ermənilər və yəhudilərin) İran ərazisinə köçürülməsi hadisəsidir. Köçürülən əhali arasında ermənilər üstünlük təşkil edirdilər. Müxtəlif mənbələrdə 250.000 – 300.000 arası əhalinin ərazidən İranın mərkəzlərinə köçürülməsi haqqında məlumatlar vardır. == Ərəfə == 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanmış Amasiya müqaviləsinə əsasən Qərbi Gürcüstan vilayətləri (İmereti, Meqreli və Quriya), Bağdad və Ərmənniyə ərazisi Osmanlı dövlətinin, Şərqi Gürcüstan vilayətləri (Mesxetiya, Kartli və Kaxeti) isə Səfəvilər dövlətinin hakimiyyətinə düşdü. Lakin, 1579-cu ildə Osmanlı ordusunun Krım xanının 100.000-lik ordusu ilə Səfəvilərin nəzarətində olan ərazilərə hücum etməsi ilə Amasya müqaviləsinin şərtləri pozulur. Türk-tatar ordusunun Cənubi Qafqaza talançı yürüşləri 1589-cu ilə kimi davam edir. Həmin dövrdə hücuma məruz qalan ərazidə yaşayan əhalinin böyük bir hissəsi öz yurdunu tərk etməyə məcbur olmuş, qul kimi əsir edilmişdi; təkcə İrəvan şəhərindən 60.000 insan qul edilmişdi. XVI əsr erməni tarixçisi Hovannisik Çaretsi bu hadisələrlə bağlı yazır: Lala adlı bir sərkərdə çoxlu sayda döyüşçülərlə hücuma keçərək Ararat əyalətinə kimi irəlilədi, 60 mindən çox erməni və müsəlmanı qul edərək rumluların ölkəsinə sürdü.21 mart 1590-cı ildə imzalanmış İstanbul müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti, Təbriz, Qarabağ, Şirvan, Dağıstan və Şərqi Gürcüstan ərazilərini də ələ keçirdi. I Şah Abbas hakimiyyətə gəldikdən sonra, İstanbul müqaviləsinin şərtlərini qəbul etməyərək ordu quruculuğu ilə məşğul olur və Osmanlı dövlətinə qarşı yeni müharibəyə başlayır. 1605-ci ildə baş vermiş Sufiyan döyüşündə qalib gələn Səfəvilər Naxçıvan, Culfa və İrəvan ərazilərini ələ keçirdi.
Gennadi Şpiqun
Gennadi Şpiqun (5 fevral 1947, Babayurd, Dağıstan MSSR – mart 2000, İtum-Kali rayonu, Çeçenistan) — Rusiya dövlət xadimi. Milis general-mayoru, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasındakı səlahiyyətli nümayəndəsi. 1999-cu ildə Qroznı hava limanında bir təyyarədən qaçırılır. Qaçıranlar fidyə tələb etsələrdə, lakin federal hökumət bunu rədd edir. Həm Rusiyanın, həm də İçkeriyanın güc strukturları tərəfindən həyata keçirilən Şpiqunu tapıb azad etmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayır. Onun cəsədi 2000-ci ilin martında İtum-Kali kəndi yaxınlığında tapılır. == Bioqrafiyası == Dağıstanın Babayurd rayonunda anadan olmuşdur. Dağdizel zavodunda freze maşını operatoru işləyir. 1969-cu ildən ictimai və siyasi işlə məşğul olur: 1969–1980-ci illərdə Kaspiysk şəhər komsomol komitəsinin katibi, Komsomolun Dağıstan vilayət komitəsinin şöbə müdirinin müavini, komsomol katibi vəzifələrində çalışır. 1980-ci ildə Şpiqun Sovet İttifaqı Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin şöbə təlimçisi, təşkilati və partiya işləri şöbəsinin müdir müavini vəzifəsini icra edir.
Hərbi tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Konsulyar tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Semyon Sviqun
Semyon Kuzmiç Sviqun (28 sentyabr 1917 – 19 yanvar 1982, Moskva) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1963 oktyabr-1967 iyun); SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin I müavini (1967-1982). == Həyatı == 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olmuşdur. Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləmişdir. Daha sonra İkinci dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun, müharibədən sonra Moldova SSR və Tacikistan SSR dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində işləmişdir. 1963-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, 1967-1982-ci illərdə SSRİ KQB-si sədrinin I müavini vəzifəsində işləmişdir.
Sürgün (mahnı)
Sürgün - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Maltaya sürgün olunanlar
Maltaya sürgün olunanlar — İstanbul işğal olunduqdan sonra 1919-1920-ci illər ərzində işğalçılar tərəfindən həbs olunaraq Maltaya sürgün edilmiş 145 Türk dövlət xadimi, əskər və ziyalılara verilmiş addır.
Sürgün və krallıq
Sürgün və krallıq (fr.
Eşqə sürgün (teleserial, 2005)
== Serial haqqında == Şərqli bir ailədən olmasına baxmayaraq, bir qərbli kimi yetişdirilmiş, bütün həyatı boyu bu şəkildə yaşamış olan Xəzər Əzizoğlunun həyatı qardaşının öldürülməsi bir daha heç vaxt əvvəlki halına qayıtmamaq üzrə dəyişir. Nənəsindən zaman zaman duyduğu və uzaq bir nağılmış kimi qulaq asdığı qan davası bir anda onun yeganə həqiqəti olur. Uzun illər əvvəl Şahvar ailəsiylə aralarındakı ədavət üzündən Doğubeyazıt-dan İstanbula köçən Əzizoğulları tam sülh edilmək ərəfəsində yeni bir qurban vermişlər. Ancaq hər iki ailə də bu savaşın daha çox sürməsini istəmirlər. Bir müqavilə bağlanılmasına qərar verilir. Adətləri lazımi Əzizoğlu ailəsinə qan davasının əvəzi ödəniləcəkdir, bu bədəl də Azzam Şahvar-ın qızı Zilan olacaqdır. Fıratın üzərinə düşən də Zilanla ailə qurmaqdır. Xəzər ən başından etibarən bu fikrə qarşı çıxır. Evlənməyi heç düşünmədiyi anda işin ciddiliyinin fərqinə varır və bütün ailəsi üçün bu evliliyi qəbul edir. Aradakı sülhü gücləndirmək məqsədilə iki ailə arasında biznes tərəfdaşlığına da girilib.
Atəşkəs və sürgün xatirələri (Ağaoğlu)
Atəşkəs və sürgün xatirələri (türk. Ateşkes ve sürgün hatıraları) — Əhməd bəy Ağaoğlu tərəfindən 1919–1921-ci illərdə Maltada sürgündə olarkən türkcə yazdığı memuar. == Məzmun == Xatirələr 1919–1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaş-mayıb. Burada oxucu Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Mərkəzi Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər. Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb. "Atəşkəs və sürgün xatirələri" XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər. == Nəşr və tərcümə == Əsər Dürdanə Ramazanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 200 səhifədə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Atəşkəs və sürgün xatirələri" ( (az.)). bbclub.az.
Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti
Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti (gürc. საქართველოს დემოკრატიული რესპუბლიკის მთავრობა ემიგრაციაში) - Gürcüstan Demokratik Respublikasının parlamentinin üzvləri və hökumət rəhbərlərindən təşkil olunmuş Fransanın paytaxtı Paris şəhəri yaxınlığında uzun müddət fəaliyyət göstərmiş sürgün hökuməti. Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti 1921-ci ilin 17 mart tarixində Qızıl Ordunun Gürcüstanı işğalından sonra yaranmışdır və təşkilat özünü rəsmi yazışmalarda Gürcüstanın Milli Hökuməti şəklində adlandırmışdır. == Tarix == === Fransaya sürgün === 1921-ci ilin mart ayında Qızıl Ordunun Gürcüstanı işğalı nəticəsində ölkədə idarə olunmaz vəziyyət yaranmışdır. 1921-ci ilin 18 mart tarixində Batumi şəhərində Nikolay Çxeidze rəhbərliyi ilə keçirilmiş parlamentin son iclası zamanı Gürcüstan Demokratik Respublikasının Noy Jordaniya rəhbərliyi altında sürgünə göndərilməsinə qərar verilmişdir. Elə həmin gün hökumət üzvləri, Gürcüstanın Təsis Məclisinin bir neçə deputatı, bir neçə hərbçi və onların ailə üzvləri Ernest Renan adlı gəmiyə minərək əvvəlcə Türkiyənin İstanbul şəhərinə oradan isə Fransanın paytaxtı Paris şəhərinə gələrək burada siyasi sığınacaq üçün müraciət etmişdilər. === 1924-cü il qiyamına hazırlıq === Hökumət rəsmiləri Gürcüstan Demokratik Respublikasının maliyyə fondlarından istifadə edərək Fransanın Paris şəhəri yaxınlığında yerləşən Lövil-sür-Orj (fr. Leuville-sur-Orge) qəsəbəsində 5 hektar sahəsi olan malikanə satın alınmışdır. Qala olaraq adlandırılan malikanə üç mərtəbəli olmaqla tikilmişdir. Leuville qəsəbəsi sürgündə olan hökumətin əsas mərkəzi olaraq hadisələrin sonuna qədər fəaliyyət göstərmişdir.