Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Scott Trust
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Uoll-Strit
Wall Street — ABŞ-də, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə. Zaman keçdikcə bu söz, ABŞ maliyyə bazarının anoniminə çevrilmişdir. Buna görə Nyu-Yorku dünyanın hesab mərkəzi hesab edirlər. Nyu-Yorkda ümumi kapitalizasiyasına görə dünyada birinci yerdə olan iki fond birjası - Nyu-York Fond Birjası və NASDAQ yerləşir. Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir. Küçənin adı, XVII əsrdə şəhərin şimal sərhəddi hesab edilən divardan götürülmüşdür.1640-cı illərdə bu divar müstəmləkə sakinlərini əhatə edirdi.
Trednidl-strit
Threadneedle Küçəsi (ing. Threadneedle Street) İngiltərə'nin paytaxtı London'da, adı İngilis dilində thread (iplik) və needle (iynə) sözlərinin birləşməsiylə yaranmış bir yoldur. 1734 ilindən bəri eyni yerində xidmət verən İngiltərə Bankası'nın mərkəzi binasının bu küçə üzərində olmasıyla tanınır. Bank burada Threadneedle'ın yaşlı qadını kimidə tanınır. 2004 ilinə qədər Londonda Menkul Qiymətlər Borsası binası da bu küçədə yerləşmişdir.
Voll-Strit
Wall Street — ABŞ-də, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə. Zaman keçdikcə bu söz, ABŞ maliyyə bazarının anoniminə çevrilmişdir. Buna görə Nyu-Yorku dünyanın hesab mərkəzi hesab edirlər. Nyu-Yorkda ümumi kapitalizasiyasına görə dünyada birinci yerdə olan iki fond birjası - Nyu-York Fond Birjası və NASDAQ yerləşir. Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir. Küçənin adı, XVII əsrdə şəhərin şimal sərhəddi hesab edilən divardan götürülmüşdür.1640-cı illərdə bu divar müstəmləkə sakinlərini əhatə edirdi.
I Trust
I Trust (azərb. Mən güvənirəm‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış üçüncü Koreya minialbomu. 6 aprel 2020-ci ildə rəqəmsal olaraq, 7 aprel 2020-ci ildə ildə fiziki olaraq buraxılmışdır. 5 trekdən ibarət olan alboma daha öncə buraxılmış "Lion" sinqlı və əsas sinql "Oh My God" daxildir. Bütün mahnılar Soyon tərəfindən yazılmışdır. Fiziki buraxılışın iki versiyası mövcuddur: "Truth" və "Lie". == Buraxılması == 18 fevral 2020-ci ildə "(G)I-dle"ın mart ayının ortasında geri dönüş edəcəyi bildirilmişdir. Lakin COVID-19 pandemiyası səbəbilə albomun buraxılması aprel ayına qədər təxirə salınmışdır. 19 mart 2020-ci ildə "Cube Entertainment" albomun aprelin əvvəlində buraxılacağını açıqlamışdır. Eyni ay "Cube" albomun adını, tizer şəklini və trek siyahısını yayımlamışdır.
Beyker Strit (London)
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq Strit (London)
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Oksford Strit (London)
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Scott Trust Limited
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Uol Strit 40
40 Wall Street, Nyu-Yorkda yerləşən 70 mərtəbəli bir göydələndir. Bank of Manhattan Trust Building və ya Manhattan Company Building olaraq da bilinir. Daha sonra Chase Manhattan Bank adlandırılmış və hal-hazırda Trump Building adlandırılır. 40 Wall Street, New York şəhərinin Manhetten hissəsində, Nassau Street və William Streetin kəsişməsində yerləşir. Binanın tikintisinə 1929-cu ildə başlanılmış və 11 ay çəkən tikinti işləri 1930-cu ildə tamamlanmışdır. Binanın üstündə olan antena ilə birlikdə hündürlüyü 283 m təşkil edir. Binah hal-hazırda ofis binası kimi istifadə olunur.
Uoll Strit 40

Uoll-strit canavarı
Uoll-strit canavarı (ing. The Wolf of Wall Street) — Martin Skorsezenin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş film. Filmin premyerası 2013-cü il dekabrın 17-də Nyu-Yorkda baş tutdu və Paramount Pictures tərəfindən 25 dekabr 2013-cü ildə ABŞ-da nümayiş olundu . Bu, sırf rəqəmsal distribusiya vasitəsilə buraxılan ilk böyük Amerika filmi idi . Teatr nümayişi zamanı dünya üzrə 406,9 milyon dollar qazanaraq Scorsese-nin ən çox gəlir gətirən filminə çevrilərək böyük bir kommersiya uğuru idi. Film əxlaqi qeyri-müəyyənliyi və qurbanlara rəğbət bəsləməməsi, həmçinin açıq-aydın cinsi məzmun, ifrat söyüş , ağır narkotik istifadəsi və istehsal zamanı heyvanların istifadəsinin təsviri ilə mübahisə doğururdu. O , Ginnesin Rekordlar Kitabına ən çox söyüş halları olan film kimi düşüb. Filmin maliyyələşdirilməsi 1Malaysia Development Berhad korrupsiya qalmaqalına qarışdı ; ABŞ Ədliyyə Nazirliyi və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Red Granite Pictures-i araşdırdı və prodüser Rza Əziz 2019-cu ildə həbs olundu. Film tənqidçilərdən müsbət rəylər (və bəzi mənəvi qınaq) aldı və "ilin ən yaxşıları" siyahısında yer aldı. O, 86-cı Akademiya Mükafatları mərasimində beş mükafat da daxil olmaqla bir neçə mükafata namizəd olub : Ən yaxşı filmə görə Oskar mükafatı, Ən Yaxşı Rejissor , Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari , Ən yaxşı kişi roluna görə Oskar mükafatı (Di Kaprio üçün) və Ən Yaxşı Köməkçi Aktyor (Hil üçün).
In God We Trust
In God We Trust — ABŞ və Floridanın rəsmi dövlət devizi. Mənası "Biz Tanrıya Ümid Bağlayırıq" deməkdir.
Uoll-strit canavarı (film)
Uoll-strit canavarı (film 2013)
Uoll-strit canavarı (film, 2013)
Uoll-strit canavarı (ing. The Wolf of Wall Street) — Martin Skorsezenin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş film. Filmin premyerası 2013-cü il dekabrın 17-də Nyu-Yorkda baş tutdu və Paramount Pictures tərəfindən 25 dekabr 2013-cü ildə ABŞ-da nümayiş olundu . Bu, sırf rəqəmsal distribusiya vasitəsilə buraxılan ilk böyük Amerika filmi idi . Teatr nümayişi zamanı dünya üzrə 406,9 milyon dollar qazanaraq Scorsese-nin ən çox gəlir gətirən filminə çevrilərək böyük bir kommersiya uğuru idi. Film əxlaqi qeyri-müəyyənliyi və qurbanlara rəğbət bəsləməməsi, həmçinin açıq-aydın cinsi məzmun, ifrat söyüş , ağır narkotik istifadəsi və istehsal zamanı heyvanların istifadəsinin təsviri ilə mübahisə doğururdu. O , Ginnesin Rekordlar Kitabına ən çox söyüş halları olan film kimi düşüb. Filmin maliyyələşdirilməsi 1Malaysia Development Berhad korrupsiya qalmaqalına qarışdı ; ABŞ Ədliyyə Nazirliyi və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Red Granite Pictures-i araşdırdı və prodüser Rza Əziz 2019-cu ildə həbs olundu. Film tənqidçilərdən müsbət rəylər (və bəzi mənəvi qınaq) aldı və "ilin ən yaxşıları" siyahısında yer aldı. O, 86-cı Akademiya Mükafatları mərasimində beş mükafat da daxil olmaqla bir neçə mükafata namizəd olub : Ən yaxşı filmə görə Oskar mükafatı, Ən Yaxşı Rejissor , Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari , Ən yaxşı kişi roluna görə Oskar mükafatı (Di Kaprio üçün) və Ən Yaxşı Köməkçi Aktyor (Hil üçün).
238-ci strit (Brodvey-Yeddinci avenyu xətti, IRT)
238-ci strit Nyu-York metropoliteninin Brodvey-Yeddinci avenyu xəttində lokal stansiya. Bronksda 238-ci strit və Brodveyin kəsişməsində yerləşir, 1 qatarı vasitəsilə hər dəfə xidmət göstərilir.