Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suza
Suza — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Şahab bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,480 nəfər və 878 ailədən ibarət idi.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Ruza
Ruza — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Suma
Suma — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd.Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. == Mədəniyyəti == İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. == Əhalisi == İşğala qədər (16 aprel 1994-cü il) Suma kəndində 1286 nəfər əhali yaşayırdı.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Suzak
Suzak ( qırğ. Сузак ; özb. Suzoq / Сузоқ ) — Qırğızıstanın Cəlal-Abad vilayətində kənd. 2021-ci ildə onun əhalisi 30,534 nəfər olmuşdur Suzak rayonunun Suzak rayonunun inzibati mərkəzidir. == Tarixi == Suzak kəndinin ilk adı Yevgeni Şuylerin 1875-ci il tarixli“ Buxara, Xivə, Kokand xanlıqlarının və Rusiya Türküstanının bir hissəsinin xəritəsi” xəritəsindən məlumdur.Bundan əlavə, Suzakda “Hamıya qarşı” seçici fəallığı anormal dərəcədə yüksəkdir. Bununla belə, ən anormalı həm Kara-Suu, həm də Suzakın nəticələridir. Bu rayonlar şəhər deyil, əksər kənd yerləri olmaqla Qırğızıstan-Özbəkistan sərhədində yerləşir. Bu ərazilərdə əhəmiyyətli əhali, geniş yayılmış ali təhsil və ya hər hansı görkəmli rus əhalisi olmadığından belə görünür ki, “müəyyən edilmiş izahedici model bu iki sahədə baş verənləri tam izah edə bilmir. Demoqrafik xüsusiyyətlər əvəzinə, Kara-Suu və Suzakdakı insanların niyə belə yüksək sayda “hamıya qarşı” səs verdiyini anlamaq üçün yaxın siyasi tarixi nəzərə almalıyıq”.
Şuqa
Payızda çay buz bağlamağa başlayanda sıyıq kütlə şəklində su ilə birlikdə hərəkət edən yumşaq buz.
Şuya
Şuya (rus. Шуя) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi.Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib,çoxsaylı sənətkar məhəllələri yaranıb.Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək,sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü.O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır.Birinci dəfə onu hər iki icma,ikinci dəfə azərbaycanlılar,üçüncü dəfə isə ermənilər yandırmışdı.Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı.Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi.Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.7 fevral 1991-ci ildə Şuşa rayonunun Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmişdir. 26 noyabr 1991-ci ildə isə Şuşa şəhəri respublika tabeli şəhərlərin sırasına daxil edilib.Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış,onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş,7 məktəbəqədər uşaq müəssisəsini,22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin,22 klubu,31 kitabxananı,2 kinoteatrı,8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi,Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.Şəhərin tarixi muzeyinin 5 minədək əşyası,Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi,bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarix == === Etimologiya === Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Acacia suma
Acacia polyacantha (lat. Acacia polyacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia polyacantha Willd. Acacia polyacantha subsp. polyacantha Acacia suma (Roxb.) Voigt Gagnebina tamariscina sensu Bojer Mimosa suma Roxb. Senegalia suma (Roxb.) Britton & Rose == Yarımnövləri == Acacia polyacantha subsp. campylacantha (A.Rich.) Brenan Senegalia polyacantha subsp. campylacantha (Hochst. ex. A.Rich.) Kyal.
Armudlu (Şuşa)
Armudlu — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Axundovlar (Şuşa)
Axundovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri. == Soyun yaranması == Axundovların ulu babası Molla Əli Kəbirlidir. O, Kəbirli elinin Seyidli obasında sayılıb-seçilən, savadlı bir alim idi. Mahallarının dini işləri ilə məşğul olurdu.Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşir bu ünlü alimə hörmət еtmiş, еhtiram bəsləmişdilər. Mеhdiqulu хan 1814-cü ildə оnun adına vеrilmiş təliqədə aхundu "Ərəstun bilikli" еpitеti ilə yad еtmişdir. Хan yazırdı: "Sеyidli оbasının başçısı Kоsa yüzbaşıya, Ərəstun bilikli Aхund Mоlla Əliyə оbanı vеrirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də оnun хidmətinə bağışlayıram". Aхund Mоlla Əli ruhani оlmaqla yanaşı, həm də yaхşı həkim idi. Aхund Mоlla Əlinin Оruc ağa, Dərgahqulu bəy adlı оğulları vardı. Onun törəmələri Axundov soyadını daşıyırlar və hal hazirda Bakıda yasayirlar.
Ağbulaq (Şuşa)
Ağbulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Bayat (Şuşa)
Bayat — Şuşa qəzasında kənd adı. Səlcuq oğuzlarının Bayat tayfasının adındandır. Əvvəlcə Kiçik Aşura kimi sərbəst yaşamış, XV əsrdə Qızılbaşlara qoşulmuşdur. Şimali Azərbaycana Qızılbaş adı ilə gəlmişdir. XIX əsrdə Garcull və Cavanşir qəzalarında Bayat adlı ellər yaşayırdı. == İstinadlar == == Ədəbiyyat == Qızılbaşlar tarixi. Bakı, 1995. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları.
Bazarbaşı (Şuşa)
Divanxana meydanı və ya Bazarbaşı — Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür. == Tarixi == Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi.Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır. Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır. Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. == Xüsusiyyətləri == XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir. Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür. Meydanın şimalında qala divarları və bürcləri ilə əhatə olunmuş Qarabağ xan sarayı, şərq tərəfində isə Divanxana binası yerləşirdi.
Daşaltı (Şuşa)
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.Daşaltı kənd əvvələr ətrafda yaşayan əhalinin Xəznədağ adlandırdığı mağaranın yerləşdiyi ərazi olmuşdur.
Divanxana (Şuşa)
Divanxana meydanı və ya Bazarbaşı — Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür. == Tarixi == Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi.Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır. Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır. Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. == Xüsusiyyətləri == XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir. Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür. Meydanın şimalında qala divarları və bürcləri ilə əhatə olunmuş Qarabağ xan sarayı, şərq tərəfində isə Divanxana binası yerləşirdi.
Elmi şura
Elmi şura – Azərbaycan Respublikasında ali məktəb və elmi idarələrdə elmi-tədqiqat işlərinin əsas istiqamətlərini müəyyənləşdirən məşvərətçi orqan. Ali məktəbin (fakültənin) elmi şurası tədris planını, elmi-tədqiqat və təlim-tərbiyə məsələlərini müzakirə edir, boş yerləri tutmaq üçün müsabiqə və seçkilər keçirir, müəllimləri və elmi işçiləri elmi ad almağa təqdim edir. Doktorluq və namizədlik dissertasiyası müdafiə etmək hüququ verən ixtisaslaşdırılmış elmi şuralar ən qabaqcıl elmi-tədqiqat idarələrində və ali məktəblərdə yaradılır. Elmi şuranın tərkibinə rektor (dekan), direktor, direktor müavini, elmi katib, görkəmli alimlər, partiya və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri daxil olurlar. Elmi-tədqiqat idarələrində yaradılan elmi-texniki şuraların da fəaliyyət dairəsi təqribən eynidir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Həsənabad (Şuşa)
Həsənabad — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Ledi Süzan
Ledi Süzan (ing. Lady Susan) — 1794-cü ildə yazılmış, lakin 1871-ci ilə qədər nəşr olunmamış ingilis yazıçısı Ceyn Ostinin qısa epistolyar romanıdır. Müəllifin sağlığında heç vaxt çap olunmayıb. == Roman haqqında == Roman epistolyar üslubda yazılıb. Mürəkkəb bir hekayə və mürəkkəb personajlardan bəhs edir. Məktublarla yazılmış roman Ostenin çətin karyerasının lap əvvəlində yazılmışdır. Gənc qız heyrətamiz bir hekayə yazdı, bu da onun yaşı üçün xarakterik deyil. Hekayənin hər bir qəhrəmanının xarakterinə və xüsusiyyətlərinə dərin psixologizm və ətraflı məlumat çoxlarını heyrətə gətirir. Görünür, yazıçı ümumiyyətlə kitab nəşr etməyi planlaşdırmayıb. Ceyn Ostin, digər əsərlərindən fərqli olaraq, bunu heç vaxt nəşriyyatlara təklif etməyib.
Meydan (Şuşa)
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. == Tarixi == E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII-XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir.Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi.Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsi ilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür. Küçələrin kəsişməsi nəticəsində kontrast yaradan bu üsul hətt kiçik ölçülü ərazidə də genişlik effekti formalaşdırır.Meydanın yanız Aşağı bazar küçəsindən uzanan bir mərtəbəli ticarət sıralarını davam etdirən cənub hissəsindəki tikililər ticarət məqsədi ilə istifadə olunurdu. Digər tərəfdə yerləşməklə məscidlə üzbəüz olan iki mərtəbəli bina və hər iki tərəfdən ona birləşən digər iki mərtəbəli binalar mədrəsə binalarıdır.
Milli Şura
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası
Mimosa suma
Acacia polyacantha (lat. Acacia polyacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia polyacantha Willd. Acacia polyacantha subsp. polyacantha Acacia suma (Roxb.) Voigt Gagnebina tamariscina sensu Bojer Mimosa suma Roxb. Senegalia suma (Roxb.) Britton & Rose == Yarımnövləri == Acacia polyacantha subsp. campylacantha (A.Rich.) Brenan Senegalia polyacantha subsp. campylacantha (Hochst. ex. A.Rich.) Kyal.
Muza (parfiyalı)
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.