Avtomobil kuzası
Avtomobil kuzası (avtomobil kuzovu və avtomobil banı) — avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsidir. Avtomobil kuzasına həmçinin kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar (xarici işıqlandırma cihazları, salonda tənzimlənmə qurğuları, nəzarət sistemləri, sürücü və sərnişinin təhlükəsizliyini təmin edən vasitələr və s.) da aiddir. Konstruksiyanın tipinə görə kuzalar avtomobilin yüksaxlayan sistemini təşkil edir (daşıyıcı avtomobil kuzası), yaxud da yüksaxlayan çərçivəyə bərkidilir (yüksüzləşmiş, çərçivəli avtomobil kuzası).
== Minik avtomobillərinin kuzası ==
=== Bağlı ===
Bu kuzalar adətən daşıyıcı olur və bir-birinə birləşdirilmiş ayrı-ayrı panellərdən ibarətdir. Avtomobil kuzası əsasən, poladdan hazırlanır; XX əsrin sonlarından kompozisiya materiallarından daha geniş istifadə edilməyə başlanmışdır. Kuzanı xaricdən enerji udan bamperlər mühafizə edir. Avtomobilin ümumi kompanovka sxemindən və sərnişin yerlərinin sayından asılı olaraq kuzalar bir neçə tipə ayrılır.
Sedan: Minik avtomobilləri üçün əsas tip olan sedan (B.Britaniya və Yaponiyada Saloon, almandilli ölkələrdə Limousine) üç bölməyə (birinci bölmə – mühərrik, ikinci – sərnişinlər, üçüncü – yük üçündür) ayrılmış qapalı kuzadır; 4 (bəzən 2, yaxud 6) qapısı, iki (bəzən üç) cərgə oturacağı olur. Sedanın damının bir hissəsi arxa oturacağın üstündən açılırsa, bu kuza lando , qabaq oturacağın üstündən açılan – broqam , ortadan açılan – tarqa , tam açılan yumşaq tentli avtomobil kuzası kabriolet , çıxarılabilən sərt tentli isə kabriolet — hardtop adlanır. Əgər yumşaq tentin yan pəncərələri və divarları endirilən deyil, çıxarılandırsa bu faeton (fayton) tipli kuzadır.