Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Albert Lutuli
Albert Lutuli (1898[…], Bulavayo – 21 iyul 1967, Kvadukuza[d]) — Cənubi Afrikalı siyasətçi, Afrika Milli Konqresinin prezidenti, aparteidə qarşı, Nobel sülh mükafatına layiq görülən ilk Afrikalı. == Həyatı == O, missionerlər üçün tərcüməçilik edən Zululand kökənli Con Bunyan Lutulinin oğlu idi. Atasının ölümündən sonra 10 yaşında Cənubi Afrikaya getdi və əmisinin "Qrutvil" qəbiləsinin başçısının evində Zulu adətlərini öyrəndi. O, anasının camaşırxanadan qazandığı pulla və əldə elədiyi təqaüd ilə təhsil alıb. Durban yaxınlığındakı Adamsda müəllimlik məktəbini bitirib və bu məktəbin ilk üç qaradərili müəllimindən biri olub. 1927-ci ildə qəbilə başçısının nəvəsi olan Nokukhanya Bhengu adlı müəllimə ilə evlənib.1936-cı ildə müəllimlikdən ayrılaraq və 5000 nəfərlik Qrutvil qəbiləsinin başçısı seçildi. Aclıq və yoxsulluq kimi mühüm problemlərlə üzləşdiyi bu dövrdə siyasi fəaliyyətlərdən uzaqlaşaraq Natal Afrika Müəllimlər Birliyi və Cənubi Afrika Futbol İttifaqının katibliyini üzərinə götürdü. O, Zulu Dili və Mədəniyyəti Assosiasiyasını təsis edib, həmçinin Xristian Direktorlar Şurasının, Avropalıların və Afrikalıların Birgə Şurasının və Durbandakı İrqlərarası Əlaqələr Agentliyinin üzvü olmuşdur.1945-ci ildə Afrika milli konqresinə qoşuldu. Növbəti il ​​o, üzvləri qəbilə başçıları və ziyalılardan ibarət olan Yerlilərin Təmsil Şurasına seçildi. Məhz bu zaman ordu qoşunları və polis qaradərili mədənçilərin tətilini yatırmaq üçün zorakılıq tətbiq edib, əkkiz işçini öldürüb, minə yaxınını yaralamışdılar.