Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandr Simonov
Aleksandr Vladimiroviç Simonov (rus. Александр Владимирович Симонов; 15 iyun 1972, Klin, Moskva vilayəti) — Rusiya kinooperatoru, quruluşçu operator. == Həyatı == Aleksandr Simonov 15 iyun 1972-ci ildə Moskva vilayətinin Klin şəhərində anadan olmuşdur. 1989-1991-ci illərdə məktəbi bitirdikdən sonra Odessa kinostudiyasında çəkiliş texnikası üzrə mexanik, operator assistenti, ikinci operator kimi işləmişdir. 1996-cı ildə Leonid Kalaşnikovun emalatxanasında ÜDKİ-nin operatorluq fakültəsini bitirmişdir. Quruluşçu operator kimi peşəkar fəaliyyətə 1997-ci ildə diplom işi olan "Əsgər və səfeh qız" qısametrajlı filmi ilə başlamışdır. O, bu filmə görə Münhen Beynəlxalq Film Festivalının münsiflər heyətinin xüsusi mükafatını qazanmışdır. 2004-cü ildə "Mən səni sevirəm" filmini çəkərək böyük kinoda debütə imza atmışdır. Ona xüsusi şöhrət gətirən film isə 2006-cı ildə lentə alınmış "Bumer. İkinci film" dramı olub.
Konstantin Simonov
Konstantin (Kirill) Mixayloviç Simonov (15 (28) noyabr 1915, Petroqrad – 28 avqust 1979[…], Moskva) — rus yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1974), Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Pyeslərin, ssenarilərin, publisistik oçerk və yol qeydlərinin, ədəbi-tənqidi məqalələrin müəllifidir. Simonova müharibə (1941-1945) dövrü lirikası daha çox şöhrət qazandırmışdır. Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatıdır. Konstantin Simonov, İosif Stalinin göstərişi ilə Fransa, Yaponiya, hətta ABŞ-yə yollanıb, bu ölkələrdə siyasi təbliğatla məşğul olurdu. 1976-cı il fevralın 13-də SSRİ Elmlər Akademiyasında Sovet İttifaqı Kommunist Partiyası MK-nın baş ideoloqu M.Suslovun tələbi ilə böyük bir müzakirə keçirilir. Qırmızı imperiyanın hakim elitası: akademiklər, siyasi xadimlər, yazıçılar Oljas Süleymenovu "Az-Ya" kitabına görə mühakimə edirlər. Akademik B.A.Rıbakov özü ilə birlikdə 45 şovinisti ayağa qaldırır. Hamıdan çox qəzəblənən, Oljas Süleymanovu məşum "37-ci il" terminləri ilə hədələyənlərdən biri B.Y.Abayev olur. Yalnız bir nəfər - Konstantin Simonov qazax xalqının böyük oğlunun müdafiəsinə qalxır.
Li Siçonq
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. == Həyatı == Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. == Çindəki həyatı == İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Şinnok (Mortal Kombat)
Şinnok (ing. Shinnok) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.