Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Tazşa
Tazşa — türk və altay mifologiyasında və nağıllarında tez-tez adı çəkilən keçəl qəhrəman. Taşşa və ya Tazça olaraq da deyilir. Bəzən Kalca (Kalça) və ya Kelce (Kelçe) şəklində də keçər. Keçəl ("daz") başlı igiddir. == Xüsusiyyətləri == Gücü keçəlliyindədir. Türk əfsanələrində keçəllik bir güc və zəka simvoludur. Eyni zamanda özbaşına ortaya çıxan hiyləgərlik və yenilməzlik kimi xüsusiyyətləri saxlayır. Bəzi vəziyyətlərdə normal, adi bir insan olan qəhrəman cild dəyişdirərək birdən-birə Taşşaya çevrilər. Hətta onunla birlikdə atı da daz başlı olar. Beləcə ikisi də məğlubedilməz vəziyyətə gəlirlər.
Ayeşa Takia
Ayeşa Takia (d. 10 aprel 1986) — hind aktrisası və modeli. == Həyatı == 10 aprel 1986-cı ildə Mumbay şəhərində anadan olmuşdur. İlk filmə 2004-cü ildə çəkilib. Bir bacısı var. Ayeşa Takia müqəddəs Antoni Cembur məktəbində təhsil alıb. Atası milliyyətcə qucaratlıdır. Anasının yarı tərəfi ingilis, yarı tərəfi marathalıdır. Ailəlidir.
İqnasio Tapia
İqnasio Tapia Bustamante (22 fevral 1999-cu ildə anadan olub) — Çili Primyera Diviziya təmsilçilərindən olan Uaçipato klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusudur. == Milli karyerası == Tapia ilk dəfə Çili millisinə 2017-ci ilin iyun ayında Burkina-Faso millisi ilə yoldaşlıq oyunu üçün çağırılmışdır. O, oyun zamanı ehtiyat skamyasında əyləşmiş və meydana daxil olmamışdır. Həmin görüşdə Çili rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Tazi Qizzat
Tazi Qizzat (tatar. Таҗи́ Гыйззә́т, tam adı Тази́ Калиму́ллович Гизза́т (Гиззату́ллин) (tatar. Таҗи́ Калимулла́ улы Гыйззәту́ллин); (15 aprel 1895 — 7 may 1955) - tatar dramaturq. Tatarıstan MSSR-nın (1939) və Rusiya SFSR-nın əməkdar incəsənət xadimi. == Yaradıcılığı == Ümumilikdə, T. Qizzat 37 pyes yaratmışdır. Onlardan bəziləri aşağıdakılardır: "Qığılcım" (1934) "Bişbulek" (1938) "Müqəddəs tapşırıq" (1946) "Eqoizm qurbanı" (1950) və digərləri.Tazi Qizzat, həmçinin Sergey Mixalkov və Aleksandr Korneyçukun əsərlərini tatar dilinə tərcümə etmişdir. Dramaturq-klassik Tazi Qizzatın əsərləri tatar dramaturgiyasının inkişafına mühüm töhfə vermişdir.
Bahia
Bahia (lat. Bahia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonimləri == Stylesia Nutt. Bahia Nutt. 1841 not Lag. 1816 Antheropeas Rydb. Virletia Sch.Bip. ex Benth. & Hook.f. == Növləri == Bahia absinthifolia Benth.
Bazis
Bazis — gələcəyin əsası ; Bazis — mülkiyyətin ilkin qiyməti ; Bazis — ilkin həlqədə atomların mövqeyi ; Bazis — ABŞ-nin Arizona ştatında ibtidai məktəblərin adı ; Riyaziyyatda: Bazis — xətti fəzada vektorlar çoxluğu. Bu zaman hər bir vektor xətti kombinasiyalarda yeganə ola bilir. İqtisadiyyatda: Bazis və üstqurum — marksizmdə siyasi-iqtisadi sistemin elementləri.
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Dacia
Dacia —1966-ci ildə Rumıniya hökumətinin açmış olduğu tender nəticəsində qurulmuş, adını Rumıniya torpaqlarının köhnə adı olan Daçyadan alan, 1999-ci ildə Renaultun tərkibinə keçən Rumıniyalı avtomobil istehsalçısı. Bundan başqa Renaultun Rumıniyadakı markasıdır.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil MəmmədovFazil Məmmədov (neftçi alim) Fazil Məmmədov (nazir)Fazil İbrahimov — Fazil Cabbarov —DigərFazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cu ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki,aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Kazım
Kazım — Kişi adı.
Lamia
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
Layia
Layia (lat. Layia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Layia calliglossa A.Gray Layia carnosa (Nutt.) Torr. & A.Gray Layia chrysanthemoides (DC. ex DC.) A.Gray Layia discoidea D.D.Keck Layia douglasii Hook. & Arn. Layia elegans Torr. & A.Gray Layia fremontii (Torr. & A.Gray) A.Gray Layia gaillardioides (Hook. & Arn.) DC. Layia glandulosa (Hook.) Hook. & Arn.
Lazca
Laz dili, Çan dili — Lazların ana dili, Kartvel dil ailəsinə daxildir. Türkiyənin şimal-şərqində Qara dəniz sahilində və Gürcüstanın Sarpi kəndində yayılmışdır. Üç dialektə bölünür: atin, arxav və xop. Leksik tərkibində türk dillərindən keçmə sözlər üstünlük təşkil edir. Yazısız dildir. == Say == Laz dili Megrel dili ilə birlikdə Kolx və ya Zan dili adlandırılan dilin iki böyük dialektini əmələ gətirir . Laz dilində danışanlar Türkiyədə əsasən Rizə ilinin Pazar, Ardeşen, Çamlıhemşin və Fındıqlı ilçələrində, Artvin ilinin Arxavi, Hopa və Borçka ilçələrində yaşayırlar . 2012-ci ilədək Türkiyə Cümhuriyyətində 14 dəfə (1927, 1935, 1940, 1945, 1950, 1955, 1960, 1965, 1970, 1975, 1980, 1985, 1990, 2000 illərdə) əhalinin siyahıya alınması həyata keçirilmiş və 1927-1985-ci illər arasında aparılmış siyahıya almalarda əhaliyə bildikləri dillərə ("ana dili" və "bildiyim ikinci dil") dair suallar verilmişdir . Nəticələri elan olunmuş ən son siyahıya almaya (1965-ci il) əsasən Türkiyədə ana dili və ikinci dil olaraq gürcücə danışanların sayı 79.264 (ana dili olaraq 34.330 nəfər , ikinci dil olaraq 44.934 nəfər) nəfər , lazca danışanların sayı isə 81.165(ana dili olaraq 26.007 nəfər , ikinci dil olaraq 55.158 nəfər) nəfər olmuşdur (1965-ci ildə Türkiyənin ümumi əhalisi 31,391,421 nəfər idi) . 1945-ci ilin siyahıya alma yekunları ilə (Türkiyənin ümumi əhalisi 18.790.174 nəfər, ana dili olaraq lazca danışanlar 46.987 nəfər, ikinci dil olaraq lazca danışanlar 4.956 nəfər) 1965-ci ilin siyahıya alma yekunları müqayisə edilərkən (1945-ci ildə ana dili və ikinci dil olaraq lazca bilənlər 51.943 nəfər idi və bu ölkə əhalisinin 0.2764%-inə bərabər idisə, 1965-ci ildə iki göstəriciyə görə lazca bilənlər 81.165 nəfər və ya ölkə əhalisinin 0.2585%-i qədər idi) laz dilli əhalinin asimilyasiya olduğunu görülür .
Lazika
Lazika - Gürcüstanda Qara dəniz sahilində inşası nəzərdə tutulan yeni şəhər. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili “Forbes” jurnalına müsahibəsində Mixail Saakaşvilinin “Arzular şəhəri”nin layihədən çox anekdota bənzədiyini, bunun ona çox gülməli gəldiyini söyləyib. Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd olan keçmiş futbolçu Kaxa Kaladze isə bildirib ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Arzular şəhəri” adlandırdığı Lazika şəhərinin tikintisi davam etdirilməyəcək.
Madia
Madia (lat. Madia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Madia chilensis (Nutt.) Reiche Madia citrigracilis D.D.Keck Madia citriodora Greene Madia elegans D.Don ex Lindl. Madia elegans var. densiflora (Greene) D.D.Keck Madia exigua (Sm.) A.Gray Madia filipes A.Gray Madia glomerata Hook. Madia gracilis (Sm.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Mazda
Mazda — Mazda Motor Corporation və ya original adıyla Matsuda Kabushiki-kaisha, Hiroşima, Yaponiyanin avtomobil markası. == Tarixi == Mazdanın əsası Dzyudziro Matsuda (Jujiro Matsuda) tərəfindən 1920-ci ildə qoyulub. Şirkət yaradılarkən mantar (probka) ağacından inşaat materiallarının hazırlanması sahəsində fəaliyyət göstərirdi. 1920-ci illərdə motosikletlərin kiçik sınaq partiyasını buraxan şirkət 1929-cu ildə dəzgah istehsalına keçdi. Hətta 1930-cu ildə şirkətin istehsal etdiyi motosikletlər yarışlarda qələbə qazanmışdı. 1931-ci ildə şirkət sırf yapon üslubunda avtomobillərin istehsalına başladı. Bunlar 500 kubsantimetr həcmli mühərrikləri olan üçtəkərli yük avtomobilləri idi. Bu avtomobillər üçün ticarət markası kimi "Mazda" sözü seçildi. Bu, Zərdüşt dinində baş allahın – işıq allahının adı idi. Həm də bu ad şirkətin yaradıcısı Matsudanın adına bənzəyirdi.
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, Qoz, Qarğıdalı yığımı, maldarlıq, arıçılıq, Tütünçülük (son illərdə az sayda). == Tanınmışlar == Elnur Qebedov Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı. == Təhsil == Qazma 1 saylı kənd tam orta məktəbi — Məktəbdə 1–11 siniflərdə olmaqla 400-ə yaxın şagird təhsil alır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Çаzmа
Çаzmа (xorv. Čazma) — Xorvatiyanın Belоvаrskо-Bilоqоrskаya bölgəsindəki bir şəhər və bələdiyyədir. == Demoqrafiyası == Şəhərin 2,801 əhalisi var, bələdiyyə isə cəmi 8,077 nəfərin yaşadığı 36 kənddən ibarətdir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin 98% xorvatlardır.
Italia
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. == Əhalisi == Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir.2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. == İstinadlar == == Xarici keçidlər == Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.