TAQIM

is. köhn.
1. bax vzvod.
Uzunboylu, sarıbənizli, alagözlü taqım komandiri taqımı fişənglə təchiz edirdi. H.Nəzərli.
Hacıyev taqım komandiri idi.
Neçə aydı ki, taqımı ilə məşğul olur, onu öyrədir, döyüşə hazırlayır. Ə.Əbülhəsən.

2. bax komplekt.
Xəlilin qoltuğunda bir bağlı yataq taqımı və Əhmədin əllərində bişmiş, polis dairəsinə girdilər. Çəmənzəminli.

3. “Bir” sözü ilə: bir taqım – 1) bir yığın, bir dəstə.
[Yaşlı kişi:] Şəhərin bir mənzilliyində mənimlə birlikdə gələn bir neçə zəvvarı bir taqım adamlar qarşıladılar. S.Hüseyn;

2) bir miqdar, bir qədər, bir sıra, cürbəcür, dürlü-dürlü.
Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədlərlə dolandırırdı. S.Hüseyn.
Fəqət işin çoxluğundan bədii ədəbiyyata istədiyim qədər vaxt sərf edə bilmədiyimə görə, bir taqım yazılarımın hələ indi də natamam qalmasına təəssüf edirəm. T.Ş.Simurq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAQIM 1. TAQIM (hərbi) [Hacıyev:] ..neçə aydı ki, taqımı ilə məşğul olur, onu öyrədir, döyüşə hazırlayır (Ə
TAQƏTSİZLİK
TAQQ
OBASTAN VİKİ
Taqım
Taqım və ya dəstə , ehtiyaclara və şərtlərə görə sayı dəyişməklə birlikdə təməl olaraq 35-40 şəxsi heyətdən ibarət olan hərbi bölmə. Dəstə komandiri Kiçik leytenant, Leytenant və ya Baş leytenant rütbəsindədir. Müstəqil vəzifə icra edə biləcək ən kiçik bölmədir. Təməl olaraq bir piyada dəstəsi,dəstə qərargahı, 3 piyada manqası və topçu manqasından ibarətdir. Ancaq bu birliyin vəzifələrinə görə dəyişə bilər. Sərhəd dəstəsi, Kəşfiyyat taqımı, Topçu taqımı, Minaatan taqımı kimi növləri var və bunların vəzifəyə görə özlərinə xas quruluşları vardır.
Taqım (film)
Taqım — 1986-cı ildə Oliver Stoun rejissoru olduğu film. Oskar mükafatına layiq görülmüşdür.
Taqım (film, 1986)
Taqım — 1986-cı ildə Oliver Stoun rejissoru olduğu film. Oskar mükafatına layiq görülmüşdür.

Digər lüğətlərdə