Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aparıcı
Aparıcı — radioda, televiziyada, əyləncə məkanında proqramı təqdim edən, izah edən, nümayiş edən və elan edən bir insandır. Spiker (bu sözün əsli ingilis dilindəki <<spiker>> sözündən götürülmüşdür) yerinə görə diktor, şərhçi və aparıcı da adlanır. Aparıcılar yalnız xəbər bülletenləri, reklam yazıları, tanıtım və şərh mətnlərini oxumurlar; Həm də radio və televiziya tərəfindən təşkil edilən müsabiqələr, oyunlar və buna bənzər əyləncə proqramlarını təqdim edir və idarə edirlər. Bu proqramlarda yazılı bir mətn oxumaq əvəzinə onu danışırlar. Əslində klassik aparıcılıq getdikcə daha çox tarixə çevrilir və müasir dövrün aparıcıları daha cəlbedici və aktiv iş sahələrinə üz tuturlar: Teatrlar, musiqi salonları, qumarxanalar və s. Bu tip yerlərdə aparıcıların gördüyü iş daha çox şərh etmək və ya təqdim etməkdir. Radio və televiziya təşkilatları da, dinləyicilərin və tamaşaçıların bir idman yarışmasını və ya bir mərasimi daha yaxşı izləyə, yaxud dinləyə bilmələri üçün aparıcı diktorlardan faydalanırlar.
Dapanci
Dapanci (çin. ənən. 大盘鸡, pinyin: Dàpánjī) və ya çon təxsə toxu korumisi (uyğ. چوڭ تەخسە توخۇ قورۇمىسى, чоң тәхсә тоху қорумиси, qong təhsə tohu ⱪorumisi) — buxarda bişirilmiş toyuq növü. Çinin Sincan-Uyğur Muxtar Rayonuna aid məşhur bir yeməkdir. == Etimologiya == Dapanci Çin dilində "böyük boşqab toyuğu" deməkdir. Yeməyin uyğur dilində olan adındakı çon (چوڭ, Чоң, qong) "böyük", təhsə (تەخسە, Тахсә, təhsə) "süfrə", toxu (توخۇ, Тоху, tohu) "toyuq", korumisi (قورۇمىسى, Korumisi, ⱪorumisi) isə "qızardılmış" deməkdir. == Tarix == Yemək 1990-cı illərin ortalarında Çinin Sincan bölgəsində populyarlıq qazanmışdır. İddia edilir ki, yemək ilk dəfə Sıçuan bölgəsindən olan, çili bibərini toyuq və kartofla qarışdıran bir miqrant tərəfindən Şimali Sincanın Şavan şəhərində hazırlanmışdır. Yeməyin mənşəyinin Şavan olduğu düşünülsə də, başqa iddialar da mövcuddur.
Tapanlı
Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi).
Tapança
Tapança — qısa lüləli bir atəşli silahdır. Tapançalar, iş prinsiplərinə və güllə mühafizə hissələrinin şəklinə görə, daraqlı (pistol) və ya toplu (revolver) olaraq adlandırılır və istifadə edilən güllələrin çaplarına görə təsnif edilirlər.
Tatarca
Таtar dili (tatar. татар теле / tatar tele, татарча / tatarça) — tatarların milli dili, Rusiya Federasiyasının Tatarıstan Respublikasının dövlət dili, yayılmasına görə Rusiyada rus dilindən sonra ən yayqın ikinci dil. Türk dillərinin qıpçaq qrupunun Volqaboyu-qıpçaq yarımqrupuna aiddir. Leksikasına görə daha çox başqırd, qazax, noqay və nisbətən qaraqalpaq, qaraçay-balkar, qumuq, özbək, azərbaycan və türk dillərinə yaxındır. == İstinadlar == == Ədəbiyyat == Ахатов Г.Х.. Язык сибирских татар. Фонетические особенности (монография). Уфа, 1960. Ахатов Г.Х. Диалект западносибирских татар (монография). Уфа, 1963.
Tatarlı
Kəndlər Tatarlı (Goranboy) — Goranboy rayonunda kənd. Tatarlı (Şəmkir) — Şəmkir rayonunda kənd.
Toparlı
Toparlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimalda, Şirak kanalının qırağında yerləşir. Erməni mənbələrində Taparlı kimi də qeyd edilir. 31 dekabr 1937-ci ilə qədər Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. == Toponimi == Toponim "yığcam", "toplu" mənasında işlənən toparlı sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hatsik qoyulmuşdur.1945-ci ildə kənd ermənicə Hatsik adlandırılmışdır. Taparlı kəndin əsasını qoymuş tayfanın adıdır.
Çaparlı
Çaparlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Çaparlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd.
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Avtomatik tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. == Tarixi == 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. == İstinadlar == == Ədəbiyyat == Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Papaqçı (personaj)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Pulemyot-tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Sasaki Takauci
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. == Həyatı == Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir.Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur.Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh.
Tatarca Vikipediya
Tatarca Vikipediya (tatar. Татар Википедиясе)— Vikipediyanın tatar dilində olan bölməsidir. 2003-cü ilin sentyabrın 15-də açılıb və o vaxt orada ancaq latın əlifbadası işlənilirdi. İndi isə orada iki əlifbada istifadə edilir: latın və kiril. == Tarix == 15 iyun 2009–4000 məqalə. 28 dekabr 2009–5000 məqalə. 14 aprel 2010–6000 məqalə. 24 dekabr 2010–8000 məqalə. 8 iyul 2011–10 000 məqalə. 28 iyul 2011–50 000 məqalə.
Tatarlı (Goranboy)
Tatarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun faktiki mövcud olan Tatarlı kəndi dəqiqləşdirmə qaydasında Səfikürd kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Tatarlı kəndi Şəfikürd kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatarlı kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha, Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə isə bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Bu adda Şəmkir rayonunda da kənd qeyda alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2046 nəfər əhali yaşayır.
Tatarlı (Şəmkir)
Tatarlı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XI əsrə aid Qız qalası kompleksi bu kənddə yerləşir.[mənbə göstərin] == Əhalisi == Kənd əhalisi 2675 nəfərdir ki, onunda 1355 nəfəri kişi, 1320 nəfəri isə qadınlar təşkil edir. == Coğrafiyası və iqlimi == Zəyəm və Bada çayları kəndin ərazisindən keçir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Əkinçilikdə əsas yeri kartofçuluq tutur.
Tatarlı bələdiyyəsi
Tatarlı bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Tatarlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Yaparlı boyu
Yaparlı boyu — Oğuz Xaqan Dastanına görə Oğuzların 24 boyundan biri. Bu boyların Boz oxlar qolundan (sağ Qolundan) Oğuz Xanın oğlu Ay xanın soyundan gəldikləri qəbul edilir. “Müşk ətirli” mənasındadır. Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk əsərində bunlardan ətraflı bəhs etməmişdir. Totem heyvanı qırğı qartal idi.
Çaparlı (Ağsu)
Çaparlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 773 nəfərdir (2009). == Tarixi == Çaparlı Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Keçmiş adı Gorus Çaparlı olmuşdur. 1813-cü ildə rus ordusu Azərbaycanı işğal edəndə Tovuz, Şəmkir və Qovlar qədim yaşayış sahələrindən qovulmuş Qaraduzlu və Çaparlı tayfaları, eləcə də Gorusdan Körus tayfalarının bir hissəsi Türkiyənin Qars vilayətinə, az bir hissəsi - 300 ailə isə Şirvan zonasına üz tutublar. Bununla da həmin ailələr Ağsu rayonunun ərazisində məskunlaşaraq, Çaparlı kəndini yaradıblar.
Çaparlı (Şəmkir)
Çaparlı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. XIX əsrdə Yelizavetpol (Gəncə) qəzasında maldarlıqla məşğul olan tayfalardan biri də gorus çaparlı adlanırdı. Kənd həmin nəslə mənsub ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Etnotoponimdir. == Mədəniyyəti == Çaparlı bazilikası == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaparlı bazilikası
Çaparlı alban məbədi (IV-V əsrlər) — Cənubi Qafqaz qaz boru kəmərinin inşaatı ilə əlaqədar 2005-ci ildə Şəmkir rayonunun Çaparlı kəndi yaxınlığında antik və erkən orta əsrlərə aid arxeoloji kompleks tədqiq edilmişdir. Arxeoloji qazıntılar nəticəsində burada alban xristian məbədi və qəbiristanlığı aşkarlanaraq öyrənilmişdir. Qazıntı sahəsinin 6 saylı kvadratında biri digərinin üzərində olmaqla iki bina qalığı üzə çıxarılmışdır. Üst inşaat qatında aşkarlanan tikili güclü dağıntıya məruz qalsa da onun dördkünc biçimdə olduğunu ehtimal etmək olar. Şərq-qərb istiqamətdə 40-50 sm enində divar 2,5 uzunluqda salamat qalmışdı, şərq tərəfdə ona digər bir divar birləşərək bucaq yaradırdı. Çaydaşından inşa edilmiş tikili qalıqlarının X-XI əsrlərə aid olduğu bildirilir. Bu tikilidən altda iri əhəng daşlarından inşa olunmuş, kvadrat biçimli, 25 kv.m. sahəli bina qalığı yerləşirdi. Şərq divarında eni 1,3 m olan qapı yeri vardı. Divarların eni 1,5 m, qapı hissədə isə 1,6 m idi.
Çaparlı bələdiyyəsi
Çaparlı bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Çaparlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Sağarçı (Mahnişan)
Sağarçı (fars. ساغرچي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (33 ailə).