Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marmota marmota
Alp marmotu və ya Avropa marmotu (lat. Marmota marmota) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Mərkəzi və Cənubi Avropanın yüksək dağ rayonlarında yayılmışdır. Alp marmotuna daş qayalıqlarında dəniz səviyyəsindən 600–3200 m yüksəkliklərdə rast gəinir.Əlverişli şəraitdə 1 km2 ərazidə 40-80 fərd yaşayır.
Marmota
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Qranita
Nanəli qranita (it. Granita) Siciliyalı desert. Buzlu, şəkərli, meyvə qarışıqlı desertidir. Şərbətdən daha qatı struktura malikdir. Kulinar Djefri Steynqarten qeyd edir ki, desertin qatılığı yerindən asılı olaraq dəyişir. Müxtəlif cür qranitalar müxtəlif cür hazırlanır. Belə ki, daha yumşaq formada olanı əsasən dondurma maşınlarında, daha bərk olanları isə soyuducuların dondurucu hissəsində hazırlanır. Çünki onlar daha kristallik olmalıdırlar. Limonlu, portağallı sok, çərəzlər, badam, kofe, nanə, jasmin, mövsümi giləmeyvələrdən istifadə edilir. Bəzən şərab və ya digər bərk alkoqollu içkilər də əlavə edirlər.
Qramon
Qramon (fr. Gramond, oks. Gramont) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15–64 yaş arasında) arasında 145 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 79,2%, 1999-cu ildə 66,0%) olmuşdur.
Qrampa
Qrampa, Ziazan — Ermənistanın Üçkilsə rayonunda kənd.
Ramona
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Qramos
Qramos (yun. Γράμμος) — Yunanıstanın şimal-qərbindəki dağ silsiləsi. Albaniya ilə sərhəd yaxınlığında yerləşir. Ən hündür zirvəsi dəniz səviyyəsindən 2522 metrdə yerləşən Suka-Petsikdir (Τσούκα Πέτσικ). 1946–1949-cu illər Yunanıstanda vətəndaş müharibəsi zamanı şiddətli döyüşlərin baş verdiyi yer olmuşdur. Гра́мос // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Felis marmota
Jurinea grumosa
Jurinea grumosa (lat. Jurinea grumosa) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Marmota baibacina
Boz marmot (lat. Marmota baibacina) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Tyan-Şan və Altay dağlarında yayılmışdır.
Marmota bobak
Bozqır marmotu (lat. Marmota bobak) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Marmota broweri
Alyaska marmotu (lat. Marmota broweri) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Bu marmotların uzunluğu 53,9-65,2 sm, kütləsi 2,5-4 kq arasında dəyişir. Alyaska marmotu Alyaskada Bruks sıra dağlarının yamaclarında yaşayır. Bu, onun yırtıcılardan qorunmasına şərait yaradır. Onlar ot, çiçəkli bitkilər, mamır və şibyə ilə qidalanırlar. Alyaskanın yerli əhalisi alyaska marmotunun ətinin yeyir, dərisindən geyim üçün istifadə edirlər.
Marmota caligata
Çal marmot (lat. Marmota caligata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Marmota camtschatica
Kamçatka marmotu (lat. Marmota camtschatica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Marmota caudata
Qırmızı marmot və ya uzunquyruq marmot (lat. Marmota caudata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Marmota flaviventris
Sarıqarın marmot (lat. Marmota flaviventris) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Marmota himalayana
Himalay marmotu (lat. Marmota himalayana) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Bu heyvanlar Pakistanın Deosay və Hindistan Kəşmirindəki Ladakx düzənliklərində yaşayırlar. Himalay marmotları iri pişik böyüklüyündə olub koloniyalarla yaşayırlar.
Marmota kastschenko
Meşə-çöl marmotu (lat. Marmota kastschenko) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Marmota menzbieri
Menzbir marmotu (lat. Marmota menzbieri) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Marmota monax
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Marmota olympus
Olimpiya marmotu (lat. Marmota olympus) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Marmota sibirica
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Marmota vancouverensis
Vankuver marmotu (lat. Marmota vancouverensis) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Şimali Amerika gəmiricisi olan bu məməli heyvan Kanadanın Vankuver adası üçün endemikdir və əsasən adanın cənub hissələrində hündürlüyü 500 m-ə qədər olan dağlarda yaşayır. Bu marmotlar ayrıca növ olub nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Belə ki, təbii şəraitdə yaşayan cəmi 35-dən az növün qaldığı təsbit edilmişdir. Vankuver marmotunun xəzi fəsillərə görə müxtəlif rəngdə olur. Yayın əvvəlində qəhvəyi, iyulda isə xəz tökülür və bədənin və başın yuxarı hissəsində ağ zolaqları olan qara rəngdə olur. Marmotun kütləsi də fəsillərə görə dəyişir və il ərzində 3-3,5 kq-la 5-6 kq arasında dəyişir. Bədəninin uzunluğu 68-70 sm olur.
Metaseiulus gramina
Metaseiulus gramina (lat. Metaseiulus gramina) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Yekaterina Qradova
Yekaterina Georgiyevna Qradova (rus. Екатерина Георгиевна Градова; 6 oktyabr 1946, Moskva – 22 fevral 2021, Moskva) — Sovet teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1983). Yekaterina Georgiyevna Qradova 6 oktyabr 1946-cı ildə Moskvada tanınmış memar, professor, Georgi Qradov (1911–1984)) və Qoqol adına teatrın aktrisası Raisa Qradovanın (1923–2011) ailəsində anadan olub. Əvvəlcə Moskva xarici dillər institutunda, ardınca MXAT məktəb-studiyasında təhsil alıb (kurs rəhbəri — Vasili Petroviç Markov). Məşhur aktyor Andrey Mironovla nikahdan sonradan teatr və kino aktrisası kimi tanınacaq qızı Mariya Mironova dünyaya gəlib. Aktrisa Yekaterina Qradovanın tamaşaçı kütləsi tərəfindən ilk dəfə tanınması 1969-cu ilə təsadüf edir. MXAT məktəb-studiyasının 4-cü kurs tələbəsi olarkən Mayakovski adına Moskva akademik teatrının "İstedadlar və pərəstişkarlar" tamaşasında baş rol olan Aleksandra Negina obrazını ifa edir. Həmin tamaşa rus teatrının ən görkəmli xadimləri tərəfindən səhnəyə qoyulmuşdu: quruluşçu rejissor Mariya Knebel, rəssam Yuri Pimenov, aktyorlar V. Orlova, Q. Kirillov, Vladimir Samoylov, Q. Anisimova, Aleksandr Lazarev, Maksim Ştraux və başqaları. Aktrisa ən böyük şöhrətini isə 1973-cü ildə "Baharın on yeddi anı" çoxseriyalı bədii televiziya filminin ekranlara çıxmasından sonra qazandı. Qradova həmin filmdə Ket rolunu ifa etmişdi.