Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaradam
Qaradam — dam örtüyünün formasına görə piramidal-pilləli dam örtüklü ev. Süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir. XVIII-XIX və XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin əhatə etmişdir. Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi. Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də mövcud olmuşdur. Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir. X əsrin sonlarında ərəb coğrafiyaşünası əl-Məqdisi belə evlərin Ərdəbil mahalında da mövcud olduğunu qeyd edir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J. Şarden buranın yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir.
Tacaraq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Tamarau
Tamarau (lat. Bubalus mindorensis) — Boşbuynuzlular fəsiləsinin Asiya camışları cinsinə aid növ.
Tarakan
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi.
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Tarava
Tarava — Sakit Okeanında yerləşən Kiribati ada dövlətinin paytaxtıdır.Paytaxt Tarava Mərcan adasında yerləşir. 1979-cu ildən paytaxt statusundadır, o vaxta qədər isə Gilbert və Ellis adalarında Britaniya müstəmləkəsinin paytaxtı olmuşdur. == Tarixi == İkinci Dünya Müharibəsi zamanı ada yapon ordusu tərəfindən zəbt edilmişdi. 20–23 noyabr 1943-cü ildə Taravada Sakit okeanda baş verən qanlı döyüşlərdən biri baş tutur. Nəticədə amerika silahlıları yapon silahlılarına qalib gəlir.
Taçara
Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir. == Tarixi və inşaatı == İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir, ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır.
Arara
Arara — Braziliyanın şəhəridir.
Mataram sultanlığı
Mataram sultanlığı—1575-ci ildə qurulan və 1755-ci ilədək həyat sürən Yava adasındakı müstəqil bir müsəlman dövləti. == Tarixi == İslama bağlılıq, Hindu mədəniyyətini mənimsəmiş olan Macapahit hakimlərinə qarşı bir qorunma vasitəsi olaraq ortaya çıxınca İslami çevrə bir anda genişlədi. Şimal sahilləri xalqı da İslamiyəti qəbul etdi və silaha sarılaraq Macapahitlərə qarşı savaşdı. 1520-ci illərdə y Demak sultanı Raden Patah son Macapahit hakiminə qarşı zəfər əldə edərək Hindu hakimiyyətinə son verdi. İslamiyətin müstəqilliyə çatmaqda önəmli bir ünsür təşkil etdiyinin anlaşılması üzərinə öncəki dönəmdə hakim sinifi təşkil edənlər durumlarını qorumaq üçün İslamiyəti qəbul etmək məcburiyyətində qaldılar. Beləcə yeni düzəndə özlərinə bir yer edərək sosial həyatdakı köhnə durumlarını qismən də olsa qoruya bildilər. XVI əsrin sonlarına doğru Orta Yava bölgəsində Mataram sultanlığı adıyla geniş bir siyasi güc ortaya çıxdı (1575).Bu yeni dövlət Yava şimal sahili İslam dövlətləri kimi tamamilə İslami bir dövlət görüntüsü vermədi. Mataram hakimləri müsəlman olmaqla birlikdə onların hakimiyyətində qədim Hindu Macapahit krallığı dönəmindən qalma bir sıra siyasi ünsürlərin izlərini görmək mümkündür. Mataram sultanlığı hakimiyyətində qədim dönəmə aid Macapahit hakim və aristokratları fəaliyətlərini sürdürdülər. Mataram hüquq sistemi şimal sahili dövlətlərindəki kimi Qurani əsaslara deyil, ənənəvi Yava hüquq nizamınının ağırlığını qoruduğu bir sistemə dayanırdı.
Nick Tarabay
Nick Emad Tarabay (d. 28 avqust, 1975. Beyrut, Livan) — Livan-Amerika aktyoru. O ən çox Starz TV-də yayımlanan Spartak seriyasındakı Aşur rolu ilə tanınır. == Həyatı == Tarabay 1975-ci il,28 Avqustda Livanda Beyrutda dünyaya gəlib.O,orta məktəbi Livanda qurtarandan sonra Nyu-Yorka köçmüşdür.2004-cü ildə isə Los-Ancelesə köçmüşdür. Tarabay Sex and the City bir epizod əlavə kimi televiziya debüt etdi(2000).O,The Sopranosda da kiçik bir rol-Matuş-narkotik diler rolu oynadı(2001-2004).Habelə 2008-ci ildə Crashdan tez əsəbləşən polis leytenant rolu oynadı. Tarabay Starz TV-nin seriyası olan Spartacus: Blood and Sand VƏ Spartacus: Vengeancedə əsas rollardan olan Aşur xarakterini canlandırdı.O,ayağından zədələnmiş,sonra isə keçmiş qladiator kimi casusluq etmişdir.
Qara tarakan
Qara tarakan (lat. Blatta orientalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinin tarakan cinsinə aid heyvan növü. Azərbaycanda geniş yayılmış növlərdən biridir. Çox vaxt tuqay meşələrində, təbii və mədəni senozlarda rast gəlinir. Evlərdə müxtəlif qida məhsulları ilə qidalanır. == Yayılması == Qara tarakanın vətəni tropik Asiyadır. Ticarət yolu vasitəsilə yeyinti məmulatları ilə birlikdə Aralıq dənizi ölkələrinə, oradan isə XVI əsrin axırlarında Qərbi Avropa ölkələrinə (İngiltərə və Hollandiyaya) gətirilmişdir. Hazırda bütün Avropada yayılmışdır. == Qısa təsviri == Qara tarakanın bədəni müstəqil baş, döş və qarıncıq hissəsindən ibarətdir. Uzunluğu 18-30 mm-dir.
Tacaraq (Nir)
Tacaraq (fars. تجرق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (55 ailə).
Tacaraq (Əcəbşir)
Tacaraq (fars. تجرق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 623 nəfər yaşayır (156 ailə).
Taravai adası
Taravai adası (fr. Taravai) — Qambe arxipelaqına daxil olan ikinci ən böyük ada (Fransa Polineziyası). == Coğrafiya == Manqareva adasından 1,5 kmk cənub-qərbdə, Aqakauitai adaından isə 300 m şimalda yerləşir. Ada qayalıqdan ibarətdir. Üçbucaq formaya malikdir. Adanın sahəsi 5,7 km²-dir. Maksimal hündürlüyü 256 metrdir. == Tarixi == Adanın sakinləri 1838-ci ildə xristianlaşdırılmışdır. Adanı ilk dəfə 1797-ci ildə ingilis Vilson kəşf etmişdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir.
Ararat (kənd)
Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır. == Toponimi == Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.
Ararat (şəhər)
Ararat — Ermənistanda şəhər.
Ararat Respublikası
Ararat Respublikası və ya Kürd Ararat Respublikası(Kürd: Komara Agiriyê, کۆماری ئارارات və Kürd: Komara Araratê) özünü Kürd dövləti elan etmişdi. Türkiyənin şərqində, mərkəzi Karaköse vilayətində yerləşirdi. Agirî, kürd dilində Ararat adlanır. == Tarixi == Xoybun partiyasının mərkəzi komitəsinin rəhbərlik etdiyi Ararat Respublikası 28 oktyabr 1927-ci ildə və ya 1928-ci ildə, Türkiyənin cənub-şərqindəki kürdlər arasında üsyan dalğası zamanı müstəqillik elan etdi. Xoybunun ilk iclasında İhsan Nuri Paşa Ararat qiyamının hərbi komandiri elan edildi. 1927-ci ilin oktyabrında Kürd Ava, və ya Ararat Dağı yaxınlığındakı bir kənd olan Kürdəva, Kürdüstanın müvəqqəti paytaxtı olaraq təyin edildi. Xoybûn Böyük Güclərə və Millətlər İttifaqına müraciət etdi və eyni zamanda İraq və Suriyadakı digər kürdlərlə əlaqə yaratmaq üçün mesajlar göndərdi. Ancaq Türkiyə tərəfindən edilən təzyiq altında, Britaniya İmperiyası və Fransa Xoybun üzvlərinin fəaliyyətlərinə məhdudiyyətlər qoydular. Türk ordusu sonradan 1930-cu ilin sentyabrında Ararat Respublikasını məğlub etdi.
Ararat dialekti
İrəvan dialekti (erm. Երևանի բարբառ Yerevani barbař) — şərqi erməni dilinin İrəvan və onun ətrafında danışılan dialekti. Qrabar sözləri İrəvan dialektinin lüğət tərkibinin əhəmiyyətli hissəsini təşkil edir. Tarix boyu bu dialekt bir çox dillərin, xüsusən də rus və fars dillərinin təsirinə məruz qalmışdır və bu gün çoxlu alınma sözlər var. Bu gün erməni dilinin ən geniş yayılmış dialektidir.Tarixən bu dialekti əsasən danışıldığı Ağrı vadisinə istinadən Ararat dialekti kimi tanınırdı. XIX əsrdə müasir ədəbi erməni dilinin yaradılması üçün səylər göstərilmişdir. 1841-ci ildə erməni yazıçısı Xaçatur Abovyan İrəvan dialekti yazdığı "Ermənistanın yaraları" romanını tamamlamışdır. 1918-ci ildə İrəvan Birinci Ermənistan Respublikasının paytaxtı elan edildiyinə görə İrəvan dialektinin əhəmiyyəti artmışdır. Sovet dövründə şərqi erməni dili və İrəvan dialekti üstünlük təşkil edən rus dilinin güclü təsiri altına düşmüşdür və 1980-ci illərin sonunda ruslaşdırma erməni dilinin gələcəyi üçün zərərli hesab edilmişdir.Bu gün İrəvanda yaşayan ən azı 1 milyon insan danışıq ermənicəsinin əsasını təşkil edən İrəvan dialektində danışır. Bundan əlavə, Ermənistanda, qondarma Dağlıq Qarabağ Respublikasında və Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda faktiki olaraq bütün dialektika təhsil sistemi vasitəsilə İrəvan dialektinin təsiri altındadır.
Ararat mahmızçiçəyi
Ararat mahmızçiçəyi (lat. Delphinium araraticum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Ararat mərzi
Ararat mərzi (erm. Արարատի մարզ) — Ermənistan Respublikasında I dərəcəli inzibati–ərazi vahidlərindən biri. İnzibati mərkəzi Artaşat şəhəridir.
Ararat qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Ararat rayonu
Vedi rayonu, Ararat rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Vedibasar mahalı rayonu ərazisində rayon. Mərkəzi Böyük Vedi şəhəridir. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. 1968-ci il mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılıb. Ərazisi 1399 kv. km-dir. Rayon mərkəzi Böyük Vedidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 49 km-dir. Vedi rayonu Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850-1000 metrdir.
Böyük Tamara
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib.Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi.Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb. İkinci əri kimi Tamara Alaniya şahzadəsi David Soslanı seçib və Daviddən iki övladı — sıra ilə Gürcüstan taxtının sahibləri olan Georgi və Rusudan doğulub.Tamaranın dövrün siyasi və hərbi uğurları və mədəni nailiyyətləri ilə əlaqələndirilməsi və onun qadın hökmdar kimi rolu gürcülərin incəsənət əsərlərində və tarixi yaddaşında onu ideallaşdırmasına və romantikləşdirməsinə səbəb olub. O, Gürcüstanın populyar mədəniyyətində vacib simvol olaraq qalır və Gürcü Ortodoks Kilsəsi tərəfindən Müqəddəs Mömin Kral Tamara (gürc.