TAMAN
TAMERLAN
OBASTAN VİKİ
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Nelumbium tamara
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Tamara (rəqs)
Tamara — Azərbaycanın milli rəqsi. Təqribən 1916-1917-ci illərdə Bakıda yaranıb. Rəqsə bu ad toylarda Azərbaycan rəqslərini ifa edən məşhur Salyanlı rəqqasə Tamaranın şərəfinə verilmişdir. Lirik rəqsdir, əsasən qadınlar tərəfindən, çox hallarda həm də kişilər tərəfindən aram tempdə ifa olunur. Rəqs muğam oxunması ilə başlanır.
Tamara Abakeliya
Tamara Qriqoryevna Abakeliya (gürc. თამარ გრიგოლის ასული აბაკელია, 19 avqust (1 sentyabr) 1905, Xoni, İmereti – 14 may 1953, Tbilisi, SSRİ) — Gürcüstan-sovet heykəltəraşı, teatr rəssamı, qrafik rəssamı, qrafik dizayneri. Məşhur həkim və ictimai xadim İoseb Abakelianın (1882–1938) qardaşı qızıdır. Tamara Abakeliya 19 avqust 1905-ci ildə Gürcüstanın qərbində, İmereti bölgəsində Xoni qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Sonra rəssamlıq təhsilini almaq üçün Tbilisiyə yollanmışdır. Tamara Abakeliya 1924–1929-cu illərdə N.P.Kandelaki, E.E.Lansere və Y.İ.Nikoladzenin də dərs verdiyi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Teatr və dekorativ rəngkarlıq sahəsində K.A.Marcanişvilinin rəhbərliyi altında işləməyə başlayır. 1932–1934-cü illərdə Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının rəssamı idi. 1942-ci ildən Sov.İKP üzvü olub.
Tamara Beruçaşvili
Tamara Beruçaşvili (gürc. თამარ ბერუჩაშვილი; 9 aprel 1961, Tbilisi) — Gürcüstan dövlət xadimi və diplomatı. 1998-2000-ci illərdə Gürcüstanın Ticarət və Xarici İqtisadi Əlaqələr naziri, 2004-cü ildə Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Naziri, 2014-2015-ci illərdə Gürcüstanın Xarici İşlər Naziri, 2016-cı ildən isə Gürcüstanın Böyük Britaniyadakı səfiridir. Beruçaşvili 1985-ci ildə Moskvanın Rusiya Xalqlar Dostluğu Universitetini bitirib, fizika-riyaziyyat və təbiət elmləri, eləcə də xarici dillər fakültələrində təhsil alıb. Təhsilinə görə - kimyaçı, fransız dilindən tərcüməçidir. 1986-1990-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Farmakologiya İnstitutunda baş laborant işləyib. 1990-1992-ci illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi olur. 1992-ci ildə UNESCO Beynəlxalq İdarəetmə Mərkəzini bitirib. 1992-1994-cü illərdə Gürcüstanın Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsində işləmiş, TACIS proqramının koordinasiya bürosunun inzibatçısı olmuşdur. 1994-1996-cı illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində çalışır, TACIS proqramının koordinasiya bürosunda icraçı direktor müavini vəzifəsini tutur.
Tamara Gözəlova
Tamara Gözəlova 14 fevral 1940, Bakı – 8 may 2020, Bakı) — Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi. Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 1956–1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad" adıyla məşhurlaşan "O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırıb. Bir övladı olan Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur. Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz.
Tamara Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Tamara Qəniyeva
Tamara Qəniyeva (başq. Тамара (Тимербикә) Әхмәтшәриф ҡыҙы Ғәниева 25 yanvar 1951, Kinzyabay[d], Başqırd MSSR) — Başqırd şairəsi, tərcüməçi və dramaturq. Başqırdıstanın xalq şairi (2019). Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi (1993). Rusiya Yazıçılar Birliyinin, BMSSR Yazıçılar Birliyinin üzvü (1986). R.Qaripov (1998), F. Kərim (2004), B. Bikbay (2013) adına mükafatı laureatı. Mahmud Kaşğari Beynəlxalq Hekayə Müsabiqəsinin (2014) laureatı. Başqırd dilinə ən yaxşı bədii tərcüməyə görə "Şöz bağlayan ip" Ümumrusiya ədəbi mükafatı laureatı (2016). Başqırdıstan Respublikasının 100 illiyinə həsr olunmuş "Şanlı Başqırdıstanım!" Şeir müsabiqəsinin laureatı (2018). Tamara Qəniyeva 25 yanvar 1951-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialis Rerspublikasının Kumertau rayonunun Kinzyabay kəndində (indiki Başqırdıstan Respublikasının Kuyargazinski rayonu) anadan olmuşdur.
Tamara Sinyavskaya
Tamara İlyiniçna Sinyavskaya (rus. Тамара Ильинична Синявская; 6 iyul 1943, Moskva, SSRİ) — sovet və rus opera müğənnisi (mezzo-soprano) və müəllim.RSFSR xalq artisti və Azərbaycan Respublikasının xalq artisti. SSRİ xalq artisti (1982). Lenin komsomolu mükafatı (1980) qalibi. Tamara Sinyavskaya 6 iyul 1943-cü ildə Moskvada anadan olub Altı yaşında o, Pionerlər Sarayındakı Mahnı və Rəqs Ansamblına rəqs qrupuna daxil oldu.Bir müddət sonra 1953-cü ildə yenidən Pionerlər Sarayında V. S. Loktevin rəhbərliyi altında Mahnı və Rəqs Ansamblında təhsili alıb. Orta məktəbi bitirdikdən sonra Moskva Konservatoriyasının nəzdindəki Musiqi Məktəbinə (L. M. Markovanın sinfi, sonra O. P. Pomerantseva) daxil olub. Məktəbdəki təhsilini Maly Teatrındakı işi ilə birləşdirdi - səhnə xorunda oxudu. 1970-ci ildə GİTİS-in musiqili komediya şöbəsini (D. B. Belyavskaya sinfi) bitirmişdir. 1964-cü ildə kolleci bitirdikdən sonra Dövlət Akademik Böyük Teatrında müsabiqədən keçərək kollektivə daxil olub. O, teatrda Q.Verdinin "Riqoletto"sunda Peyc rolunda debüt etdi.
Tamara Stanisiç
Tamara Stanisiç — 1998-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. Tamara Stanisiç 1997-ci ildə anadan olmuşdur. Tamara Stanisiç 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2015 və 2014-cü illərdə Dünya Çempionatında iştirak etmişdir.
Tamara Tansıkkujina
Tamara Tansıkkujina (tam adı: Tamara Tansıkkujina, başq. Танһыҡҡужина Тамара Михаил ҡыҙы; 11 dekabr 1978, Naberejnıye Çelnı, Tatarıstan MSSR) — Rusiyanın beynəlxalq dama oyunçusu, beynəlxalq qrosmeyster, Dünya Dama Federasiyasında qadın oyunçuların nümayəndəsi, Başqırdıstan Respublikası Dama Federasiyasının İcraiyyə Komitəsinin sədri. O, qadınlar arasında beşqat Dünya çempionu, ikiqat Avropa çempionudur. Həmçinin, Rusiyada 20 ən yaxşı oyunçudan (cinsindən asılı olmayaraq) biridir. Doğma Başqırdıstanda keçirilmiş festivalın fəxri qonağı olmuşdur. 2013 Dünya Dama Çempionatında B qrupunda 8-ci yeri tutmuşdur. Yar Çallı şahmat və dama klubunun yetirməsidir. Klubda məşqçiləri Sergey Oveçkin və M. Belkina olmuşdur, hazırda isə Yuri Çertok və Aleksey Çijovdur. Başqırdıstan İctimai Palatasının üzvü olub. Dama ilə 8 yaşında pionerlər evində olarkən məşğul olmağa başlayıb.
Tamara Todevska
Tamara Todevska (mak. Тамара Тодевска; d. 1 iyun 1985, Skopye, Şimali Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Şimali Makedoniya müğənnisi. Tamara Todevska 1 iyun 1985-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Şimali Makedoniyanın Skopye şəhərində dünyaya göz açmışdır. Tamaranın atası Velko Todevski musiqi müəllimi, Bosniya və Herseqovinada anadan olan Serb əsilli anası Branka Todevska isə opera ifaçısıdır. Onun böyük bacısı Tiyana Dapçeviç "To The Sky" mahnısı ilə Şimali Makedoniyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamaranın ilk mahnısı 1997-ci ildə bacısı Tiyana ilə birlikdə ifa etdiyi "Igra luda" (azərb. Çılğın oyun‎) olmuşdur. O, 2003-cü ildə Monteneqroda keçirilən Sunçane Skale musiqi festivalında "1003" adlı mahnı ilə çıxışından sonra şöhrət qazanmışdır. Tamara festivalda 2-ci yerdə qərarlaşmışdır.
Tamara Vəliyeva
Tamara Vəliyeva (tam adı: Tamara Əlibala qızı Vəliyeva; 1959, Beyləqan, Azərbaycan SSR) — nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). Tamara Vəliyeva 1959-cu ildə Beyləqan şəhərində anadan olub. 1963–1973-cü illərdə orta ümumtəhsil məktəbində təhsil almış, 1980-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya ixtisası üzrə təhsilini başa vurmuşdur. Uzun müddət "Yazıçı" nəşriyyatında çalışıb. 1984-cü ildən başlayaraq müxtəlif almanaxlarda, qəzet və jurnallarda çap olunmağa başlayıb. "Çəlikli qoca" adlı povest və hekayələrdən ibarət ilk kitabı 1990-cı ildə çap olunub. "Xəyanət" adlı ikinci kitabı 2000-ci , "Məhəbbət ölüncə var" kitabı, 2001-ci ildə işıq üzü görüb. "Mənim ağ göyərçinim" pyesi 1999-cu ildən başlayaraq Azərbaycanın müxtəlif dövlət teatrlarında tamaşaya qoyulub. "Bankir adaxlı" musiqili komediya əsəri 2000-ci ildən bu günə qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında oynanılır və bu pyesə görə müəllif Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Beynəlxalq "Qızıl Dərviş" mükafatına layiq görülüb. "Mən dəyərəm min cavana" musiqili komediyası da Musiqili Teatrda 2007-ci ildə tamaşaya qoyulub, hələ də səhnədədir.
Tamara Xatun
Tamara Xatun və ya Kera Tamara (XIV əsr və ya 1340, Bolqarıstan – XIV əsr və ya 1389, Osmanlı imperiyası) — Bolqar çarı İvan Aleksandrın qızı və 3-cü Osmanlı sultanı I Muradın xanımı. Tamara Xatun 1340-cı ildə Bolqar çarı İvan Aleksandr və onun ikinci xanımı Sarah Teodoranın qızı olaraq dünyaya gəldi. Atasından sonra çar olan İvan Şişmanın doğma bacısı idi. Həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. İlk ərinin despot Konstantin olduğu məlumdur. Ancaq bəzi mənbələrin onun Bizans imperatoru II Manuelin qaynatası Konstantin Draqas olduğunu iddia etməsi yalnışdır. Çünki adı çəkilən şəxs 1395-ci ildə vəfat etmiş, Tamara isə tarixi mənbələrdə 1371-ci ildən artıq dul olaraq anılmağa başlanmışdır. 1371-ci ildə atası Çar Aleksandr vəfat etdi və qardaşı İvan Şişman Bolqar taxtına əyləşdi. Həmin il Osmanlı sultanı I Muradın elçiləri paytaxt Tırnovaya yollandı və yeni çarla sülh şərtlərini yenilədi. Ancaq çarın gözəl bacısının dul olduğunu bilən Sultan Muradın bu dəfəki sülh tələbi başqa idi.
Tamara Yandiyeva
Tamara Yandiyeva (tam adı: Tamara Xavajovna Yandiyeva, rus. Тама́ра Хава́жовна Янди́ева; 23 iyul 1955, Karaqanda) — SSRİ və Rusiya aktrisası, İnquşetiyanın xalq artisti (2002). Tamara Yandiyeva 1955-ci ildə Qazaxıstanın Karaqanda vilayətində dünyaya gəlib. Sovet və Rusiya aktrisası, estrada mahnıları ifaçısı olan T.Yandiyeva Çeçen-İnquş Respublikasının, Abxaziya, Şimali Osetiya və Rusiya Federasiyasının əməkdar, İnquşetiyanın xalq artistidir. Vokalçı kimi ilk dəfə o vaxt “Loam” qrupunun üzvü olan Ruslan Naurbiyevlə ifa etdiyi "Xyu sayran xita eça" ("Sən çeşmə başına gələndə") mahnısı ilə bütün Qafqazda tanınan T.Yandiyevanın yaradıcılığının 30 illiyi 2010-cu ilin dekabrında Moskvada qeyd edilib. Bu vaxta qədər "Saxyat" ("Saat"), "Malxa İlli" ("Günəşə həsr olunmuş nəğmələr"), "Pir doaqa malx" ("Parlayan günəş") adlı üç albom buraxdıran T.Yandiyeva bu gün də ifaçılıq fəaliyyətini davam etdirir. T.Yandiyeva çəkildiyi 18 filmin 16-da baş rolları canlandırıb: "Odlu yollar", "Dağ novellası", "Babək", "Gözlə məni", "Əjdaha ili", "Müqəddəs dəmirçixananın zəngi", "Əgər sevirsənsə", "Məhəbbətin qəribəlikləri haqqında", "Şəhrizadın daha bir gecəsi", "Dağlarda uzun əks-səda", "Salam, Gülnarə Rəhimovna!", "Şəhrizadın yeni nağılları", "Şəhrizadın son gecəsi", "Xoca Nəsrəddinin qayıtması", "Adjubanın qara şahzadəsi", "Valtasar ziyarəti və ya Stalinlə bir gecə".
Tamara Duda
Tamara Anatolyevna Duda (ukr. Тамара Анатоліївна Дуда), Tamara Oroxovoye Zyornışko təxəllüsü ilə də tanınır (ukr. Тамара Горіха Зерня; 5 yanvar 1976, Kiyev) — Ukrayna yazıçısı. O, 2022-ci il Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı olmuş, 2019-cu ildə yazdığı "Qız" romanı "BBC" tərəfindən "İlin kitabı" seçilmişdir. Tamara Duda könüllü fəaliyyəti ilə tanınır. Tamara Anatolyevna Duda Kiyevdə anadan olmuşdur. 1992-ci ildə Ukrayna Humanitar Liseyini bitirmişdir. 1993-cü ildə Kiyev Universitetinin Jurnalistika İnstitutuna daxil olmuş, 1998-ci ildə diplomunu müdafiə etmişdir. 2003–-2005-ci illərdə Kiyev Beynəlxalq Universitetində təhsil almışdır. O, 20 ildən artıqdır ki, ingilis dilindən iqtisadiyyat haqqında mətnləri ukrayn dilinə tərcümə edir.
Tamara Eydelman
Tamara Eydelman (rus. Тама́ра Ната́новна Эйдельма́н; 15 dekabr 1959, Moskva) — Rusiya tarixçisi, pedaqoq, yazıçı, tərcüməçi, radio aparıcısı və bloqer. Rusiya Federasiyasının əməkdar müəllimi (2003). Tarix və pedaqoqika üzrə çoxsaylı məqalələrin müəllifi, regionlararası ictimai təşkilat olan "Tarix Müəllimləri Birliyi"nin idarə heyətinin üzvüdür. Эйдельман – как устроена диктатура / How dictatorship works // вДудь. 17 марта 2022. Тамара Эйдельман и Лев Шлосберг: «Чему учит история» / Люди мира // ГражданинЪ TV. 15 марта 2023.
Tamara (bitki)
Şanagüllə (lat. Nelumbo) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Cyamus Sm. === Heterotipik sinonimləri === Nelumbium Juss. Tamara (bitki) Roxb. ex Steud. == Növləri == Nelumbo lutea (Willd.) Pers.
Tamara hemisphaerica
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Tamara alacası
Tamara alacası (lat. Zygaena tamara) — Pulcuqluqanadlılar dəstəsinə, Alacalar fəsiləsinə aid növ. Cənubi Qafqaz endemidir. Nəsli kəsilməkdə olan növdür. Qanadları açılmış halda 25-30 mm-dir. Ön qanadlar üzərində 3 ədəd iri ləkələr pupdan yenicə uçmuş kəpənəklərdə qırmızı olur, zaman keçdikcə isə onlar saralır, qanadların kənarı qara haşiyelidir. Dişilərdə arxa qanadlar qırmızı, erkəklərdə isə sarıdır. Qarıncığın sonuncu buğumları qırmızı, ucu isə qaradır. Zəngəzur və Dərələyəz sıra dağlarının cənub yamacları. Kserofil bitkilər ilə örtülü (traqakant gəvənlər (Astragalus sp.), tikanlı xaşa (Onobrychis sp.), çatır, zımbırtikan (Eryngium sp.), sığırquyruğu (Verbascum sp.), ceyranotu (Petrosimonia brachiata) və s.) açıq dağətəyi və dağ yamacları.
Tamara alba
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Tamara rubra
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Tamara rəqsi
Tamara — Azərbaycanın milli rəqsi. Təqribən 1916-1917-ci illərdə Bakıda yaranıb. Rəqsə bu ad toylarda Azərbaycan rəqslərini ifa edən məşhur Salyanlı rəqqasə Tamaranın şərəfinə verilmişdir. Lirik rəqsdir, əsasən qadınlar tərəfindən, çox hallarda həm də kişilər tərəfindən aram tempdə ifa olunur. Rəqs muğam oxunması ilə başlanır.
Tamara xanım
Tamara xanım (özb. Tamaraxonim; əsl adı və familyası — Tamara Artyomovna Petrosyan, 29 mart 1906, Yeni Mərgilan, Fərqanə vilayəti[…] – 30 iyun 1991, Daşkənd) — özbək sovet rəqqasəsi, müğənni, özbək peşəkar rəqsinin yaradıcılarından biri, SSRİ xalq artisti (1956). Tamara xanım 1906-cı ildə Fərqanə şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1919-cu ildən başlamışdır. 1936-cı ildən Özbəkistan Dövlət Filarmoniyasında dollar, 1941-ci ildən həmçinin bədii rəhbər, baletmeyster kimi fəaliyyət göstərmişdir. Repertuarına ərəb, türk, əfqan, hind, gürcü, Azərbaycan, erməni və s. xalqların rəqsləri daxil olmuşdur. Tamara xanım mahnı-rəqs miniatürü janrını yaratmış, ifa etdiyi rəqslərin əksəriyyətinin quruluşunu vermişdir. Xarici ölkələrdə qastrolda olmuşdur. Tamara xanım 1991-ci ildə Daşkənd şəhərində vəfat etmişdir.
"Kraliça Tamara" ordeni (1918)
Kraliça Tamara ordeni 1918-ci il noyabrın 4-dən sonra Gürcüstanda döyüşmüş Gürcü Legionu və Alman Qafqaz Yürüşünün üzvlərinə verilən gürcü hərbi ordeni idi. 1918-ci il dekabrın 13-də 5352 saylı fərmanla sərəncam təsdiqləndi və 1921-ci ildə Qırmızı Ordunun işğalına qədər bu formada mövcud oldu. == Təsvir == Medal yalnız səkkizguşəli döş ulduzundan ibarətdir. Mavi minalanmış medalyonda müqəddəs Tamaranın zərli portreti bir qədər sağa çevrilmişdir. Üzərində ქართული ლეგიონი 1915 (Georgian Legion 1915) yazılıb. İkinci dərəcəli medalyon qızılla örtülmüş və adsızdı. Üçüncü dərəcəli medalyon isə sadəcə gümüşlə örtülmüşdür. Müvəqqəti və ya sonrakı hökumətin imkanları məhdud olduğundan, orden alanlar yalnız mükafat sertifikatı ala və öz vəsaitləri hesabına dekorasiya edə bilərdilər. Ümumilikdə, mükafat təxminən 2800 dəfə verildi və ən məşhur almanlar arasında feldmarşal Paul fon Hindenburq və general Erich Ludendorff da var idi. == Daşıma üsulu == Mükafat sinənin sol tərəfinə taxılır.
Kraliça Tamara ordeni
Kraliça Tamara ordeni bu mənaları ifadə edə bilər:
Kraliça Tamara ordeni (1918)
Kraliça Tamara ordeni 1918-ci il noyabrın 4-dən sonra Gürcüstanda döyüşmüş Gürcü Legionu və Alman Qafqaz Yürüşünün üzvlərinə verilən gürcü hərbi ordeni idi. 1918-ci il dekabrın 13-də 5352 saylı fərmanla sərəncam təsdiqləndi və 1921-ci ildə Qırmızı Ordunun işğalına qədər bu formada mövcud oldu. == Təsvir == Medal yalnız səkkizguşəli döş ulduzundan ibarətdir. Mavi minalanmış medalyonda müqəddəs Tamaranın zərli portreti bir qədər sağa çevrilmişdir. Üzərində ქართული ლეგიონი 1915 (Georgian Legion 1915) yazılıb. İkinci dərəcəli medalyon qızılla örtülmüş və adsızdı. Üçüncü dərəcəli medalyon isə sadəcə gümüşlə örtülmüşdür. Müvəqqəti və ya sonrakı hökumətin imkanları məhdud olduğundan, orden alanlar yalnız mükafat sertifikatı ala və öz vəsaitləri hesabına dekorasiya edə bilərdilər. Ümumilikdə, mükafat təxminən 2800 dəfə verildi və ən məşhur almanlar arasında feldmarşal Paul fon Hindenburq və general Erich Ludendorff da var idi. == Daşıma üsulu == Mükafat sinənin sol tərəfinə taxılır.
Nelumbium speciosum var. tamara
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Nelumbo speciosa var. tamara
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.

Digər lüğətlərdə