Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarovlu
Tarovlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Tarovlu kəndi dağətəyi ərazidədir. Əsl adı Taroğludur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Teymur Müskanlı kəndindən köçüb gəlmiş türklər: Tanrı verdi (Tarverdi, yaxud qısaldılmış formada Tar) və Allahverdi (Alo) adlı iki qardaş salmışdır. Kəndin ərazisində Tarverdi dərəsi də qeydə alınmışdır. Hazırda Cənubi Azərbaycanda Taroğlu adlı kənd mövcuddur. Çox güman ki, yaşayış məntəqəsi kəndin əsasını qoymuş böyük qardaşın adı ilə (təhrif olunaraq) belə adlanmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Edil Eyvazov — fizik.
Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur."Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi. Kənd də çayın yatağına nisbətən sahilindəki ucalıqlarda salınmışdır.
Tarqulu (Həştrud)
Tarqulu (fars. تارقلي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (63 ailə).
Tarıqulu Əmiraslanov
Tarıqulu Əmiraslanov (Tam adı:Tarıqulu Sadıq oğlu Əmiraslanov; d.1946; Azərbaycan, Qusar — ö.1993) — Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyat və fəaliyyəti == Tarıqulu Əmiraslanov 1946-cı ildə Azərbaycanın Qusar rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini fərqlənmə ilə bitirdikdən sonra təhsilini davam etdirmək üçün "Geoloji kəşfiyyat üsulları" kafedrasının aspiranturasında saxlanılır 1973-cü ildə "Naxçıvan vilayətinin geoloji quruluşununu geofiziki üsullarla tədqiqatları kompleksində qravimetrik kəşfiyyat" mövzusunda namizədlik dissertasiyanı müdafiə etmişdir. "Geofiziki kəşfiyyat üsulları" kafedrasında kiçik və böyük elmi işçi, dosent və professorvəzifələrində işləmişdir. 1988-ci ildə "Geofiziki sahələrin kompleks analizi əsasında mürəkkəb quruluşlu neftli-qazlı vilayətlərin qravimasiya anomaliyalarının interpretasiyası (Azərbaycan və onun akvatoriyası timsalında)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmi tədqiqatları Azərbaycanın mezozoy çöküntülərindən ibarət mürəkkəb quruluşlu vilayətlərinin tektonikasının bir sıra məsələlərinin həlli üçün qravimaqnit kəşfiyyatın nəticələrinin emalı və interpretasiyası proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlıdır. Əmiraslanov T. S. Azərbaycanın yeksək dəqiqli planalma materiallarının interpretasiyası üsullarını təkmilləşdirmişdir. O, çox sayda elmi məqalə və dərs vəsaitlərinin müəllifidir.
Eneda Tarifa
Eneda Tarifa (alb. Eneda Tarifa; d. 30 mart 1982, Tirana, Albaniya) ) — Alban müğənnisi. 2016-cı ildə Stokholmda Eurovision 2016-ya "Fairytale" ("Nağıl") mahnısı ilə Albaniyanı təmsil etmişdir. Lakin finala vəsiqə qazana bilməmişdir. == Bioqrafiyası == Eneda Tarifa 30 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 1997-ci ildə ilk dəfə Albaniyada keçirilən "Festivali i Këngës" festivalında Saimir Çili ilə birlikdə "Yjet e shpresës" mahnısı ilə iştirak etmişdir. Lakin ilk üçlüyə düşə bilməmişdir. 2001-ci ildə Eneda başqa bir alban festivalı olan «Kënga Magjike» müsabiqəsində «Ika larg» mahnısını ilə yarışa qatılmışdır. 2004-cü ildə Albaniya ilk dəfə Avraviziyanın milli seçimləri və «Festivali i Këngës 42» festivalında işrirak etdi.
Tariel Jarkimbayev
Tariel Jarkimbayev (17 sentyabr 1996) — Qırğızıstanlı xizək yürüşçüsü. Tariel Jarkimbayev Qırğızıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tariel Jarkimbayev birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Jarkimbayev 4:05.99 saniyəlik nəticəsi ilə 80 atlet arasında 78-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Tarif (iqtisadiyyat)
Tarif termini aşağıdakı mənalarda istifadə olunur: rəsmən müəyyən edilmiş ödünc, vergi, rüsum, maaş və s. miqdarı (cədvəli). Məsələn, əmək haqqı tarifi, poçt tarifi; müəssisələrə (təşkilatlara) və əhaliyə göstərilən sənaye və qeyri-sənaye xüsusiyyətli müxtəlif xidmətlərin ödənilməsi dərəcəsi, ödəniş norması; idarələrə, müəssisələrə, təşkilatlara və vətəndaşlara müxtəlif istehsal və qeyri-istehsal xidmətlərinə görə verilən ödəmə məzənnəsi sistemi. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tarif Cəfərzadə
Tarif Qədim oğlu Cəfərzadə (1 yanvar 2002, Pəlikəş, Astara rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəfərzadə Tarif Qədim oğlu 1 yanvar 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olub. 2019-cu ildə orta məktəbi başa vurub.2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tarif Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci il tarixində Xocavənd rayonunda gedən döyüşdə aldığı qəlpə yarası nəticəsində həlak olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tarif adası
Tarif adası və ya Palomas (isp. Isla de las Palomas) — Cəbəllütariq boğazında yerləşən kiçik ada. Tarif şəhərinin yaxınlığında yerləşir. Ada Pireney yarımadası ilə damba vastəsi ilə birləşdirilmişdir (1808). Adanın cənubunda Mərakeş burnu yerləşir. Burun Avropa qitəsinin ucqar cənub nöqtəsidir. Burunda mayak fəaliyyət göstərir.
Yaşıl tarif
Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elektrik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (minimum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakılardır: - Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik enerjisinin Alternativ enerji mənbələrindən şəbəkəyə göndərilməsi; - Yetərli olan minimum yaşıl tarif; - Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investisiya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (minimum) qiymət ödəniş zəmanəti; - Hər bir Alternativ enerji mənbələri texnologiyalarına aid ayrıca yaşıl tariflər; - Mümkün olan qiymət azaldılması. Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri: - Yüksək effektivlik; - İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə; - Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin səmərəliliyin artırılması/ mümkün olan qiymət azaldılması. Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davam¬lılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı Alternativ enerji mənbələrinin inkişafına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli şəkildə icra olunub və bu səbəbdən də o, dünyada Alternativ enerji mənbələrini dəstəkləyən ən uğurlu siyasətlər arasındadır.
Gömrük-tarif tənzimlənməsi
Gömrük-tarif tənzimlənməsi — gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. == Tarixi == Gömrük rüsum normaları müəyyən olunarkən iki yanaşma əsas götürülür – fiskal yanaşma və tənzimləyici yanaşma. XIX əsrin sonları və XX əsrin əvvəllərində gömrük rüsum normalarının müəyyən olunmasında fiskal yanaşmaya üstünlük verilirdi və rüsumlar dövlət gəlirlərinin mühüm mənbəyi kimi baxılırdı. XX əsrin ortalarından başlayaraq gömrük rüsum normalarının azalması meyli üstünlük təşkil etməyə, tənzimləyici yanaşma ön plana çıxmağa başladı. Belə şəraitdə gömrük rüsum normalarının mal qrupları və konkret məmulatlar üzrə differensasiyasına tələbat artdı. == Gömrük tarifinin təyin olunma əsasları == Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri.Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. “Tаrif” – ərəb sözü оlub “siyаhı” dеməkdir.
Qeyri-tarif tənzimlənməsi
Qеyri-tаrif məhdudiyyətləri — dünya təcrübəsində kifаyət qədər ziddiyyətlidir. Ümümdünyа Ticаrət Təşkilаtı rəsmi оlаrаq bеlə tədbirlərin ləğv еdilməsi və müstəsnа оlаrаq tаrif üsullаrındаn istifаdə еdilməsi məsələsini qarşıya qоyur. Bununlа bərаbər tələblərin birmənаlı şəkildə qəbulu digər məsələlərdə аrzuоlunmаz nəticələrə də gətirib çıхаrа bilər. Bеlə ki, Ümümdünyа Ticаrət Təşkilаtının, Tаrif və Ticаrət üzrə Bаş Sаzişin (QАTT) üzvü оlаn ölkələr хаrici ticаrətdə qеyri-tаrif tənzimləmə mеtоdlаrındаn həm əvvəl, həm də indi istifаdə еtməkdədir. Bəzi qеyri-tаrif məhdudiyyətlərinin аrаdаn qаldırılmаsı, sаdəcə оlаrаq qеyri-mümkündür. Bеlə ki, qеyri-tаrif məhdudiyyətləri dахili iqtisаdi siyаsətin digər ölkələrlə iqtisаdi əlаqələrinə təsirinin təcəssümü kimi çıхış еdir. Bununlа bеlə, bеynəlхаlq ticаrət sistеmi tərəfindən qаnuniləşdirilmiş qеyri-tаrif tənzimləmə tədbirləri, dаhа dоğrusu, хаrici mаllаrın idхаlının kəskin аrtımı ilə milli iqtisаdiyyаtа vurulаn zərərin qаrşısının аlınmаsı məqsədi güdən müdаfiə tədbirləri, həmçinin хаrici iхrаcаtçılаr tərəfindən qеyri-sаğlаm rəqаbətin qаrşısının аlınmаsınа yönəlmiş digər tədbirlər mövcuddur. == İdxalda- qeyri-tarif tənzimlənmələri == İdхаl əməliyyаtlаrındа qеyri-tаrif məhdudiyyətlər (QTM) ̶хаrici mаllаrın dахili bаzаrа nüfuz еtməsinin qаrşısını аlаn məhdudlаşdırmа – qаdаğаn хаrаktеrli tədbirlər kоmplеksidir. Bu tədbirlərin məqsədi yаlnız idхаl еdən ölkənin rəqаbət qаbiliyyətinin gücləndirilməsi dеyil, həm də milli sənаyеnin müdаfiəsi, əhаlinin həyаt və sаğlаmlığının, ətrаf mühitin, əхlаqın, dinin və milli təhlükəsizliyin qоrunmаsıdır. == İxracda qeyri-tarif tənzimləmələri == Bundаn bаşqа, QTM iхrаc əməliyyаtlаrındа dа istifаdə еdilir.
12 may 1994-cü il tarixli atəşkəs sazişi
12 may 1994-cü il tarixli atəşkəs sazişi — Birinci Qarabağ müharibəsi zamanı (1992–1994) Bişkek protokolunun imzalanmasından bir neçə gün sonra bir tərəfdən Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası, digər tərəfdən Azərbaycan tərəfindən bağlanmış üçtərəfli atəşkəs sazişi. Müqaviləni 9 may 1994-cü ildə Məmmədrəfi Məmmədov (Azərbaycan tərəfdən), 10 may 1994-cü ildə Serj Sarkisyan (Ermənistan tərəfdən), 11 may 1994-cü ildə Samvel Babayan (Dağlıq Qarabağ Respublikası tərəfdən) imzalamışdır.. Müqavilənin əsas müddəası 12 may 1994-cü il saat 00:01-dən etibarən tam atəşkəsin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması idi. Heç bir strateji əhəmiyyət kəsb etməyən müntəzəm toqquşmalara və qarşılıqlı atəşə baxmayaraq, 2016-cı ilin aprelində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə qədər, ümumiyyətlə, atəşkəsə əməl olunmuşdur. 2020-ci ildə münaqişə zonasında İkinci Qarabağ müharibəsi başlamışdır və noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyannamənin imzalanması ilə başa çatmışdır. == İstinadlar == == Xarici keçidlər == Сайт Казимирова В. М., руководителя посреднической миссии России, полномочного представителя Президента Российской Федерации по Нагорному Карабаху, и сопредседатели Минской группы ОБСЕ от России Полный текст Бишкекского протокола на сайте Владимира Казимирова 25 лет принуждения Азербайджана к миру.
Bolhovitinov 11 Dekabr 1915 Tarixli Rəsmi Erməni Hesabatı (kitab)
Hüquqşünas Məmməd Pərinçəyin rus-Sovet dövlət arxivlərində etdiyi uzun işləri nəticəsində hazırladığı, dünyada ilk dəfə Türkcə olaraq nəşr olunan bu kitab, I Dünya Müharibəsi illərində Rusiyanın Qafqaz Orduları Qərargah Başçısı olan Tuğgeneral L. M. Bolhovitinovun hesabatının tərcüməsidir. Türk tezisinə yaxın dayanan bu hesabat tərcüməsinin əhəmiyyəti, üst səviyyə vəzifəli Rus komandirinin qaynaqlıq və bəzən şahidlik etməsi, daha əhəmiyyətlisi hesabat ən üst səviyyə Çar mövqelərinə istiqamətli yazılmış olduğundan etibarlı tapılmasıdır. Osmanlı ilə döyüş halında olan Rusiyanın bir generalının, həm Türk cəbhə gerisindəki, həm Rus Ordusu yanında iştirak edən Ermənilər əleyhinə bu qədər məlumat təqdim etməsi hesabatı diqqət çəkici edir. == General Bolhovitinovun Hesabatının Nəticələri == 1. Erməni məsələsi 19. əsrdə çıxarılmışdır və Ermənilərin həyat şərtləri Türklər və Kürdlərə görə çox daha yaxşıdır. 2. Erməni məsələsi, süni olaraq İngilislər tərəfindən çıxarılmışdır. Beləcə Türkiyə ilə Rusiyanın axtarsının açılaraq rus-Türk ittifaqı önlənmək istənmişdir. Osmanlının zəifləməsindən sonra isə müstəqil bir Ermənistan ilə Türkiyə və Rusiya arasında bir tampon ölkə hədəflənmişdir.
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı — müttəfiq dövlətlərin Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərmək barədə qərarı. == Tarixi == 1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində sovet Rusiyasının hərbi uğurları nəticəsində Denikin qüvvələri darmadağın edilmişdi. Qırmızı ordu hissələri Şimali Qafqaz ərazisinə soxularaq, sürətlə Cənubi Qafqazdakı müstəqil dövlətlərin sərhədlərinə yaxınlaşırdı. "Dünya inqilabı" şüarını xarici siyasət fəaliyyətinin əsas prinsipinə çevirmiş sovet Rusiyası 1920-ci ilin əvvəllərindon başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinə diplomatik təzyiqləri daha da artırmışdı. Yeni yaranmış digər gənc dövlətlər kimi, Azərbaycan Xalq Cümhuriyyətinin də bolşevik təhlükəsinə qarşı təkbaşına mübarizə aparması qeyri-mümkün idi. Əlimərdan bəy Topçubaşovun baçşılığı ilə Paris sülh konfransında (1919-20) iştirak edən nümayəndə heyəti böyük dövlətlərdən Azərbaycan Xalq Cümhuriyyətinə dərhal hərbi yardım göstərilməsini xahiş etmişdi. Böyük dövlətlərin başçıları aydın dərk edirdilər ki, sovet Rusiyasının təcavüzü təhlükəsi qarşısında Azərbaycanın və Gürcüstanın diplomatik baxımdan tanınması hələ kifayət deyildir. Bolşevizmin Yaxın və Orta şərq ölkələrinə yayılmasının qarşısını almaq üçün, Azərbaycan və Gürcüstana hərbi yardım göstərilməsi böyük dövlətlərin də maraqlarına cavab verirdi. Beləliklə, 1920-ci il yanvarın 15-də Versalda toplanmış hərbi eskpertlər şurası Azərbaycana və Gürcüstana hərbi yardım göstərilməsi məsələsini müzakirə etdi. Məsələnin ciddiliyini nəzərə alan B.Britaniya özünün yüksək rütbəli hərbçilərini - hərbi nazir U.Çörçilli, imperiya baş qərargahının rəisi feldmarşal H.Vilsonu, admirallığın birinci lordu U.Lonqu, admiral lord Bittini və b.