Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tamania
Espeletia (lat. Espeletia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Tanais
Tanais (q.yun. Τάναϊς) — Don çayının mənsəbində antik şəhər (e.ə. III əsr — V əsr). Eramızın I əsrində Bosfor dövlətinin tərkibinə daxil idi. Şəhər Rostov-na-Donu şəhərindən 30 km qərbdə, Nedviqovka xutoru yaxınlığında yerləşir. Tanais qoruğu Rusiyanın ən böyük arxeoloji muzey-qoruqlarından biridir. Qoruq ərazisi təxminən 3 min hektardır. Qoruq ansamblına müxtəlif tarixi abidələr, fərqli zamanların mədəniyyət nümunələri, eləcə də paleolitdən tutmuş XIX əsrə kimi müxtəlif xalqların yaşayış məntəqələri daxildir. Tanais qədim yunan sivilizasiyasının ən ucqar şimal məntəqəsi hesab edilir. Tanaisin əsası e.ə.
Taenia
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Tanıq
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Antonio Tayani
Antonio Tayani (it. Antonio Tajani; 4 avqust 1953-cü il, Roma — İtaliya və Avropa siyasətçisi, 2008—2010-ci iilərdə nəqliyyat üzrə, 9 fevral 2010-cu ildən 31 oktyabr 2014-cü ilədək sənaye və sahibkarlıq üzrə Avropa komissarı. Həmçinin Avropa komissiyası sədr müavinlərindən biridir.
Cobitis taenia
Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır. == Təsviri == Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır.
Kyara Tabani
Kyara Tabani (d. 27 avqust 1994) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Kyara Tabani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Raznıe adaları
Raznıe adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. Kara dənizini ərazisində, Qırmızı Ordu boğazının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 1 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir. Böyük ada 1,7 km uzunluğa və 650 m enə malikdir. Kiçik ada isə 600 m uzunluğa və 250 m enə malikdir. Ən hündür nöqtəsi 11 metrdir. Bu yüksəklik Boyük adada yerləşir. Digər adada isə yüksəklik yoxdur.
Tajarie Arturton
Talaqie TV
«Talaqie TV» (ərəb. «قناة تلاقي»‎) — Ərəb dilində yayımlanan, qərargahı Dəməşq şəhəri olan Suriya telekanalı. Telekanal 6 oktyabr 2012-ci ildən bəri yayımlanır. İnformasiya Nazirliyi və RTV 20 may 2013-cü ildə rəsmi olaraq milli, siyasət, sosial və iqtisadi məsələlərin əhatəsini təmin edən «Talaqie TV» peyk telekanalının yayımına başlamışdır.
Talnik (Auırqazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Talnik (Avurğazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Tamania chardonii
Tanais kinoteatrı
Tanais kinoteatrı — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Novoçerkassk şəhəri, Platovski prospektində yerləşir. Bina 1903-cü ildə təsis edilmşdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. 1903-cü ildə Novoçerkassk şəhəri, Platovski prospekti, Kondratovların binasında "Pate" adlı kinoteatr fəaliyyətə başlamışdır. Buraya gətirilən texnika Parisdən gətirilmişdi. Texnika fransız "F. və E. Pate" şirkətinə məxsus olduğundan kinoteatrda məds bu cür adlandırılmışdı. Yerli kazax Evdikiya Petrovna Kondratovna binada kinoteatrın quraşdırılmasını təmin etmişdi. Bu şəhərdə kinoteatra uyğun şəkildə inşa edilmiş ilk bina idi.
Tanilə Əhmərova
Əhmərova Tanilya Aysayevna — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti(2007). Tanilya Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb.M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrəndi. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başladı.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olmuşdur.Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaratmışdır. O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bildi. Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən aktrisa incə, məlahətli qadın portretini çəkməyi bacardı. Tanilə Əhmədova "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilmişdir. Tanilya Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat etmişdir.
Tayanne Mantovaneli
Tayanne Mantovaneli (d. 14 fevral 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Tayanne Mantovaneli 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Tayanne Mantovaneli 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Jennifer Oliveyra, Larissa Barata və Fernanda Kavaliyeri ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Tranze adaları
Tranze adaları — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Kara dənizinin ərazisində, Vilkiç boğazının cənubunda, Bolşevik adasıdan 500 m cənubda qərarlaşır. Adalardan şimalda Solneçnaya buxtası vardır. Adalar arasında məsafə 500 m təşkil edir. Adalar qrupu iki adadan ibarətdir. Onların uzunluğu 1 kilometrdən çoxdur. Şimal adası cənubdan şimala doğru uzanır. Cənub adası isə hamar olub, bürünlüklə qumla örtülüdür. Adalarda yüksəşlik yoxdur.
Tyande Şensao
Bu dinin əsası Syao Çanmin (1894–1943) tərəfindən qoyulmuşdur. Ənənəvi Çin əxlaqının əsaslarını əks etdirən doktrinaya malikdir. Çində Kommunist Partiyası hakimiyyətə gəldikdən sonra Tyande Şensaoya qadağa qoyulsa da, onun üzvləri Syanqan və Tayvanda fəaliyyətlərini davam etmişlər. Din nümayəndələri Baş Tanrı Vahid Nəfəsin kainatın yaradıcısı olduğunu, onun qədim Çin imperatorları, müxtəlif din və qeyri-ənənəvi cərəyan yaradıcıları görkəmində otuz altı dəfə zühur edərək dünyanın dağılmaq təhlükəsinin qarşısını aldığını iddia edirlər.
Taenia saginata
Öküz soliteri (lat. Taenia saginata) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Öküz soliterinin epidemiyası Afrika, Latın Amerikası, Filippin və qismən Şərqi Avropa ölkələrində mövcuddur. Yetkin bir lent qurd təxminən 2-5 min seqmentdən ibarətdir və uzunluğu 4-10 metrə çatır. Degelmintizasiya, yəni parazitlərdən müalicə olunub qurtulmaq tədbirləri görülmədikdə insan bağırsağında yaşama müddəti 18-20 ildir. Qarmaqların olmamasına görə donuz soliterindən fərqlənir. İldə təxminən 600 milyon, bütün ömrü boyu isə 11 milyard yumurta qoyur Öküz soliterinin gövdəsi kiçik baş, qısa boyun və uzun lentşəkilli gövdədən ibarətdir. Başında yuvarlaq əzələ əmzikləri var, onların köməyi ilə yetkin parazit sahibin bağırsağının divarlarına yapışır. Bu parazitin yaşayıdığı mühit insanların və iri buynuzlu heyvanların nazik bağırsağıdır. Parazit bağırsağın başqa hissəsində yerləşə bilməz.
Taenia solium
Donuz soliteri (lat. Taenia solium) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Donuz soliterinin keçid sahibi kimi donuzlar, itlər, dovşanlar, dəvələr olsalar da sonuncu sahibi ancaq insanlardır. İnsanlarda tenioz və sisteserkoz yaradır. Donuz soliteri istər ümumi quruluşuna və istərsə də inkişafına görə qismən öküz soliterinə oxşayır. Bədənin uzunluğu 2–3 m (bəzən 8 m), başın diametri 1 mm, uzunluğu isə 2–3 mm-dir. Başda 4 simmetrik yerləşmiş sormac və xortumun üzərin-də 2 cərgədə düzülmüş (25-30 ədəd) qarmaqlar vardır. Ön cərgədə yerləşmiş qarmaqların uzunluğu 160-180 mkm, arxa cərgənin qarmaqları isə 110-140 mkm-dir. Parazitin strobilası 900-ə qədər buğumdan ibarətdir. Yetişmiş buğumlar öküz soliterindən fərqli olaraq, kvadrat formasında, balalıq isə 8-12 yan şaxələrə malik olur.
Fırat Tanış
Nuri Fırat Tanış 5 may, 1975), türkiyəli aktyor və musiqiçi. == Həyatı == İstanbul Universitetinin Dövlət Konservatoriyasının Teatr Fakültəsinin məzunu olan sənətkar, teatra lisey dövründə Məmməd Beyazid Məktəbində başlayıb. Bir müddət Şəhər Teatrında vəzifə etdiyi 1998–2001-ci illərdə Nail Ol Sabunçu, Məmməd Ulusoy, Kamal Kocatürk kimi rejissorlarla çalışdı. 2000–2010 tarixləri arasında Sirr Uşaqları-2002, Tramvay-2003, Ağ Mələk, Dilbərin Səkkiz Günü, Vay Qardaş-Manik, Tika, Dildo kino filmlərində və Adəm ilə Həvva, Radyo-Madyo, Yeddi Təpə İstanbul, Fələk Nə Demək, Şeytan, Ətrafda Gizlənir, Eşqə Sürgün, Cökələr Altında, Bənövşə İlə Xəlil, Geniş Ailə televiziya çəkilişlərində rol aldı. Musiqi sahəsində də çalışmaları olan sənətkarın sözü-musiqisi özünə aid olan işləri Əmrə Altuğ, Levent Yüksəl, Gülay kimi analitiklər tərəfindən səsləndirilmişdir. 1 Oktyabr 2012-ci ildə qurulan gündəlik sol Qəzetinin mədəniyyət səhifəsində 3 Dekabr 2012-ci ildən etibarən tin dramaturgiya edilmişdir.
Kenzo Tanqe
Kenzo Tanqe (yap. 丹下健三; 4 sentyabr 1913[…], Sakay[d], Yaponiya imperiyası – 22 mart 2005[…], Minato) — Yaponiyalı memar. Kenzo Tanqe XX əsrin ən önəmli memarlarından biri hesab olunur. Belə ki, yapon memarı Modernizm cərəyanı ilə ənənəvi yapon memarlığını birləşdirərək özünə məxsus yeni arxitektur cərəyan yaratmışdır. Memar tərəfindən layihələndirilən tikililər dünyanın beş qitəsində ucaldılmışdır. Eyni zamanda Kenzo Tanqe memarlıq sahəsinin ən nüfuzlu mükafatlarından olan Pritsker mükafatının 1987-ci ildə qalibi olmuşdur. == Həyatı == Kenzo Tanqe 1913-cü ilin 4 sentyabr tarixində Yaponiyanın Osaka prefekturasının Sakayi şəhərində dünyaya gəlir. Atası bank işçisi olduğu üçün ailə o dövrdə Çin Respublikasının təkribində yer alan Vuhan şəhərində yaşayırdı. İş səbəbindən ailə müxtəlif vaxtlarda Şanxay və İngiltərə köçməli olur. 1920-ci ildə isə Kenzo Tanqe ailəsi ilə birlikdə yenidən Yaponiyaya qayıdır.
Laura Teani
Laura Teani (d. 13 mart 1991) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Laura Teani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Qaani Şirazi
Mirzə Həbibulla Qaani Şirazi (Farsca: میرزا حبیب‌ا‌الله قاآنی شیرازی‎; 20 oktyabr 1808, Şiraz - 3 may 1854, Tehran) — İran şairi. Mirzə Həbibulla 1808-ci ildə Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olmuşdu. Əslləri Kirmanşahlıdır və Zəngənə elindəndir. Atası Mirzə Məhəmmədəli Gülşən təxəllüsü ilə şeir yazırdı. Vaxtsız vəfat edən Gülşən Həbibullaha istedad miras qoymuşdu. Yetim böyüyən Həbibullah Fars əyalət valisinin yaxın yardımı ilə mədrəsə təhsili aldı. Fətəli şah Qacar oğlu Həsənəli mirzənin vasitəsilə onu Tehrana dəvət etdi. Sarayda şöhrət qazandı. Şah ona "Müctəhidəlşüəra" ləqəbini əta etdi. Qaani Şirazi divan müəllifidir.