Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bukval
Bukval (fr. Bouqueval) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. == Xüsusiyyətləri == Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Tekila
Tekila — tünd alkoqollu içki, vətəni Meksikadır. Azteklər tekilanı müqəddəs içki hesab etmişlər və dini mərasimlərdə tekiladan istifadə etmişlər.
Teksel
Teksel (nid. Texel, [ˈtɛsəl]) və ya Tessel — Niderlandın Şimali Hollandiya vilayəti ərazisində yerləşən şəhər. Qərbi-Friz adaları arasında əhali baxımından ən iri adasıdır. Adada eyni adlı ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Hələ 1415-ci ildə adada yerləşən yaşayış məntəqəsi müstəqil şəhər statusu almışdır.. Bölgənin sahəsi 585,96 km² təşkil etsə də, onun 416,14 km² ada ərazisinə daxildir. Teksel şəhəri adadan kənar sahəsi ilə birlikdə Niderlandın sahəsi ən böyük şəhəridir. == Coğrafi məlumat == Adanın sahəsi 169,82 km² təşkil edir. Onun ərazisində 13,711 nəfər (2008) yaşayır. Adada 7 şəhərcik vardır: De Koksdorp De Kooq De Vaal Den Burq Den-Hoorn Oosterend AudeşildAdada onlarla kiçik qəsəbə yerləşir.
Tektam
Tektam (Teksaf, Teytam, Tektay; q.yun. Τέκταμος və ya Τέκσαφος, Τεύταμος, Τεκταῦος, Τεκταῖος) — qədim yunan mifologiyasında personaj. O, Dorun oğlu, Ellinanın nəvəsidir. Diodorun məlumatına görə, eolların və pelasqların başçısı olan Tektam Kritə keçərək adanın padşahı olur. Bu, Kritə köçən qəbilələrin üçüncüsüdür. Başqa bir versiyaya görə, Tektam dorilərin və axeylərin başçısı idi. O, Asterinin oğlu Krefeyin qızı ilə evlənmişdir. Yupiterin peyki Avropa üzərindəki Tektam xətti onun adını daşıyır.
Tekzas
Texas — ABŞ-nin cənubunda yerləşən ştat. ABŞ-də ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur (696 241 km2) əhalisinə görə isə Kaliforniyadan sonra 2-ci yerdədir. (26 956 958 nəfər) Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə institutlarının mərkəzlərindən biridir. Ştatın paytaxtı — Ostindir. ABŞ ştatları arasında abbreviaturası — "TX"-dir. == Tarixi == === İspan müstəmləkəçiliyi === Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını — Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo qəbiləsini tanıyıb. 1519-cu ildə Texas sahili boyunca ilk dəfə Meksika Körfəzinin sahil xəttini xəritəyə çəkən İspan dənizçisi Alonso Alvarez de Pineda keçib.
Termal
Termal (türk. Termal) — Yalova ilinin ilçəsi.
Teyvaz
Teyvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndi Milax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Teyvaz kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarix və etimologiyası == Kəndin ərazisində Tunc dövrünə aid arxeoloji abidə vardır.Bəzi tədqiqatçılar qeyd edirlər ki, Teyvaz kəndinin adı qədim türk dilindəki taipa (geniş) və az (vadi) sözlərinin birləşməsindən əmələ gəlib, "böyük suayrıcında, təpəliklər və çaylar arasındakı geniş vadidə salınmış yaşayış yeri" mənasını verir. Teyvaz kəndinin tarixi 6 cı əsrin əvvəllərinə dayanır. == Coğrafi mövqeyi == Dağlıq ərazidə, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. == Təbii ehtiyatları == === Mineral suları === Kənd ərazisindən xeyli sayda mineral sular çıxır. Bu suların suyu soyuq, azacıq turş, az debitlidir. Müalicə məqsədi ilə istifadə edilən mineral suların adı Teyvaz oykonimindən istifadə edilərək adlandırılmışdır. == Əhalisi == Əhalisi 324 nəfərdir. == Tanınmış şəxsləri == Hüseyn Həşimli Coşqun Hüseynov 1992-ci il Sədərək döyüşlərində qəhrəmancasına şəhid olub.Nihat Seyidov (d.1998 -ö.2020) - 2-ci Qarabağ döyüşlərində iştirak etmiş və Füzuli istiqamətində qəhrəmancasına şəhid olmuşdur.
Təkdam
Təkdam (Masallı) – Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Təkdam (Kəlbəcər) – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Şəvval
Şəvval - Hicri təqviminin 10-cu ayı. == Tarixi günlər == Şəvvalın 1-i - Ramazan bayramı Şəvvalın 25-i İmam Sadiqin (ə) vəfatı.
Hekal
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Tekab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. == Tarix == Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Təkab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
Təqva
Təqva - (ərəbcə: التقوى‎) "viqayə" sözündəndir, pəhriz saxlama, yəni günahları tərk etmək anlamındadır. Təqva - vəqayə maddəsindən olaraq, ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar". Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar". Başqa yerdə yenə o Həzrət buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır".
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Təvil
Təvil (Vərziqan)
Aleksis Teksas
Aleksis Teksas (25 may 1985, Panama) — əslən Panamalı olan ABŞ pornoaktrisasıdır. 2012-ci ilin rəsmi məumatlarına görə 300-dən pornoqrafik filmdə iştirak etmişdir. Aleksis Teksasın şəkilləri "Hustler" və "Genesis" kimi jurnallarında dərc edilmişdir. Bəzi pornoaktrisalardan fərqli olaraq, bədənində tatu yoxdur. == Həyatı == Aleksis Teksas 25 may 1985-ci il tarixində atasının çalışdığı Panama hərbi bazasında doğulmuşdur. Ancaq Teksasın uşaqlığı Texasın San-Antonio şəhərində keçmişdir. Aleksis Teksasın valideynləri Puerto-Riko, Alman və Norveç əsillidir. Yetkin filmlər çəkilişinə başlamamışdan əvvəl Teksas doğma Texas şəhərinin Kastrovil ərazisində bir barda, bar məsulu olaraq çalışmış və Stivens soyadını daşımışdır. 2006-cı ildən başlayaraq pornoqrafik filmlərə çəkilmişdir. 2009-cu ildə Starlet Əyləncə Qrup təsiri altında Teksas şəxsi "Alexis Texas Entertainment" adlı kinokompaniyasını qurmuşdur.
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Ləkvan (Kövsər)
Ləkvan (fars. لكوان‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (14 ailə).
Termal printer
Termal printer – thermal printer ~ термографический принтер ~ termal yazıcı ~ təmassız səssiz printer. Termik çap başcığına malikdir və xüsusi emal olunmuş kağıza çap edir. Belə kağızda çoxlu sayda tez qızan kiçicik noqtələr olur və çap həmin nöqtələrin qızdırılması ilə həyata keçirilir. Termal printerlər az baha printerlərdəndir və onlardan çox zaman kalkulyatorlarda və ucuz faks maşınlarında istifadə olunur. Bu printerlərdə çap olunmuş kağızlar zaman keçdikcə solur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Termal su
Termal su — yüksək temperaturlu yeraltı və bulaq suyu. Termal su temperaturu müvafiq ərazidə havanın orta illik temperaturundan yüksək olan — nisbi (temperaturu 20° C-dən az olan soyuq sular da bu növ suları təşkil edə bilər) və temperaturu 20–37° C (Yer kürəsində havanın orta maksimal temperaturundan çox və insan bədəninin normal temperaturundan yüksək) olan — mütləq növlərə ayrılır. Yeraltı suların temperatur rejimi Yerin daxili — endogen və müvafiq ərazinin iqlim xüsusiyyətindən asılı olan ekzogen istiliklə əlaqədardır. Müasir vulkanizm əyalətlərində bu sular buxar və ya qaynar bulaq — geyzer şəklində yer səthinə çıxır. Belə suların minerallaşma dərəcəsi az, qələviliyi isə yüksək olur. İon tərkibində Na üstünlük təşkil edir. Termal su bəzi növləri akroterm (akratoterm) adlanır; qaz tərkibinə görə əsasən azotlu olur. Lakin karbon qazlı, metanlı və hidrogen-sulfidli termlərə də rast gəlinir. Azotlu termlər üç əsas növə ayrılır: 1. Qranit massivlərinin çatlarında yayılmış, minerallaşma dərəcəsi adətən 0,3 q/l-dən az olan silisiumlu, yüksək miqdarda radon və bəzi mikroelementlərin iştirakı ilə səciyyələnən term; 2.
Tervel xan
Tervel xan(bolq. Тервел) 700-715-ci illər arasında hökm sürən Birinci Bulqar dövlətinin ikinci xanı. == Həyatı == Asparux xanın oğludur və onun ölməsi üzərinə xan olmuştur. Bizans mənbələrində adı ilk dəfə 704-cü ildə keçir. II Yustiniana taxtına yenidən sahib olması üçün kömək etmiş, qızı Anastasiya ilə evlənmişdir. 717-718-ci illərdəki Ərəblərin İstanbul mühasirəsində Ərəblərə qarşı qələbə qazandığı üçün, Avropanın qurtarıcısı ləqəbi ilə tanınmışdır. Tervel xan, II Yustinianın Bizans üsyançıları tərəfindən edamından sonra Frakiyanı işğal etmiş və İstanbulu yağmalamışdı. Tervel xan Bizans imperatoru III Feodosi ilə 716-ci ildə Birinci Bulqar dövləti ilə Bizans arasındaki sərhədi müəyyən etmişdi. Onun dövründə Madara atlısı əsəri divara qazınmışdır. == Bizansla münasibət == 25 may 717-ci ildə imperator III Leonun taxta çıxmasından sonra 200,000 əsgər və 2500 gəmidən ibarət ərəb ordusu İstanbulu mühasirəyə başlamışdı.