Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Televizor
Televizor, televiziya qəbuledicisi q.yun. τῆλε "uzaq" + lat. vīsio "görmə" sözlərindən) — televiziya siqnallarını qəbul və vizual təsvir almaq üçün istifadə olunan qurğudur. İlk televizor 3 iyul 1928-ci ildə dünyada ABŞ-də satışa çıxarılmışdır. Bu televizorun qiyməti 75 dollar idi. Televizorda şəkillərin verilməsi monitorda baş verir. TV kartı ilə təchiz olunmuş kompüter də televizor kimi istifadə edilə bilər. Bundan əlavə, kabellə alınmış yüksək tezlikli siqnalları video siqnallara çevirən qurğu televizorun əsas hissəsini təşkil edir. Başqa videosistemlərin qoşulması üçün televizorlarda SCART sistemlərindən, səslərin verilməsi üçün isə dinamiklərdən istifadə olunur. Televiziya üzərindəki ilk işlər Con Loqi Beird tərəfindən başlanıb və 1924-cü ildə görünüşü meydana gətirə bilən ilk işləyən nümunəsi konkret olaraq ortaya qoyulub.