Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birbelüzgəcli şimal terpuqu
Birbelüzgəcli şimal terpuqu (lat. Pleurogrammus monopterygius) — Terpuqkimilər (Hexagrammidae) fəsiləsinə daxil olsn balıq növü. Sakit okeanda yayılmışdır. Balıqçılık sənayesi üçün qiymətli balıq növüdür. == Areal == Sakit okeanın şimalında yayılmışlar. Onlar Kuril adaları sahil sularından başlayaraq Kamçatka yarımadası sahillərinə, Berinq dənizinə qədər yayılırlar. Onlara həmcinin Yapon dənizinin şimalı, Oxot dənizi və Komandor adaları sahilləri belə müşahidə edilirlər. Amerika sahillərində isə Alyaska körfəzi, Aleut adaları və Kaliforniya sahillərində müşahidə edilirlər. == Təsviri == Maksimal uzunluğu 56,5 sm, çəkisi isə 2 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir.
Sərpuş
Sərpuş — Qədim Azərbaycan məişətində işlədilən mis qapaq. Sərpuşla plov qazanı bağlanırdı. Misgərlik nümunələrindən olan sərpuş iki vəzifə daşıyıb. Ondan həm plovun isti qalması üçün qapaq kimi, həm də inək sağarkən şiş hissəsini yerə sancaraq, süd yığmaq üçün qab kimi istifadə ediblər.
Torpaq
Torpaq — yer qabığının bitki bitən üst münbit qatı. Torpağa ilk elmi tərif V. V. Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir". O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V. V. Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V. R. Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir". Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q. Ş. Məmmədov, 2007). Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir.
Tərtus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Tərxun
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir. Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir. Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Neoseiulus tervus
Neoseiulus tervus (lat. Neoseiulus tervus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Qum (torpaq)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Teyfuq Abdul
Teyfuq Abdul (11 (24) dekabr 1915, Partenit – 18 mart 1945) — Krım tatarı əsilli Sovet İttifaqı Qəhrəmanı. İkinci Dünya müharibəsi zamanı 175-ci diviziyanın 2-ci batalyon komandiri olaraq xidmət edib. 24 dekabr 1915-ci ildə Ukraynanın Partenit kəndində dünyaya gəlib. Ailəsindəki bir çox insan Rus-yapon müharibəsi veteranları idi. Doğulduğu kənddə səkkiz illik məktəbi bitirdikdən sonra 1935-ci ildə Yalta Pedaqoji Kollecində, daha sonra isə M.V. Frunze Krım Pedaqoji İnstitutunda oxuyub. 1935-ci ildə pedaqoji institutda oxuyarkən müəllim, sonra isə direktor kimi işə başladı. 1939-cu ildə universiteti bitirdikdən sonra noyabr ayında hərbi xidmətə aparıldı. Qırmızı Orduya qoşulduqdan sonra 412-ci diviziyanın tərkibində leytenant rütbəsi aldıqdan sonra Almaniyanın Sovet İttifaqına hücumuna görə ön cəbhəyə göndərilmədən Orel Piyada məktəbinə qoşuldu. 1942-ci ildə snayper kursunu bitirdikdən sonra dekabr ayında yenidən yaralanana qədər batalyon komandiri kimi xidmətini davam etdirdi. Elə həmin il də Kommunist partiyasına üzv oldu.
Tezpur Universiteti
Tezpur Universiteti (assam. তেজপুৰ বিশ্ববিদ্যালয়) — Hindistanın Assam ştatının Tezpur şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1994-cü ildə qoyulmuşdur.
Torpaq (1988)
Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Kinolentdə söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Filmdə Alim Qasımovun ifasında M.Ə. Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslənir. Rejissor-Debütant: Vaqif Azəryar Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev Operator: Amin Novruzov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Torpaq (2002)
Filmdə deyilir ki, Vətənin hər bir daşı millət üçün qiymətlidir, əzizdir. Filmin ssenarisi qədim türk əfsanəsinin motivləri əsasında yazılmışdır. Rejissor: Rafiz İsmayılov Ssenari müəllifi: Aydın Dadaşov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Fərhad Rzayev, Vyaçeslav Jestkov Cizgi rəssamı: Arifə Hatəmi, Rauf Dadaşov, Firəngiz Quliyeva Fon rəssamı: Hüseyn Cavid İsmayılov Musiqi tərtibatı: İsmayıl Dadaşov Səs operatoru: Marat İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Torpaq (Almaniya)
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Tərtus mühafazası
Tərtus mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 1.892 km², inzibati mərkəzi Tərtus şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.904 milyon nəfərdir .
Tərtus mühafazlığı
Tərtus mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 1.892 km², inzibati mərkəzi Tərtus şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.904 milyon nəfərdir .
Tərtus mühafəzəsi
Tərtus mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 1.892 km², inzibati mərkəzi Tərtus şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.904 milyon nəfərdir .
Tərxun (dəqiqləşdirmə)
Tərxun — yovşan cinsinə aid bitki növü. Tərxun limonadı — tərxun bitkisindən hazırlanan içki.
Tərxun (içki)
Tərxun limonadı — tərxun bitkisindən hazırlanan içki. Dünyada və Azərbaycanda bir çox şirkət tərəfindən istehsal edilir. Tərxun içkisi gürcü farmakoloq Mitrofan Laqidze tərəfindən 1887-ci ildə hazırlanmışdır. 1980-ci illərdə kütləvi istehsal olunmağa başlandıqdan sonra SSRİ-də populyar içkiyə çevrilmişdir. Tərxun içkisinin hazırlanmasında tərxun, şəkər, limon şirəsi və sudan istifadə olunur.
Tərxun limonadı
Tərxun limonadı — tərxun bitkisindən hazırlanan içki. Dünyada və Azərbaycanda bir çox şirkət tərəfindən istehsal edilir. Tərxun içkisi gürcü farmakoloq Mitrofan Laqidze tərəfindən 1887-ci ildə hazırlanmışdır. 1980-ci illərdə kütləvi istehsal olunmağa başlandıqdan sonra SSRİ-də populyar içkiyə çevrilmişdir. Tərxun içkisinin hazırlanmasında tərxun, şəkər, limon şirəsi və sudan istifadə olunur.
Yeni Torpaq
Yeni Torpaq — Şimal Buzlu okeanda yerləşən arxipelaq. Kara dənizi və Barens dənizləri arasında qərar tutur. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti «Novaya Zemlya» rayonuna daxildir. Arxipelaq iki iri adadadan və bir sıra xırda adalardan ibarətdir. Şimal adası və Cənub adası ən iriləri olub aralarında ən ensiz yeri 2 km olan Matoçkin Şar boğazı yerləşir. Kiçik adalar arasında ən irisi Mejduşarski adasıdır. Şimal adasının şərq qutaracağında Avropanın adada yerləşən ən ucqar nöqtəsi olan Flissinqski burnu yerləşir. Arxipelaq cənub-qərbdən şimal-şərq qutaracağına qədər 925 km məsafədə uzanır. Arxipelaqın ucqar şimalı Böyük Oranski adalarıdır. Cənub qutaracağı Petuxov arxipelaqı, şərq qutracağı Qusinaya Zemlya yarımadasında yerləşən adsız burun, şərq qutaracağı isə Şimal adasında yerləşən Flissinqski burnunda yerləşir.
Yərmuq döyüşü
Yərmuq döyüşü ― 636-cı ildə Ərəb müsəlman xilafəti ilə Bizans imperiyası orduları arasında baş vermiş döyüş. Döyüş 636-cı ilin avqust ayında,Yərmuq çayı yaxınlığında,indiki Suriya-İordaniya və Suriya-İsrail sərhədləri boyunca,Cəlilə dənizinin (Təbəriyyə gölü) cənub-şərqində altı gün davam etmişdir.Döyüş nəticəsində Suriyadakı Bizans hakimiyyəti sona çatmış,müsəlmanlar tam qələbə qazanmışdır.Yərmuq döyüşü, hərb tarixinin ən qətiyyətli döyüşlərindən biri olaraq qəbul edilir. Bu döyüş Məhəmməd peyğəmbərin ölümündən sonra müsəlman fəthlərinin ilk böyük dalğası və İslamın o zamankı Xristian Levantına doğru irəliləməsinin başlanğıcı oldu. Ətraflı məlumat üçün: Bizans-Sasani müharibələri(6-7-ci əsrlər) və Bizans-ərəb müharibələri 610-cu ildə, 602-628-ci illərdəki Bizans-Sasani müharibəsi zamanı I İrakli (610-641), Fokası (602-610) devirdikdən sonra Bizans İmperiyasının imperatoru oldu.Bu vaxt Sasanilər imperiyası Mesopotamiyanı fəth etdi və 611-ci ildə Suriyanı üstələyib Mazaca (indiki Kayseri, Türkiyə) ərazisini işğal edərək Anadoluya girdi.612-ci ildə İrakli farsları Anadoludan qovmağı bacardı.Lakin bu,613-cü ildə Suriyada farslara qarşı böyük bir hücum başlandıqda qətiləşdi.Sonrakı on ildə farslar Fələstin və Misiri fəth edə bildilər.Eyni zamanda, İrakli əks-hücuma hazırlaşdı və ordusunu yenidən qurdu. Ərəblərin irəliləməsini yoxlamaq və itirilmiş əraziləri bərpa etmək üçün İmperator I İrakli 636-cı ilin mayında Levanta böyük bir ekspedisiya göndərdi.Bizans ordusu yaxınlaşdıqca ərəblər taktiki olaraq Suriyadan çəkildilər və Ərəbistan yarımadasına yaxın Yərmuq düzənliklərində bütün qüvvələrini yenidən toplayıb sayca üstün olan Bizans ordusunu məğlub etdilər.Döyüş Xalid ibn Vəlidin ən böyük hərbi qələbəsi kimi qəbul edilir.O cümlədən bu,tarixin ən böyük taktikantlarından və süvari komandirlərindən biri kimi onun nüfuzunu möhkəmləndirir. 622-ci ildə İrakli,nəhayət,hücuma başladı.İrakli farslar və onların Qafqaz və Ermənistandakı müttəfiqləri üzərində qazandığı böyük qələbələrdən sonra 627-ci ilin qışında Mesopotamiyada farslara qarşı bir hücum başlatdı və Nineviya döyüşündə (12 dekabr) qəti bir qələbə qazandı.Beləliklə də, Sasanilərin paytaxtı Ktesifonu təhdid etdi.Silsilə fəlakətlər nəticəsində nüfuzdan düşən II Xosrov sülh üçün Bizansla razılaşan və onun bütün işğal olunmuş ərazilərindən geri çəkilməyə razı olan oğlu II Qubadın rəhbərlik etdiyi bir çevriliş nəticəsində devrildi və öldürüldü.Üstəlik, 614-cü ildə Yerusəlimdən götürülmüş Əsl xaç və digər müqəddəs əşyalar da geri qaytarıldı.629-cu ildə İrakli Yerusəlimə təntənəli mərasimlə daxil oldu. Eyni zamanda, Məhəmmədin İslamı təbliğ etdiyi və 630-cu ilə qədər Ərəbistanın böyük bir hissəsini tək bir siyasi hakimiyyət altına aldığı Ərəbistan yarımadasında sürətli bir siyasi inkişaf yaşandı.Məhəmməd 632-ci ilin iyununda vəfat etdikdə, Əbu Bəkr xəlifə və onun siyasi varisi seçildi.Əbu Bəkrin varis olmasından dərhal sonra çətinliklər ortaya çıxdı və bir neçə ərəb qəbiləsi Əbu Bəkrə qarşı açıq şəkildə qiyam qaldırdı. 632-633-cü illərdəki Ridda müharibələri olaraq bilinən hadisədə Əbu Bəkr rəqiblərini məğlub etməyi və Ərəbistanı Mədinədə xəlifənin mərkəzi hakimiyyəti altında birləşdirməyi bacardı. Üsyançılar ram edildikdən sonra Əbu Bəkr İraqdan başlayaraq fəthlərə başladı.Ən parlaq generallardan Xalid ibn Vəlidin göndərildiyi Sasani farslarına qarşı bir sıra uğurlu yürüşlərdə İraq fəth edildi.Əbu Bəkrin özünə inamı artdı və Xalid İraqda qalasını qurduqdan sonra, Əbu Bəkr 634-cü il fevral ayında Suriyaya təcavüz üçün silah çağırışı etdi. Qeyd etmək lazımdır ki, müsəlmanların Suriyaya istilası, Bizansın müdafiə tədbirləri ilə mübarizə aparmaq üçün saf qüvvə əvəzinə, strateji,diqqətlə planlanmış və yaxşı koordinasiya edilmiş hərbi əməliyyatlar idi.
Torpaq sürüşmələri
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Torpaq icarəsi
Torpaq icarəsi — icarə haqqı növü, məhdud miqdarda torpaqdan və digər təbii sərvətlərdən istifadəyə görə ödənilən qiymət. Torpaq icarəsi torpaq sahibinin torpaq sahələrini icarəyə götürənlərdən əldə etdiyi gəlirdir. Torpaq rentası mütləq renta, diferensial renta və inhisar rentası formasında meydana çıxır. Mütləq torpaq icarəsi — torpaq mülkiyyətindən əldə edilən gəlir növlərindən biridir, torpağa kapital tətbiq etmək icazəsi üçün mülkiyyətçiyə ödəniş; münbitliyindən asılı olmayaraq, tamamilə bütün torpaq sahələrində icarəçi tərəfindən ödənilir. Diferensial icarəsi — daha çox torpaq məhsuldarlığından və daha yüksək əmək məhsuldarlığından istifadə etməklə əldə edilən əlavə gəlirdir. Diferensial renta iki formada mövcuddur: diferensial renta I və diferensial renta II. Diferensial renta I mənbələri nisbətən daha yaxşı və orta münbit torpaqlarda daha məhsuldar əmək, eləcə də satış bazarları, nəqliyyat marşrutları və s. ilə əlaqədar torpaq sahələrinin yerləşdiyi yerdəki fərqlərdir. Diferensial renta II əlavə kapital qoyuluşları ilə bağlıdır. əlavə qazanc təmin edən eyni süjet. Diferensial renta məhdud torpaq nəticəsində yaranmışdır: kənd təsərrüfatı məhsulunun istehsalının qiyməti orta və ən yaxşı sahələr üzrə deyil, ən pis sahələr üzrə istehsal şərtləri ilə müəyyən edilir, çünki yalnız ən yaxşı və orta sahələrin məhsulu müəyyən edilir.
Cyperus tersus
Cyperus rubicundus (lat. Cyperus rubicundus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.