Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Teuşpa
Teuşpa — Eramızdan əvvəl 679 – 678-ci illərdə Assur mənbələrində Teuşpa kimi göstərilən çarın başçılığı ilə kimmerlər Assuriya ərazisinə girirlər. Lakin qanlı vuruşmada kimmerlər məğlub olurlar. Çar Teuşpa döyüşdə öldürülür. == Etimologiyası == İranşünaslar bu çarın adını İran mənşəli hesab edərək, onun "tava aspa" sözlərindən olduğunu və "güclü (tablı) at" mənasını verdiyini yazırlar Rea'nın dediyinə görədə Teushpa'nın adı, Əhəmənlərin müasir Tişpiş (Teispes)(Chishpish) adını xatırladır, etimoloji baxımından əlaqəli görünmədiyinə baxmayaraq. Əslində isə bu ad ProtoTürk dillərindəki tuş "qızıldan düzəldilmiş bəzək" və ya "varlı" sözlərindən ibarətdir. Onda bu ad "qızıl bəzəkləri ilə varlı" mənasını verir; görünür, o, doğulanda valideynləri onun gələcəkdə çoxlu qızıl əşyalara malik olması arzusu ilə ona bu adı vermişlər. Demək, qədim Assur yazısındakı Teuşpa əslində Türk mənşəli Tuşbay adının fonetik şəklidir. Müqayisə üçün deyək ki, Türkdilli Kuban Bulqarlarını bir başçısı VIII əsrdə Batbay adlanırdı ki, bu da ProtoTürk dillərindəki Batu "qiymətli daş-qaş" və bay "varlı" sözlərindən olmaqla, "daşqaşla varlı" deməkdir. Oxucu yəqin ki, indi də Orta Asiyada yaşayan Türk xalqlarında "bay" sözü ilə bitən şəxs adlarının geniş yer tutduğunu bilir. Bəlkə də Teuşpa əslində Tuzbay adının fonetik şəklidir ki, bu da Qədim Türkdillərindəki tuz ("düz", "doğrucul") və bay ("bəy", "knyaz", "tayfa başçısı") sözlərindəndir.
Teşkan
Teşkan — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Torpaq
Torpaq — Yer qabığının bitki bitən üst münbit qatı. == Tərifi == Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir".O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V.V.Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V.R.Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir". Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q.Ş.Məmmədov, 2007). Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir. Bu qatlar mikroorqanizmlərin təsirilə parçalanaraq çürüntü təşkil edən maddələri əmələ gətirir.
Testpage
Aespa
Aespa (kor. 에스파) — SM Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupu. Qrup dörd üzvdən ibarətdir: Karina, Giselle, Winter və Ningning. == Ad == Qrupun adı Aespa, ingiliscə Avatar və Experience (Avatar X Experience) sözlərinin baş hərflərinin birləşməsi "ae" və "iki tərəf" mənasını daşıyan ingiliscə söz "aspect" sözünün birləşməsindən yaranmışdır, və bu "başqa bir mənliklə tanış olmaq və yeni dünya ilə tanış olmaq" mənasını verir. "MY" sözü avatar aespa-da "ən qiymətli dost" mənasında işlədilən sözdür. Aespa pərəstişkarları aespa-nın ən qiymətli varlıqlar olduqları üçün, rəsmi fan klub adının "MY" olmasına qərar verilmişdir. == Tarixçə == === Çıxışdan öncə === NinqNinq stajyer qrupu SM Rookies-in bir hissəsi idi və 2017-ci ildə televiziya şousu 'Shining Star'-ın mahnısını səsləndirdi. 2019-cu ildə Karina Taemin tərəfindən çıxarılan "Want" mahnısının musiqi videosunda və canlı ifasında yer aldı. === 2020 – günümüz: Debüt və "Savage" === 26 Oktyabrda SM, Red Velvet-in 2014-cü ildəki debutundən sonra ilk dəfə yeni bir qız qrupu çıxaracağını açıqladı. Üzvlər 27 oktyabrdan bəri hər gün ayrıca olaraq açıqlandı və Aespa adının qrup adı olduğu açıqlandı.Şirkət, qrupun 17 noyabr 2020-ci ildə "Black Mamba" mahnısı ilə debut edəcəyini elan etdikdən dərhal sonra dörd üzvü olan bir teaser yayımlandı.
Tesla
Nikola Tesla (1856–1943), Elektrik mühəndisi və ixtiraçı
Ağ Torpaq
Ağ Torpaq — Frans-İosif Torpağı arxipelaqı daxil olan qrup. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 381 metr təşkil edir. Sahəsi 288 km²-dir. Qrupa daxil adaların üzəri çoxillik buzla örtülmüşdür. Frans-İosif Torpağı arxipelaqının digər adalarından Şimal-Şərq boğazı ilə ayrılır. == Coğrafiyası == Qrupa daxil olan adalar: Yeva-Liv adası — ada arxipelaqın şimal-şərqində yerləşir. Freden adasından Sars boğazı ilə ayrılır. Ucqar qərb nöqtəsi Klyuv, şimal-şərq nöqtəsi isə isə Mesyaseva burnudur. Sahəsi 288 km², ən hündür nöqtəsi 381 metrdir.
Bremen (torpaq)
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. == Coğrafiyası == Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Qum (torpaq)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. == Radioaktivliyi == Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Taspar xaqan
Taspar xaqan (572-581) — Aşina sülaləsindən Göytürk xaqanı. == Həyatı == Bumın xaqanın üçüncü oğlu idi. Atasından fərqli olaraq Şimal Ki imperiyası ilə yaxşı münasibətdə idi.Onların təsiri ilə Buddist oldu və Şimal Çjou sülaləsinə qarşı hücumları çoxaltdı. Bir çox buddist mətni Türk dilinə tərcümə edildi. 577-ci ildə son Ki imperatoru Qao Şaoyi-yə siyasi sığınacaq vermişdi. 579-cu ildə Şimal Çjou ilə sülh bağlamaq istəsə də, imperator Hsüanın iki şərti vardı - öz əmisiqızı Kiancin ilə evlənəcək və Qao Şaoyini təslim edəcəkdi. Taspar xaqan bu təklifdən imtina etdi. 580-ci ildə imperator Hsüanın yerinə keçən imperator Cinq şahzadə Kiancini onunla evləndirməyə qərar verdi. Həmçinin xaqana rüşvət verərək Qao Şaoyini təslim etdi. O, hər iki imperatora oğlum deyə xitab edib onlardan yüksəkdə durduğunu göstərirdi.
Torpaq (1988)
== Məzmun == Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Kinolentdə söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Filmdə Alim Qasımovun ifasında M.Ə. Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslənir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor-Debütant: Vaqif Azəryar Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev Operator: Amin Novruzov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Torpaq (2002)
== Məzmun == Filmdə deyilir ki, Vətənin hər bir daşı millət üçün qiymətlidir, əzizdir. == Film haqqında == Filmin ssenarisi qədim türk əfsanəsinin motivləri əsasında yazılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiz İsmayılov Ssenari müəllifi: Aydın Dadaşov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Fərhad Rzayev, Vyaçeslav Jestkov Cizgi rəssamı: Arifə Hatəmi, Rauf Dadaşov, Firəngiz Quliyeva Fon rəssamı: Hüseyn Cavid İsmayılov Musiqi tərtibatı: İsmayıl Dadaşov Səs operatoru: Marat İsgəndərov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Torpaq (Almaniya)
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Torpaq (dəqiqləşdirmə)
Torpaq — Yer qabığının bitki bitən üst münbit qatı. Torpaq (film, 1989) — Film. Torpaq (film, 2002) — Film. Torpaq (ərazi vahidi) — Almaniya və Avstriyanın federativ dövlət quruluşunun əsasını təşkil edən inzibati-ərazi vahidi.
Torpaq Ana
Torpaq Kadastrı
Torpaq kadastrı — torpaq istifadəçiliyinin (torpaq üzərində hüquqların) dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Torpaq istifadəçiliynin (sahələri üzərində hüquqların) dövlət qeydiyyatı == Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir.O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır. Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir.
Torpaq Krallığı
Yer Krallığı — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir dövlət. Bu (xəritəyə görə) Avatar dünyasın şərqinin böyük hissədə yerləşən kontinentdə yerləşən, Kral tərəfdən idarə edilən konfederativ monarxiyadır. Paytaxtı - Ba Sinq Se. Əraziyə görə Avatar dünyanın ən böyük dövlətdir. Hava köçəriləri və Su tayfasıdan fərqli olaraq o gədər də magiyanı istifadə edə bilən bilən adamların azlıqdan görə əziyyət çəkmir. == Görünüşü == Millətin görünüşü qədim Çindən yaradılmışdır (Tzin sülaləsin dövrü). == Mədəniyyət == Yer Krallığda yaşayan camaatın mədəniyyəti regeonlara görə çoxşaxəlidir.
Torpaq aerasiyası
Torpaqdakı hava ilə atmosfer havasının mübadiləsi - dəyişilməsidir. Torpaq aerasiyasında torpaqdakı hava oksigenlə zənginləşir. Torpaq aerasiyası bitkinin boy atması və inkişafı üçün zəruridir.
Torpaq coğrafiyası
Torpaq coğrafiyası— Dünya üzrə torpaqların yayılmasının qanunauyğuluğunu öyrənən elmdir. Torpaqların coğrafi yayılmasının qanunauyğunluqları yer səthində təbii şəraitin yayılması qanunauyğunluqlarına tabedir. Bu elm həm torpaqşünaslığın, həm də fiziki coğrafiyanın tərkib hissəsidir. == Torpaq coğrafiyasının strukturu == Torpaq coğrafiyası iki hissədən ibarətdir: Ümumi. Regional.Ümumi torpaq coğrafiyası əsasən torpaqəmələ gəlmənin və torpaqların yer kürəsi üzrə yayılmasının qanunauyğunluqlarını, regional torpaq coğrafiyası isə torpaqların zonallaşmasını və konkret bölgə üzrə yayımasını öyrənir . == Torpaq coğrafiyasının inkişaf tarixindən == Torpaqların müxtəlifliyi və fərqli yayılması çoxdan məlum olub. Ancaq onun bir elm kimi formalaşması XIX əsrə təsadüf edir. Vasili Dokuçayev ilk dəfə Rusiya düzənliyində torpaqların enlik-zonallıq üzrə yayılmasını öyrənmiş vəmüəyyən etmişdir ki, şimaldan cənuba hərəkət etdikcə tundra torpaqları, podzol torpaqlar, boz meşə torpaqları, qara torpaqlar, şabalıdı torpaqlar və boz yarımsəhra torpaqları bir-birini ardıcıl olaraq əvəz edir. Dokuçayev aldığı nəticələri xəritəyə köçürərkən, eyni miqdara malik humus xətlərini birləşdirdikdə onların cənub-qərbdən şimal-şərqə doğru ən dolğun tərkibdə olduğunu qeyd etdi. Dokuçayev bu xəritəni "izohumuslu zolaqlar" adlandırdı və o, ilk dəfə torpaqda humusun tərkibinin coğrafi şəraitdən asılı olduğunu sübuta yetirdi .
Torpaq kolloidləri
Torpaq kolloidləri - ölçüsü 0,2 mkm-dən (bəzi müəlliflərə görə 0,1 mkm-dən) kiçik torpaq hissəciklərinə deyilir. == Kolloid == Ümumiyyətlə kolloid hər hansı maddənin yüksək dərəcədə kiçik hissələrə parçalanmış (və ya disperslik) halı adlanır. Hər bir bərk cismi xırdalamaq yolu ilə kolloid halına salmaq olar. Təbii halda torpağın kolloid hissəcikləri kəltənlər və aqreqatlar şəklində birləşmiş olurlar. Onları yenidən kolloid hissəciklərə ayırmaq üçün torpaq natrium ionları ilə doydurulur. Kolloid hissəciklər yarandıqları mühitdə asılı halda olur. Kolloidlərin bu halına zol deyilir. Kənar təsir nəticəsində kolloidlər zol halını itirib çökməyə başladıqda bu hadisə koaqulyasiya (pıxtalaşma) adlanır. Kolloidlərin yükünü itirmiş və iriləşmiş yumşaq çöküntülərinə gel deyilir. Torpaq kolloidləri mineral, üzvi və üzvi-mineral olmaqla üç qrupa bölünür.
Torpaq mikroorqanizmləri
Torpaq mikroorqanizmləri == Torpaq mikroorqanizmlərin növləri == Torpaqda mikroorqanizmlərin bir çox növləri – bakteriyalar, aktinomisetlər və göbələklər məskən salmışdır. Hesablamalar göstərir ki, çürüntülü torpağın 2-15 sm dərinlikdə olan qatının 1 qr torpağında 1-dən 10 milyarda qədər bakteriya, 20 milyon şüalı göbələk, 100 minə qədər göbələklər, 100 min yosunlar, 1 milyona qədər ibtidailər və s. olur. == Torpaqda mikroorqanizmlərin rolu == Mikroorqanizmlər torpaqda heyvan və bitki qalıqlarını sadə mineral birləşmələrə parçalayıb, onları yenidən bitkilərin və heyvanların istifadəsinə qaytarırlar. Bitkilərin karbohidratlı qidası üzvi maddələrin mikroorqanizmlər tərəfindən CO2 -yə qədər parçalanması nəticəsində əmələ gəlir. Torpaqda mənimsənilə bilən azotlu maddələr də mikroorqanizmlərin iştirakı ilə əmələ gəlir. Torpağın fiziki və kimyəvi xüsusiyyətlərindən asılı olaraq, oradakı mikroorqanizmlər həm sayca, həm də növ tərkibinə görə dəyişirlər. == Torpağın mikrobiotası == Torpağın mikrobiotasına onun tipi, ilin fəsilləri, torpağın şumlanması, ona müxtəlif gübrələrin verilməsi və s. böyük təsir göstərir. Zəif qələvili əkin torpaqlarında bakteriyaların miqdarı çox, nisbətən turş, bataqlıq və ya torflu torpaqlarda isə az olur.
Torpaq rakşiləri
Torpaq rakşiləri (lat. Brachypteraciidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.