Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nutsara Tomkom
Nutsara Tomkom (7 iyul 1985) – 2016-cı ildən Fənərbaxçanın şərəfini qoruyan toppaylayıcısı. Nutsara karyerasına ölkəsinin Vatbangkhongnoy klubunda başlamışdır. Azərbaycandakı karyerası isə 2010-cu ilə təsadüf edir. Azərreyl Bakıya transferindən sonra voleybolçu uğurlu çıxışı ilə diqqət çəkməyə başlamışdır. Bu səbəbdən də klubu ilə yeni müqavilə imzalayıb 2011–12 mövsümünü də Azərreyldə keçirmişdir. Tomkom 2012–13 mövsümünü də Bakıda keçirmişdir. Belə ki, o Azərreyli digər bir Bakı klubu İqtisadçıya dəyişmişdir. 2013-cü ildə dünyanın ən yaxşısı seçilmişdir. Burada Azərbaycan çempionatının gümüş medallarına da yiyələnən voleybolçu Azərbaycandakı legioner həyatını sonlandırmamağı qərara almışdır. 2013-cü ildə Rabitə Bakıya transfer olunan voleybolçu burada bir-birindən dəyərli təcrübələr qazanmışdır.
Toruko-buro
Türk hamamı (トルコぶろ, toruko-buro) – Yaponiyada seks xidməti göstərən xüsusi hamamları bildirmək üçün istifadə olunmuş seks termini. Hazırda bu cür hamamları bildirmək üçün "soaplend" terminindən istifadə olunur. 1953-cü ildə Yaponiyada kişilər üçün seks xidmətləri təqdim edən özəl hamamlar ortaya çıxmışdır. Bu növ hamamlar 1984-cü ilə qədər "türk hamamı" (toruko-buro) və ya qısaca "türk" (toruko) adı ilə tanınmışdır. Yaponiyada adi türk hamamları ilə yanaşı "mantoru" (mənzillərdə fəaliyyət göstərən) və "hotetoru" (hotellərə masajist göndərən) kimi türk hamamı növləri mövcud olmuşdur. 1980-ci illərdə Yaponiyada 1700-dən çox türk hamamı fəaliyyət göstərirdi və bu hamamlarda 18.000-dən çox şəxs işləyirdi. Onlar əsasən Tokio, Yokohama və Osaka kimi şəhərlərin əyləncə bölgələrində fəaliyyət göstərirdi. Yaponiyada yaşayan və Yaponiyaya qonaq gələn türklər seks xidməti ilə məşğul olan belə məkanların "türk hamamı" adlandırılmasından narazı olmuş və buna etiraz bildirmişdirlər. Yaponiya türkləri Türkiyə səfirliyinin yerini öyrənmək istəyəndə səhv başa düşülürdülər. Türk hamamı xidmətindən yararlanmaq istəyən yaponlar bəzən səhvən Türkiyə səfirliyinə zəng edirdilər.
Toruko düyüsü
Toruko düyüsü (トルコライス, Toruko raysu, hərf. "Türk düyüsü") – Yaponiyanın Naqasaki prefekturasının mətbəxinə daxil olan xörək. Eyni boşqaba qoyulmuş plov, donuz əti kotleti, Naporitan spagettisinin üzərisinə demiqlas sousunun tökülməsi ilə hazırlanır. == Adı == Xörəyin adında "toruko" (トルコ, hərf. "türk") sözünün olmasına baxmayaraq, xörəyin Türkiyə mətbəxi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, islam ölkəsi olan Türkiyədə donuz əti yemək haram hesab olunur. Hətta Türkiyə aşpazları bu yeməyə "türk" adının verilməsinə mənfi yanaşırlar. Xörəyin adının dəqiq mənşəyi naməlumdur. Bir versiyaya görə xörəyin inqredientləri üçrəngli bayrağı xatırladır və yapon dilində "torikororu rançu" (トリコロールランチ) "üçrəngli qəlyanaltı" deməkdir. Xörəyin adı da bu ifadədən yaranmışdır. Başqa bir versiyaya görə düyünün vətəni Çin, spagettinin vətəni İtaliyadır, Türkiyə isə bu ölkələrin arasında yerləşdiyi üçün xörəyə bu ad verilmişdir. Digər bir versiya Yaponiyadakı "Bistro Bordeaux" restoranın qurucusunun atası İçiro Uehara ilə bağlıdır.
Toruko raysu