Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yeni Troisk (Şaran)
Yeni Troisk (başq. Яңы Троицк, rus. Новотроицк) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 34 km, kənd sovetliyindən (Miçurinsk): 16 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 76 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (100 %) üstünlük təşkil edir.
Tkotsa
Tkotsa (gürc. ტკოცა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 689 nəfər idi. 2014-cü ildə 487 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Trilisa
Carphephorus (lat. Carphephorus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Litrisa Small Trilisa (Cass.) Cass.
Troada
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir. Biqa - Yarımada öz adını Çanaqqalanın Marmara dənizi sahillərində Biqa ilçəsindən götürmüşdü. Troada-Troas - Bu adlar bölgədəki dünyaca məşhur Troya kəndindən gəlir. Bu tarixi ad eyni zamanda bölgədəki Makedoniyalı İsgəndər adına qurulan bir kəndin adının digər kəndlərlə qarışmaması üçün istifadə edilir. Bu qədim şəhər İsgəndəriyyə Troas kimi tanınır. Biqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var.
Troitsk
Troitsk — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Tromsö
Tromsö (norv. Tromsø [²trʊmsœ] dinlə) — Norveçdə şəhər və kommuna, Troms fülkesinin inzibati mərkəzi. Tromsö bələdiyyəsi şəhər xaricində böyük bir ərazini əhatə edir. Tromsö, Norveçin ən çox məskunlaşdığı doqquzuncu şəhərdir. Şəhər mərkəzi, Arktik dairəsindən təxminən 400 km şimalda yerləşən Tromsö adasında (sahəsi 22 km²) yerləşir. Burada dünyanın ən şimal botanika bağları, pivə zavodu, futbol klubu və planetariyalar var. Tromsö ərazisindəki yaşayış məskənləri son buzlaşma dövründən və Dəmir dövründən bəri mövcuddur. Tromsödəki ilk kilsə 1252-ci ildə inşa edilmişdir. Orta əsr salnamələrində indiki Norveçin şimal-şərqini əhatə edən sahil torpaqlarından qorunmaq üçün qala adlandırılır. Tromsö şəhər statusunu 1794-cü ildə almışdır.
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Trias
Trias :
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Banksia grossa
Banksia grossa (lat. Banksia grossa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Eucalyptus grossa
Eucalyptus grossa (lat. Eucalyptus grossa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus incrassata var. grossa (F.Muell.
Həmişəyaşıl tropika
Həmişəyaşıl tropika- yağışlı meşə ekosistemləri == Yayıldığı ərazilər == Cənubi Amerikada Amazon çayı hövzəsində, Orinokoda başdan-başa böyük massiv şəklində, Afrikada Konqo, Niger və Zambezi çayları hövzələrində və Madaqaskar adasında həmçinin Yeni Qvineya adalarında yayılıb. == İqlimi == Ərazidə illik yağıntıların miqdarı 2000–2500 mm olub aylar üzrə kifayət qədər bərabər paylanır. İlboyu bir və ya bir neçə nisbətən "quru mövsüm" (ayda 125 mm) müşahidə olunur. == Bitki örtüyü == Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1)Seyrək yerləşən ən hündür ağaclar üst yarusu yaradır; 2)Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25–35 m; 3)Alt yarus–yalnız ümumi çətirdə işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir–bir neçə hektar sahədə rast gəlinən növlərin sayı bütün Avropanın florasında olan növlərin sayı qədərdir(Y. Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı 170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.)sayı otlarla birlikdə 200–300 və daha çoxdur == Heyvanlar aləmi == Yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır.
Massimo Troizi
Massimo Troizi (it. Massimo Troisi; 19 fevral 1953 – 4 iyun 1994, Lido di Ostiya[d] və ya Roma) italyan aktyor, film rejissoru və yazıçı. 1992-ci ildə çəkilmiş Il Postino qısa filmində oynadığı Ruoppolo obrazı ilə şöhrət qazanmışdır. == Həyatı == Troizi Neapol yaxınlığında San Giorgio a Kremano kəndində geniş bir ailədə dünyaya göz açmışdır. Atası dəmiryolu mühəndisi idi. Çəkdiyi filmlərin bir çoxunda yaşadığı ailə təcrübələrini əks etdirmişdir. Orta məktəbdən məzun olduqdan dərhal sonra Troizi pərəstiş etdiyi yazar Pyer Paolo Pazolininin təsirləri ilə yazıçılıq fəaliyyətinə başlamışdır. 1969-cu ildən etibarən uşaqlıq dostları ilə birgə kənddəki kiçik bir teatr zalında çalışmağa başlamışdır. Anasının vaxtsız ölümündən təsirlənən Troizi psixoloji sarsıntı keçirərək zökəm xəstəliyinə tutulmuşdur. 1976-cı ildə müalicə üçün ABŞ-yə getməli olan Massimonun yol və əməliyyat xərcini dostları qarşılamışdır.
Potentilla grossa
Potentilla norvegica (lat. Potentilla norvegica) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Fragaria monspeliensis (L.) Crantz Pentaphyllum norvegicum (L.) Gaertn. Potentilla dichotoma Moench Potentilla diffusa Willd. Potentilla fragariifolia Hoppe ex Lehm. Potentilla geminiflora Schrank Potentilla grossa Douglas ex Hook. Potentilla gusuleacii Hormuz. Potentilla monspeliensis L. Potentilla monspeliensis var. norvegica (L.) Rydb. Potentilla norvegica f.
Tanişa Mukherci
Tanişa Mukherci (1 yanvar 1978)— hind aktrisası və modeli. Aktrisa, produserdir. 1 yanvar 1978-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Bacısı tanınmış aktrisa Kacol Mukhercidir. Tanişa– hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Subaydır.
Trilisa carnosa
Troada Aleksandriya
Troada Aleksandriya (yunanca: Αλεξάνδρεια Τρωάς); Türkiyənin qərb sahilinin şimalına yaxın, Bozcaadanın cənubunda olan Antik Yunan şəhəridir. Çanaqqala vilayətinin Ezine bölgəsində Dalyan kəndinin cənub-şərqində yerləşir. Qədim şəhər təxminən 400 hektar (4 km²) ərazini əhatə edir. Bu gün qalan binalardan bəzilərinə Termlər, Odeon, qədim yunan teatrı, gimnaziya kompleksi və yeni kəşf edilmiş stadion daxildir. Şəhərin köhnə divarları hələ də görünə biləcək vəziyyətdədir. Strabonun sözlərinə görə, bu bölgə əvvəlcə Siqeya adlanırdı, E.ə 306-cı ildə Böyük İsgəndərin komandirlərindən biri olan I Antigonus Monophtalmos keçmişdə çox nüfuzlu bir şəhər olan Neandreya da daxil olmaqla beş yaşayış məntəqəsinin sakinlərini Siqeriyaya yerləşdirərək şəhəri genişləndirib yenidən qurdu. E.ə 301-ci ildə Lisimaxos tərəfindən Makedoniyalı İskəndərin xatirəsinə şəhərin adı "Troada Aleksandriya" olaraq dəyişdirildi. (Böyük Plini adın Antigoniadan Aleksandriaya dəyişdirildiyini yazıb). Şimal-qərb Anadolunun əsas limanı olan şəhər Roma dövründə xeyli inkişaf etmiş və bu gün tapılan qalıqlar bölgənin tarixdəki əhəmiyyətini sübut edir. Qızıl dövrdə şəhərin 100.000-ə yaxın bir əhaliyə çatdığı düşünülür.
Troiski (Arxangel)
Troiski (başq. Троицкий, rus. Троицкое) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 28 km, kənd sovetliyindən (Şakir): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (52 %), çuvaşlar (39 %) üstünlük təşkil edir.
Tromba Marina
Tromba Marina (dəniz trumpeti) (Çexcə Trumšajt.) — Musiqi aləti. Bu alət üçgən bir dabana dayanan kəsik konus şəklindəki bir gövdə boyundan ibarətdir. Adətən 4 və ya 7 fut (2 m)hündürlüyündə simli çalğı alətidir. Orta əsrlərin ruporuna (dənizdə danışmaq üçün istifadə olunan alət, megafon) bənzəməsi ilə onun adına bənzər adla adlandırılmışdır. Bu sim dayanmadan çalınır lakin bəzi nöqtələrdə simə yüngülcə toxunaraq təbii harmoniyalar çalınır. Alət 15-ci əsrdə İngiltərədə məşhur idi daha sonradan Avropaya yayıldı.
Tromsö FK
Tromse İS — Norveçin Tromse şəhərini təmsil edən futbol klubu. Tromse klubu 1920-ci ildə yaradılıb. Tromse Norveç yüksək liqasında ilk çempionluğunu 1931-ci ildə qazanıb. Daha sonra komanda 1949 və 1956-cı illərdə baş mükafata sahib çıxıb. 1937 və 1952-ci illərdə isə Tromse təmsilçisi çempionatın gümüş medallarına yiyələnib. İki dəfə ölkə kubokunun qalibi olan Tromsenin Avrokuboklarda uğurları nəzərə çarpmır.
Typhlodromina tropica
Typhlodromina tropica (lat. Typhlodromina tropica) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromina cinsinə aid heyvan növü.
Ərnisa (Urmiya)
Ərnisa (fars. ارنسا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (60 ailə).
Troyka laundromatı
Troyka laundromatı və ya "ŪkioLeaks" — Rusiyanın keçmiş ən böyük investisiya bankı olan "Troika Dialoq" tərəfindən təşkil edilən çirkli pulların yuyulması sxemi. Bu sxem 2003-cü ildən 2013-cü ilin əvvəlinə qədər Rusiya şirkətləri və rəqəmlərindən təxminən 4,8 milyard dollar vəsaitin Avropa və ABŞ-yə axınına imkan vermişdir. Troyka laundromatı 2019-cu ildə Avropa, Şimali Amerika və Cənubi Koreyadan olan 21 media partnyoru ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Reportajı Layihəsi (OCCRP) tərəfindən aşkar edilmişdir. Sxem OCCRP və 20 media partnyoru, o cümlədən 15min.lt. tərəfindən toplanmış çoxlu əməliyyatlar və digər sənədlərdə aşkar edilmişdir. Tapıntılar bank qeydlərinin, e-poçt məktublarının və müqavilələrin kütləvi ən böyük sızmalarından biri hesab edilir. Araşdırmaçı jurnalistlər 2006–2012-ci illər arasında 233,000 şirkət və fiziki şəxs arasında ümumi dəyəri 470 milyard ABŞ dollarından çox olan 1.3 milyon bank əməliyyatını nəzərdən keçirmişdilər. 2006-cı ilin dekabrından 2008-ci ilin fevralına qədər avstriyalı hüquqşünas Erix Rebasso Litvanın "Ukio Bankas" bankındakı laundromat hesablarına demək olar ki, 96 milyon ABŞ dolları göndərmək üçün 150 fərdi əməliyyatdan istifadə etmişdir 2008-ci ildə Rebasso ölkənin ən yüksək hüquq-mühafizə orqanı olan Federal Cinayət Polisinin əsas Vyana qərargahına məktub göndərmişdir. O, beş səhifəlik məktubunda cinayət məqsədləri üçün istifadə edildiyini etiraf etmiş və məsələni lazımi cinayət araşdırmasına təqdim etməyə hazır olduğunu bildirmişdir. Rebassonun etiraf məktubu çox az təsir etmişdir.