Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tural-Turan
TuralTuranX (30 oktyabr 2000, Zaqatala) – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Haqqında == Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər.Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur.2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar. 9 mart 2023-cü ildə seçim turunun qalibi olaraq ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ əldə ediblər. Onlar yazdıqları mahnını seçim turunun bitməsinə 3–4 gün qalmış göndərmişdilər.
Tura
Tura - türk, çuvaş və altay inancında tanrı, Rəbb mənalarına gəlir. Türə və ya Turı da deyilir. Türk xalq inancındakı və türk tarixindəki özünə xas bir tək tanrı inancıdır. == Tərif və Xüsusiyyətlər == İslamdakı Allah inancı ilə böyük nisbətdə üst-üstə düşən bir anlayışdır. Təkdir. Hər şey ona bağlıdır. Hər şeyə hökm edər. Şəriki yoxdur. Çuvaşçada iştirak edər. Digər türk-monqol dillərində Tanrı anlayışına heç bir zaman təklik daxil edilmir.
Aba Tura
Aba Tura —Qədim türk şəhəri, Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri metallurgiya şəhəri. == Tarixi == Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı.
Kozimo Tura
Kozimo Tura (it. Cosimo Tura və ya it. Cosmè Tura, təq. 1430, Ferrara - 1495, orada) - İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin yaradıcılarından biri. == Bioqrafiya və yaradıcılığı == Paduada təhsil alan Kozimo orada Skvarçone, Krivelli, Paxer kimi rəssamların yaradıcılığı ilə tanış olmuş, Mantenya və Pyero della Françeskanın güclü təsiri altına düşmüşdü..1460-cı ildən o, Ferrara sarayında d'Este ailəsi üçün işləmişdir. Həmin dövrdə Tura, son qotika dövrünə aid elementlərdən istifadə edərək eklektik stil yaratmışdı. Kozimo Turanın əsərlərinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Ferraradakı kafedralın orqan qapaqları (1469) və Roverella poliptixinin (1470-1474) hissələri hal-hazırda sökülüb və müxtəlif muzeylərdə saxlanılır. Ferrarada Palazzo Skifanoyadakı bir neçə freskanın müəllifi olduğu iddia edilir. (Turanın müəllifliyi qətiliklə sübut olunmayıb.) Kozimo həyatının sonunu yoxsulluq içində keçirmişdi.
Nijnyaya Tura
Nijnyaya Tura — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tura, Kozimo
Kozimo Tura (it. Cosimo Tura və ya it. Cosmè Tura, təq. 1430, Ferrara - 1495, orada) - İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin yaradıcılarından biri. == Bioqrafiya və yaradıcılığı == Paduada təhsil alan Kozimo orada Skvarçone, Krivelli, Paxer kimi rəssamların yaradıcılığı ilə tanış olmuş, Mantenya və Pyero della Françeskanın güclü təsiri altına düşmüşdü..1460-cı ildən o, Ferrara sarayında d'Este ailəsi üçün işləmişdir. Həmin dövrdə Tura, son qotika dövrünə aid elementlərdən istifadə edərək eklektik stil yaratmışdı. Kozimo Turanın əsərlərinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Ferraradakı kafedralın orqan qapaqları (1469) və Roverella poliptixinin (1470-1474) hissələri hal-hazırda sökülüb və müxtəlif muzeylərdə saxlanılır. Ferrarada Palazzo Skifanoyadakı bir neçə freskanın müəllifi olduğu iddia edilir. (Turanın müəllifliyi qətiliklə sübut olunmayıb.) Kozimo həyatının sonunu yoxsulluq içində keçirmişdi.
Tura çayı
Tura çayı — Tobol çayının sol qolu. == Əsas göstəriciləri == Çayın uzunluğu-1030 km, hövzəsinin sahəsi isə 80 400 km²-dir. 416 m hündürlükdən başlanğıc götürən bu çay 42,2 m dəniz səviyyəsində tökülür. Çayın suyunun səviyyəsi ildə ərzində müxtəlif fazalarda olur. Əsasən qidalanmasında yağış, qar suları üstünlük təşkil edir.
Verxnyaya Tura
Verxnyaya Tura — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Aura
Aura (q.yun. αὔρα — yüngül meh, üfürük) ("parsial" (fokus, genişlənməmiş) epileptik tutma) — müntəzəm olaraq epileptik tutmadan əvvəl baş verən və ya müstəqil tutma olan hər hansı hiss və ya təcrübə. Bu epilepsiyanın əlamətidir. == Haqqında == "Aura" sözü yunan mənşəli olub "əsmə" mənasını bildirir və insanın fiziki bədənini əhatə edən enerji informasiya sahəsini əks etdirir. Aura insanın şəxsiyyəti, həyat tərzi, onun fikirləri və hissləri məlumatlarını özündə birləşdirən enerji şüalandırır. Məşhur rusiyalı bir psixoloqun fikrincə, insan aurasının fərdi xüsusiyyətləri onun forması, ölçüsü, sıxlığı, rəng palitrası müəyyən insanın səviyyəsindən asılıdır. Aura insan bədənini əhatə edən bir oval yaradır. İnsan psixoloji cəhətdən sabit və eyni zamanda enerji və güc ilə tam təmin olunanda auranın forması harmoniya təşkil edir. Nə qədər ki, daxili aləm sabit deyil bir o qədər aura simmetrik olmayacaq. İnsanın şəxsiyyətinin güclü olmasını bildirir.
Tuba
Tuba − böyük ölçüsü və dərin səsləri ilə xarakterizə edilən bir nəfəsli musiqi alətidir. Şaquli kəmərli boru, üç və ya dörd klapan, geniş konusvari dəlik, fincanşəkilli ağızlıqdan ibarətdir. Tubanın müxtəlif seqmentləri standart texnika ilə işlənmiş misdən hazırlanmışdır. İlk tuba on doqquzuncu əsrin əvvəllərində bas səs gətirmək üçün icad edilmişdir. Tubalar mis külək alətləri kimi tanınan bir alət sinfinə aiddir. Tuba latın sözü olub “Tub” və “Boru” mənasını verir. Amerika Birləşmiş Ştatlarında da tuba çalan şəxs tubaçı ya da tubist kimi tanınır . Böyük Britaniyada adi orkestrdə tuba alətində çalan musiqiçi sadəcə bir tubaçalan kimi tanınır; nəfəsli alətlər orkestrində və ya hərbi orkestrdə tuba alətində çalan musiqiçilər isə basistlər kimi tanınır. == Tarixi == Tubanın tarixi Roma İmperiyasına kimi uzanır. Tubanın inkişafı 19-cu əsrin əvvəllərində başlamışdır.
Tula
Tula — Rusiya Federasiyasında yerləşən şəhər Tula vilayətinə daxildir. Şəhər "Qəhrəman şəhər" (1976-cı ildən) statusuna malikdir. Tula, Orta Rus Dağının şimalında, Upa çayının sahilində, Moskvadan 193 km cənubda yerləşir. Şimaldan cənuba şəhərin uzunluğu 30 km, qərbdən şərqə 25 km. 2014-cü ildə "Rusiyada ən rahat şəhər (kənd) qəsəbəsi" adı uğrunda keçirilən Ümumrusiya müsabiqəsinin nəticələrinə görə Tula "Rusiya Federasiyasının subyektlərinin inzibati mərkəzləri (paytaxtları) olan şəhər yerləri (şəhər rayonları)" kateqoriyasında üçüncü yeri tutdu. Tula ilk dəfə 1146-cı ildə 16-cı əsrin Nikon Salnaməsində xatırlandı. Tula ərazisində 300-dən çox mədəni irs obyekti var: bunlar memarlıq və şəhərsalma, tarix, monumental sənət əsərləri, arxeologiya abidələridir. Tula, şəhərin tarixinə kök salmış üç istiqamətdə məşhurdur: silah anbarı, samovar və zəncəfil çörəyi. Hər biri şəhərdə Rusiyanın ən böyüklərindən biri olan Silahlar Muzeyi, Samovarlar Muzeyi və Tula Gingerbread Muzeyi ilə təmsil olunur. Həm də şəhərin əlamətdar xüsusiyyəti, şəhərin ən qədim binası, XVI əsrin memarlıq abidəsi olan Tula Kremlidir.
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Tupa
Firəngotu (lat. Lobelia) — zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Erinus firəngotu, Adi firəngotu (Lobelia erinus L.) Şişman firəngotu (Lobelia inflata L.) Yandırıcı firəngotu (Lobelia urens) == İstinadlar == Firəngotu:The Plant List saytında takson barədə məlumat.
Turac
Turac (lat. Francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. Əsl turanlılar Turun nəslindən gələn Türk bir qəbilədir. Turanın adı buranın ilk xaqanı olan Tur Kağanın adı ilə bağlı ola bilər (Tur xan-x=Turan) Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olur. Tarixi İran-Turan müharibələrində Əfrasiyab (Alpərtonqa) Turan imperatoru (xaqanı) olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. == İstinadlar == == Mənbə == "Qırğız tarixi. Ensiklоpediya" Bişkek 2003 "Mаmlekettik til cаnа entsiklоpediya bоrbоru" "İ.Аrаbаev аtındаğı Kırgız mаmlekettik Pedаgоgikаlık universiteti" "Bаşkı red.
Turia
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi.Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi. == Mənbə == Erdkamp, Paul, ed.
Turp
Turp (lat. Raphanus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı halda Avropada və Asiyanın mülayim qurşaqlarında bitir. == Dərman bitkisi kimi istifadə olunan növləri == Becərilən turp, ağ turp, qara turp (lat.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Tuva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Tuya
Tuya (lat. Thuja) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Tuğra
Tuğra (ərəb. طغراء‎) — Gerb, dövlət nişanı. Osmanlı dövlətində sultanın şəxsi imzası və möhürü kimi istifadə olunan ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanəsi. == Tarixi == Tuğra (və ya təğma) xətti (monqol mənşəli sözdür) – Bu xətt növünü monqolların quş toteminə və simurq kimi əfsanəvi quşlara olan inam və etiqadlarının yadigarı hesab etmək olar. Toğrul bəyin hakimiyyəti dövründə tuğra xətti xəttatların diqqətini cəlb etməyə başlamışdır. Özünəməxsus üslub və elementlərlə yazılan tuğra xətti özündə əfsanəvi quşların qanadlarını əks etdirir. Meydana gəldiyi ilk dövrdən müxtəlif tuğra növləri yaranmış və görünüşünü daha da gözəlləşdirən elementlər əlavə olunmuşdur. Tuğradan daha çox hökmdarların möhür və adlarının yazılmasında istifadə olunmuşdur. Bəziləri bu xətti "asılı xətlər", "turə", "hilalvari" və "qərğan" da adlandırmışlar. == Osmanlı sultanlarının tuğraları == == Xarici keçidlər == TUĞRA NƏDİR?
Türi
Türi (est. Türi, alm. Turgel‎) — Estoniyanın mərkəzində, Yarvamaa bölgəsində şəhər. Əhalisi 6 minə yaxındır. == Qardaşlaşmış şəhərlər == Türi 1991-ci ildən aktiv olaraq Douzelage adlı birliyə daxil oldu. Bu birliyə Avropa Birliyindən həmçinin 24 şəhərdə daxildir. Hər il bu şəhərlərdə müxtəlif festivallar və bayram şənlikləri keçirilir.
Türk
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 150 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Yura
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. == Bölgülər == Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.